Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Bu gün unudulmaz Atam, Fəzail Ağamalının doğum günüdür...
SİYASƏT
Azərbaycan–Özbəkistan: iqtisadi əməkdaşlığın genişlənən üfüqləri
SİYASƏT
Azərbaycan–Özbəkistan: ortaq dəyərlər, ortaq hədəflər
SİYASƏT
Azərbaycan–Özbəkistan münasibətləri: əbədi dostluğun möhkəm təməli
SİYASƏT
Laçında yeni həyatın təməli möhkəmlənir
SİYASƏT
Laçın: işğaldan azadlığa uzanan tarixi yol
SİYASƏT
Laçın quruculuq və inkişaf məkanına çevrilir
SİYASƏT
Azərbaycan–Özbəkistan əlaqələrinin mənəvi dayaqları: ortaq tarix və mədəni bağlar
SİYASƏT
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə: strateji müttəfiqlik və siyasi həmrəylik
SİYASƏT
Azərbaycan–Özbəkistan iqtisadi əlaqələri: qarşılıqlı faydaya əsaslanan tərəfdaşlığın yeni üfüqləri
SİYASƏT
Vətən Sərhəddən Başlayır: Sərhəd Qoşunlarının Şərəfli Yolu
SİYASƏT
Ortaq dəyərlər üzərində yüksələn MÜTTƏFİQLİK
SİYASƏT
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə: strateji müttəfiqlik və siyasi həmrəylik
SİYASƏT
Bakı görür və hesablayır: İrəvan hansı oyunun içindədir? 
SİYASƏT
Komitə sədri: ” Naxçıvanda komando tipli hərbi birləşmələrin yaradılması regionun müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm addımdır”
SİYASƏT
Naxçıvan öz inkişafında yeni dövrə qədəm qoyur
SİYASƏT
Naxçıvan: nəqliyyat, ticarət və iqtisadi əməkdaşlığın qovşağı
SİYASƏT
Yeni Nəqliyyat və Enerji Xəritəsinin Mühüm Qovşağı-Naxçıvan 
SİYASƏT
Naxçıvanın Gələcəyə Baxış Strategiyası
SİYASƏT
Naxçıvan Muxtar Respublikası Yeni İslahatlar və İnkişaf Mərhələsində
SİYASƏT
“Naxçıvan buralarda dayanmayacaq, qarşıda böyük hədəflər var”
SİYASƏT
Naxçıvanın nəqliyyat potensialı və Zəngəzur dəhlizi
SİYASƏT
Naxçıvan Azərbaycanın enerji strategiyasında yeni imkanlar yaradır
SİYASƏT
Naxçıvanın inkişafı yeni mərhələyə qədəm qoyur
SİYASƏT
Naxçıvan: zəngin keçmişdən hərtərəfli inkişafa doğru
CƏMİYYƏT
Naxçıvan buralarda dayanmayacaq, qarşıda böyük hədəflər var”
SİYASƏT
Deputat: Naxçıvanın gələcəyinə yeni səhifə açılır
SİYASƏT
Ermənistanın sülh gündəliyinə gəlməsi Azərbaycanın hərbi-siyasi gücünün nəticəsidir - DEPUTAT
SİYASƏT
Siyasi mühacir” adı məsuliyyətdən xilas etmir - radikallara sərt xəbərdarlıq
SİYASƏT
Qırğızıstan səfəri göstərdi: Azərbaycan Türk dünyasının inteqrasiyasına istiqamət verir

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda işlər nə yerdədir?

2021-08-30 23:36:00 337 baxış
Xəbər şəkil

 

 

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

Bu barədə “Report”a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

A.Nəcəfli qeyd edib ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 81 km təşkil edir. Dövlətimizin başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Onun sözlərinə görə, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqdan, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub: “Tunel və körpü olan hissələrdə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi Göygöl rayonunun Toğanalı kəndindən keçməklə inşa edilir. Layihənin 16-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 900 m-dən Murovdağ zirvəsinədək 3 250 m-ə qədər artır. Burada mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bu ərazilərdə inşa ediləcək dolaylara (serpantin) əlavə özül əsaslı istinad divarları tikilsə belə qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bölgədə sərt qayaların olması səbəbindən yolun tikildiyi ərazidə tikinti texnikalarının hərəkət qabiliyyəti də məhdudlaşır. Mövcud yoldan istifadə edərkən Murovdağ zirvəsindən enişdə də eyni çətinliklər yaranır. Yolda maillik 16-28 % arası dəyişir.

