image image

AZƏRBAYCAN-İRAN MÜNASİBƏTLƏRİ NİYƏ GƏRGİNLƏŞİB?  - “İRAN ÇOX ƏSƏBİ GÖRÜNÜR”

image

 

“İran çox əsəbi görünür. Azərbaycanın güclü dövlət kimi özünü ifadə etməsini həzm edə bilmir. Əgər bundan sonra İran Azərbaycana qarşı belə siyasət nümayiş etdirərsə, bizim soydaşlarımızın 44 günlük müharibədə olduğu kimi iradəsi ortada olacaq. Artıq o zaman İran onun ərazisində olan bizim 40 milyonluq soydaşımızın qarşısında dayana bilməyəcək”.

 

Bu fikirləri “Toplum TV”-yə deputat Fəzail Ağamalı indiki İran-Azərbaycan münasibətlərini şərh edərkən bildirib.

 

Sentyabrın 12-dən etibarən İranın yük maşınları Gorus-Qafan yolunda Azərbacan ərazisinə giriş üçün rüsum ödəyirlər. 

Dövlət Gömrük Komitəsi Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınmasını Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən tətbiq edildiyini bildirib. Məlumatda ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələrinin “Dövlət rüsumu haqqında” qanunun 24-cü maddəsinə əsasən, yol vergisinin vergitutma obyekti olduğu vurğulanıb.  

“İran əsəblərimizlə oynayır”

Deputat Fəzail Ağamalı İranın riyakar, Ermənistanın mövqeyini qoruyan və Azərbaycanın səbr kasasını daşıran addımlar atdığını deyir: “Bir müddət öncə bu özbaşınalığı, Azərbaycana qarşı düşmənçiliyi diqqətə çatdırmaq üçün İrana nota verilsə də, bunlar yenə də riyakarlığı davam etdirirlər. Ən azı biz bunu Şuşanın özündən belə açıq görə bilirik. İranın molla rejimi bunu dərk edə bilmir və seperatçı quldurları yemləməklə əsəblərimizlə oynayır. Amma o mütləq bunun cavabın alacaq”. 

Deputat Azərbaycanın həmişə İrana səmimi münasibət bəslədiyini deyir. “İran 40 milyonluq soydaşımızın etirazlarını da nəzərə almır. Bu artıq ağlını itirmiş bir rejimdir. Azərbaycan dövləti bununla kifayətlənməyəcək, bunun ardı da gələcək. Eyni zamanda  biz Laçında da həm gömrük, həm də xüssusi təyinatlı dəstələrin postlarını qurmalıyıq. Laçınla Ermənistan sərhədində də sərhəd postlarımızı gücləndirməliyik”.

F. Ağamalı Azərbaycanla İsrailin münasibətlərini daha yüksək səviyyədə qurmalı olduğunu və İranla artıq münasibətləri açıq müstəvidə aydınlaşdırmalı olduğundan da danışır.

 Kanal4.az





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...