Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi

Əliyev üç il gözləyə bilməzdi – Laçın zəfəri....

2022-08-27 11:08:59 580 baxış
Xəbər şəkil

 

Bu gün tariximizin bəlkə də ən  xoş xəbərlərindən birini aldıq. Cənab Prezident İlham Əliyev öz növbəti tviti ilə bizi bir daha sevindirdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəsmi tviter səhifəsində Laçınla bağlı paylaşımında bunları yazıb: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

Bu sətirləri oxuyanda Prezidentin “nəyi, necə və na vaxt etməyi mən bilirəm” ifadəsinin tam həqiqət olduğunu  bir daha anladıq. Anladıq ki, Prezident öz idarəçiliyi dönəmində verdiyi bütün sözlərə əməl edib. Verdiyi vədlərin həyata keçməsi uğrunda sona qədər prinsipiallıq göstərib. Laçın şəhərində bayrağımızın dalğalanmasının bir çox siyasi və strateji üstülükləri var. 

Əvvəla onu qeyd edək ki, işğal dövrünədək Laçında heç vaxt ermənilər yaşamayıb. Yəni bu şəhərin ermənilərin əlində qalması həm də tarixi ədalətsizlik olardı. İkincisi, Laçın şəhəri ərazisi böyük olan bir rayonun inzibati mərkəzidir. Düzdür, rəşadətli Azərbaycan ordusu Laçının, demək olar ki, bütün ərazisini işğaldan azad edib, ancaq bunun fonunda rayon mərkəzinin ermənilərin əlində qalması bir qədər məyusluq yaratmaya bilmirdi. 

Ermənistanı Qarabağla birləşdirən yeganə dəhliz məhz bu şəhərdən keçirdi. Ermənilər üçün nəfəslik funksiyası daşıyan bu şəhərin strateji əhəmiyyətini onlar hamıdan yaxşı dərk edir.  30 ilə yaxın müddət ərzində Qarabağla bağlı gedən bütün  danışıqlarda  Laçın şəhəri və oradan keçən dəhliz əsas müzakirə mövzusu olub. Ermənilər, nəyin bahasına olursa-olsun, həmin şəhərə nəzarəti əldən vermək istəmirdilər. 

Ancaq Azərbaycan Ordusunun rəşadəti və Ali Baş Komandanın müdrik siyasəti nəticəsində həmin şəhər ermənilərin əlindən çıxmalı oldu. Ermənistan, hətta ən çətin dönəmində, üçtərəfli qaydada imzalanan Bəyanata imza atanda belə, Laçının onlarda qalması ilə bağlı möhlət istəmişdi.  Ermənistan imza atdığı kapitulyasiya aktında belə son ümidi Laçınla bağlı prosesin bir qədər uzadılmasında görmüşdü. Yenə erməni xisləti ilə düşünərək zənn edirdi ki, bəlkə Azərbaycan əldə etdiyi qələbəni əlində saxlaya bilməyəcək, ona kimi heç olmasa Laçını qorusun.  

Etiraf edək ki, Laçının Ermənistanın əlində qalmasından bizim bəzi radikal dairələr də öz xeyirlərinə qara piar vasitəsi kimi istifadə edirdilər. Onlar iddia edirdilər ki, Laçınsız bizim qələbəmiz yarımçıqdır və  ermənilər  Laçın şəhərini heç vaxt tərk etməyəcəklər. Prezident çox ağıllı gediş edərək, ermənilər üçün Laçına alternativ  yol təklif etdi. Çünki bunsuz olmazdı.  Ermənilər Qarabağdakı soydaşları ilə əlaqə saxlanılan yolun olmasını həm də humanitar amillərlə izah edirlər. Məhz bu humanitarlığa  “yox”  deməyən Azərbaycan onlara alternativ yol çəkdi və faktiki olaraq onları oyundankənar vəziyyətə salmış oldu. 

Çəkilməsi üçün 3 il nəzərdə tutulan bu yolu biz daha tez müddətə təhvil verməklə bayrağımızın Laçın, Zabux, Susda dalğalanmasına şərait yaratdıq.  Bununla da işğaldan azad edilən rayonlarımıza tam nəzarətin bərpası sona çatdı.
Laçın dəhlizi keçmiş DQMV ilə Ermənistanı birləşdirən, eni 5 km olan dar koridordur. Bu dəhliz Laçın şəhəri və ona daxil olan Zabux, Sus və Aşağı Sus kəndlərini əhatə edir. Laçın koridoru 1988-ci ildə başlayan Qarabağ ermənilərinin separatçı addımlarından sonra xüsusi əhəmiyyət qazandı. Nəqliyyat koridorunun statusu ilə bağlı istər Sovet hakimiyyətinin ilk vaxtlarında, istərsə də 1990-cı illərdə müxtəlif iddialar səsləndirilirdi. 

Həm Azərbaycan, həm də Ermənistanın dəhlizin gələcəyi ilə bağlı radikal əks mövqelərdə dayanması bu ərazinin hüquqi statusu ilə bağlı məsələnin aktuallığını olduğu kimi saxlayırdı. Erməni rəsmiləri Laçına olan iddianı əsaslandırmaq üçün Sovet hakimiyyətinin ilk illərində bu ərazinin DQMV-yə daxil olduğunu, DQMV-nin Laçın vasitəsilə Ermənistanla birbaşa əlaqəsinin olduğunu bildirirdilər.

