Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"

Xalq prezidentin çağırışına qoşuldu - 4 min gənc qeydiyyata alındı

2020-07-17 09:22:34 148 baxış
Xəbər şəkil

Fəzail Ağamalı: “Əsgərindən generalına qədər bu döyüşdə rəşadət göstərildi”

"İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram”,- deyən Azərbaycan Prezidenti cənab İlham Əliyevin çağırışına səs verən minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edir və müvafiq qaydada qeydiyyata alınırlar".

KANAL4 xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir. Bir daha xatırladır ki, hal-hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən tam təmin edilir. Zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər", məlumatda qeyd olunub.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı xalqımızın döyüş ruhunun hər zaman yüksək olduğunu söylədi:

“Ölkə prezidenti Nazirlər Kabinetinin 6 aylıq fəaliyyəti ilə keçirmiş olduğu müşavirədə olduqca ciddi məsələlər ətrafında fikirlərini önə çəkdi. Deyərdim ki, prezidentimizin qətiyyətli mövqeyi, sarsılmaz siyasi iradəsi onun çıxışlarında, davranışlarında birmənalı şəkildə özünü ifadə etməkdə idi. Son günlər Ermənistanın Tovuz istiqamətində silahlı qüvvələrimizin mövqelərinə atəş açması, təxribat törədərək özünün işğalçılıq addımlarına doğru irəliləmək niyyəti və bunun ordumuz tərəfindən qətiyyətlə cavablandırılması, düşmənə vurulmuş ağır zərbə hər birimizdə qürur hissi doğurur. Bu müharibədir, müharibə itkisiz olmur. Təəssüf edirəm ki, bu döyüşdə də qəhrəman övladlarımızı şəhid verdik. Əsgərindən generalına qədər bu döyüşdə rəşadət göstərildi. Şəhid olan hər bir hərbiçimizə Allah rəhmət eləsin, ruhları şad olsun. Belə bir zaman kəsiyində Azərbaycan xalqı birmənalı şəkildə dövlət başçımızla, dövlətimizlə, həm də ordumuzla bərabər oldu”.

Deputat təxribatçı qüvvələrdən də söz açdı:

“Azərbaycanın vətənpərvər övladları ilə bərabər yaranmış olan situasiyadan istifadə edən təxribatçı insanlar da bu proseslərdə göründülər. Onlar çox minlik Azərbaycan gənclərinin vətənpərvərlikləri altında çox cılız və zəif göründülər. Dövlətimiz ölkə prezidentinin dediyi kimi onlara qarşı kəskin münasibətini ortaya qoyacaq. Təxribat törədənlər öz cəzalarını mütləq alacaqlar.

Ölkə başçısı vətənpərvər insanların ordumuzu müdafiə etmələri ilə yanaşı, onların orduda xidmət etmək istəklərini alqışladı. Olduqca maraqlı bir təklif irəli sürdü ki, kimsə orduda olmaq istəyirsə, buyursunlar Səfərbərlik Xidmətlərinə müraciət etsinlər, orada qeydiyyatdan keçsinlər. Bu bir çağırış idi. Məndə də məlumatlar var ki, bu çağırışın ardından ayrı-ayrı yerlərdə çoxsaylı vətən oğulları artıq qeydiyyata durmaq üçün Səfərbərlik Xidmətlərinə müraciət etməkdədirlər. Bu bir daha xalqımızın, ölkə gəncliyinin ordumuzla bərabər olduğunu nümayiş etdirdi.

Eyni zamanda, Azərbaycan xalqının heç bir halda, heç bir şərtlə torpaqlarımızın erməni tapdağında qalmasına imkan verməyəcəyini bütün dünyaya çatdırdı. Bu gündən etibarən ölkə prezidentinin çağırışına qoşularaq Səfərbərlik Xidmətlərinin qarşısına getməklə özlərinin torpağa, vətənə bağlı olduqlarını konkret əməllə sübut etdilər. Bu Azərbaycanı istəməyən dairələrə, eyni zamanda, təxribat törətmək istəyənlərə qarşı sözün həqiqi mənasında tərs sillə funksiyasını yerinə yetirdi. Bütün bunlar sübut etdi ki, xalqımızın döyüş ruhu yüksəkdir. Xalqımızın mütləq əksəriyyəti torpaqlarımızı azad etmək hər cür fədakarlığa hazırdır. Bunu da düşünməliyik ki, atmış olduğumuz addımlar dövlətimizin həyata keçirmək istədiyi tədbirlərə, planlara mane olmalı deyil.

Güclü ordumuz var. Kifayət qədər müasir, hərbi texnika ilə silahlanmış peşəkar silahlı qüvvələrimiz var. Əminəm ki, bunlar istənilən döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Bunu bir neçə gündür davam etməkdə olan Tovuz istiqamətindəki qarşıdurma da sübut edir. Bundan sonra gənclərimizə səslənirəm, antimilli qüvvələrə, təxribat törətmək istəyənlərə qarşı mübarizəmizi gücləndirək, ordumuzun yanında olaq. İnformaasiya müharibəsində də ordumuz kimi qalib gəlməliyik. İşğal olunmuş torpaqlarımızda bayrağımızı dalğalandıraq, ordumuzla bərabər olaq”.

KANAL 4 

Səmil Şahlaroğlu

Oxşar xəbərlər

Xəbər lenti
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17