Əgər yol 7 % mailliklə tikilsə, mövcud 16,5 km-lik yolun uzunluğunun dolaylarla daha 15 km uzadılması tələb olunur. Bu üzdən çətin relyefə malik ərazidə 31,5 km-lik yolun tikilməsi əvəzinə bu hissənin Murovdağ silsiləsinin altından 11,6 km-lik tunel ilə keçilməsi daha məqsədəuyğun hesab edilib. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “3 N-li Magistral Yolların İstismarı” MMC ilə subpodratçı şirkətlər olaraq yol tikintisi sahəsində ixtisaslaşmış Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət” və “Cengiz İnşaat Sənaye və Ticarət” şirkətləri birgə icra edir. Hazırda yolun müəyyən hissələrində layihə-axtarış, geologiya və torpaq işləri aparılır. Belə ki, tikinti norma və standartlarına uyğun olaraq təməl üçün materialların təmin edilməsi, ağır vərdənə ilə əsasın tələb olunan kipliyə çatdırılması və torpaq yatağının səth sularından qorunması üçün torpaq küvetlərin çəkilməsi işləri görülür. Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və 15 - 21,5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib”.

A.Nəcəfli əlavə edib ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun 2024-cü il ərzində tam olaraq tikintisinin yekunlaşdırılması nəzərdə tutulur.





Oxşar xəbərlər


Xəbər lenti
Bu gün unudulmaz Atam, Fəzail Ağamalının doğum günüdür...
2026-08-27
Azərbaycan–Özbəkistan: iqtisadi əməkdaşlığın genişlənən üfüqləri
2026-08-27
Azərbaycan–Özbəkistan: ortaq dəyərlər, ortaq hədəflər
2026-08-27
Azərbaycan–Özbəkistan münasibətləri: əbədi dostluğun möhkəm təməli
2026-08-27
Laçında yeni həyatın təməli möhkəmlənir
2026-08-26
Laçın: işğaldan azadlığa uzanan tarixi yol
2026-08-26
Laçın quruculuq və inkişaf məkanına çevrilir
2026-08-26
Azərbaycan–Özbəkistan əlaqələrinin mənəvi dayaqları: ortaq tarix və mədəni bağlar
2026-08-26
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə: strateji müttəfiqlik və siyasi həmrəylik
2026-08-26
Azərbaycan–Özbəkistan iqtisadi əlaqələri: qarşılıqlı faydaya əsaslanan tərəfdaşlığın yeni üfüqləri
2026-08-26
Vətən Sərhəddən Başlayır: Sərhəd Qoşunlarının Şərəfli Yolu
2026-08-25
Ortaq dəyərlər üzərində yüksələn MÜTTƏFİQLİK
2026-08-25
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə: strateji müttəfiqlik və siyasi həmrəylik
2026-08-25
Bakı görür və hesablayır: İrəvan hansı oyunun içindədir? 
2026-08-17
Komitə sədri: ” Naxçıvanda komando tipli hərbi birləşmələrin yaradılması regionun müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm addımdır”
2026-08-14
Naxçıvan öz inkişafında yeni dövrə qədəm qoyur
2026-08-14
Naxçıvan: nəqliyyat, ticarət və iqtisadi əməkdaşlığın qovşağı
2026-08-14
Yeni Nəqliyyat və Enerji Xəritəsinin Mühüm Qovşağı-Naxçıvan 
2026-08-14
Naxçıvanın Gələcəyə Baxış Strategiyası
2026-08-14
Naxçıvan Muxtar Respublikası Yeni İslahatlar və İnkişaf Mərhələsində
2026-08-14
“Naxçıvan buralarda dayanmayacaq, qarşıda böyük hədəflər var”
2026-08-14
Naxçıvanın nəqliyyat potensialı və Zəngəzur dəhlizi
2026-08-14
Naxçıvan Azərbaycanın enerji strategiyasında yeni imkanlar yaradır
2026-08-14
Naxçıvanın inkişafı yeni mərhələyə qədəm qoyur
2026-08-14
Naxçıvan: zəngin keçmişdən hərtərəfli inkişafa doğru
2026-08-14
Naxçıvan buralarda dayanmayacaq, qarşıda böyük hədəflər var”
2026-08-13
Deputat: Naxçıvanın gələcəyinə yeni səhifə açılır
2026-08-12
Ermənistanın sülh gündəliyinə gəlməsi Azərbaycanın hərbi-siyasi gücünün nəticəsidir - DEPUTAT
2026-08-09
Siyasi mühacir” adı məsuliyyətdən xilas etmir - radikallara sərt xəbərdarlıq
2026-08-06
Günay Ağamalı Neftçalada növbəti vətəndaş qəbulu keçirib
2026-08-04