Laçın SSRİ-nin dağılmasından sonra xüsusi önəm daşımağa başladı. DQMV rəhbərliyi  Azərbaycandan ayrıldıqlarını rəsmən bildirmişdi. Buna baxmayaraq, DQMV Azərbaycan içərisində blokadada qaldığı üçün Laçın ermənilər üçün əsas hədəf sayılırdı. 1992-ci ilin yaz aylarında Azərbaycanda Xocalının işğal edilməsindən sonra başlayan siyasi hakimiyyət böhranı nəticəsində Ayaz Mütəllibov prezident vəzifəsindən istefa verdi. 

Yeni prezident seçkiləri keçirilənə qədər prezident səlahiyyətləri Ali Sovetin sədri Yaqub Məmmədova həvalə edildi. İranda Ermənistan rəhbərliyi ilə danışıqlara gedən Yaqub Məmmədov geri dönərkən Ermənistan ordusunun atəşkəsi pozaraq Şuşaya hücum edib şəhəri ələ keçirdiyini eşitdi. Şuşanın itirilməsi Azərbaycan ictimaiyyəti üçün çox ağır zərbə oldu. Erməni bölmələrinin növbəti hədəfi Laçın idi. Bakıda isə bu ərəfədə Şuşanın işğalı ilə bağlı Milli Məclisdə qızğın müzakirələr gedirdi. 

1992-ci ilin mayında baş vermiş geosiyasi proseslər də Azərbaycanın Qarabağdakı mövqeyinə zərbə vurdu. 14-15 may 1992-ci il tarixlərində Daşkənddə Rusiya Federasiyasının himayəsi altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaradıldı. Ermənistan KTMT-yə üzv olsa da, Azərbaycan üzvlükdən imtina etdi. 1992-ci ilin mayın ortalarında rus hərbçilərinin Ağdamdan çıxdığı və Əsgərana qarşı bir hücum olmayacağı xəbərindən dərhal sonra erməni ordusu bu istiqamətdəki ordusunu Şuşa-Laçın xətti boyunca yığmağa başlamışdı. 

14 may gecəsi Ayaz Mütəllibovun Ali Sovetin qərarı ilə prezident vəzifəsinə bərpa edildiyi xəbərləri gəldi. Bu xəbərdən sonra Azərbaycan ordusuna aid bəzi dəstələr, xüsusən AXC-yə meylli hissələr özbaşına cəbhə bölgəsini tərk etməyə başladı. Mayın 14-dən 15-nə keçən gecə AXC batalyonunun döyüşçüləri cəbhə bölgəsindən geri çəkildilər.

18 may 1992-ci ildə ermənilər Laçın şəhərini və Gorus-Laçın-Şuşa yoluna bitişik kəndləri də döyüşsüz ələ keçirdilər. Beləcə, Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz açıldı. Erməni tərəfi də Laçını, demək olar ki, müqavimətsiz ələ keçirdiyini təsdiqləyir. Robert Köçəryan xatirələrində yazır: “Şuşanı aldıqdan sonra düşmən ruhdan düşdü. Biz isə əksinə, qələbədən ilhamlanaraq Laçın istiqamətində irəliləməyə davam etdik. Ermənistanla Qarabağı birləşdirən dəhlizin tutulması bizim üçün həyati əhəmiyyətli idi. Düşmənin müdafiəni təşkil etməsinə imkan verməmək və yenidən toparlanmasına mane olmaq üçün tempi saxlamaq lazım idi. 

Hücum sürətlə həyata keçirildi, dəstələrimiz kəndləri, demək olar ki, müqavimət olmadan ələ keçirdi. Düşmən hər şeyi – silahları, texnikanı, döyüş sursatını tərk edərək panika içində geri çəkildi. Qələbə sayəsində təkcə hərbi yox, həm də digər resurslarımızı artırdıq. Tərk edilmiş bütün kəndlərdə qida, yanacaq təchizatı, ev heyvanları, ehtiyacımız olan hər şey var idi. Yalnız bir həftə ərzində qoşunlarımız bütün Laçın bölgəsini azad etdi və 18 mayda Laçına daxil olduq. Hər şey Şuşadakı ssenaridə olduğu kimi baş verdi. Laçının müdafiəçiləri hücum ərəfəsində onu tərk etdilər və biz boş şəhərə girdik”.

Çox açı olsa da, sadalanan tarixi anları biz ölkə, millət olaraq yaşamışıq. Çox şükürlər olsun ki, Azərbaycan Prezidentinin müdrik siyasəti, Ordumuzun qətiyyəti sayəsində bizim bayrağımız yenə Laçında dalğalanır. Ən başlıcası isə, ermənilərin ürəkləri istədiyi kimi istifadə etdikləri Laçın koridoru amili də tarixin arxivinə qovuşdu.  Bu da bizə imkan verəcək ki, Qarabağın digər yerlərində də Azərbaycanın yurisdiksiyasını tam təmin edək. Laçında bizim bayrağımızın dalğalanması erməniləri daha konstruktiv olmağa,  sülhə meyl göstərməyə vadar edəcək. Laçında dalğalanan bayrağımızın oradakı duruşu əbədi olsun!

Yaşasın bizə bu sevinci bəxş edən  Azərbaycan Prezidenti və onun Ali Baş Komandanı olduğu Ordumuz!

 

Məhəmmədəli QƏRİBLİ, 
“Bakı-Xəbər” qəzeti





Oxşar xəbərlər


Xəbər lenti
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
2026-10-08
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01