Əgər şərqi Zəngəzur varsa,deməli qərbi Zəngəzur da bar"-DEPUTAT
Azərbaycanda rayonların yeni iqtisadi bölgüsü haqqında Fərman imzalanıb. Prezident İlham Əliyevin imzaladığı Fərmanda Şərqi Zəngəzur iqtisadi rayonunun da yaradıldığı bildirilir. Fərmana əsasən, iqtisadi rayonun tərkibinə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxildir.
Məlum olduğu kimi, bu torpaqlar müharibə nəticəsində ciddi dağıntılara məruz qalıb, infrastruktur xeyli ziyan görüb. 44 günlük müharibə nəticəsində işğaldan azad olunan torpaqlarda iqtisadi inkişafın artırılması istiqamətində görüləcək işlər artıq reallaşır.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Cebhe.info-ya açıqlamasında sənədin Zəngəzur ərazisinin iqtisadi inkişafının yüksəldilməsinə xidmət məqsədi daşıdığını bildirib.
Onun sözlərinə görə, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması yalnız Azərbaycan üçün deyil, həm də dünya üçün Zəngəzurun vaxtilə parçalanması faktını yaddaşlarda təzələyir, eyni zamanda ərazinin bütövlüyünün vacibliyi özündə ehtiva edir:
“Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Ümid edirəm ki, gələcəkdə Qərbi Zəngəzura daxil olan Qafan, Mehri, Gorus və Sisyan rayonları da Şərqi Zəngəzura birləşəcək və Zəngəzurun iqtisadi inkişafı ilə bağlı Prezident yeni fərman imzalayacaq”.
Kanal4.az
Emin Xuduyev.