Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi

Ermənistan hökuməti sərhəddə vəziyyəti gərginləşdirməklə ciddi səhvə yol verib.

2021-06-08 19:21:39 380 baxış
Xəbər şəkil

Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun yenə də ərazimizə minalanmaq üçün daxil olması onların bir daha təxribat törətməyə cəhd etdiklərini göstərir. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən tərəfindən bir nəfər saxlanılıb, digər üzvləri geri çəkilərək ərazidən qaçıblar. Bununla da Ermənistan rəhbərliyi özünün çirkin niyyətlərindən və əməllərindən əl çəkmədiyini göstərmiş oldu. Baş verənlər onu təsdiqləyir ki, Ermənistan 44 günlük Vətən müharibəsindəki məğlubiyyətindən nəticə çıxarmayıb.

  Bunu Kanal4.az-a Milli məclisin Deputatı Anar Məmmədov deyib.

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam etdirdiyi təcavüzü və hazırki mövqeyi bir daha təsdiqləyir ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərindədir. Bu mənada Ermənistan hökuməti sərhəddə vəziyyəti gərginləşdirməklə ciddi səhvə yol verib. Kəşfiyyat qrupunun Azərbaycana daxil olmaq cəhdi regionda hansısa ciddi oyunların getdiyindən xəbər verir. Görünür ki, müəyyən qüvvələr Azərbaycanda yenidən gərginlik yaratmaq istəyir. Təbii ki, bu cəhdlər əbəsdir. Bütün bu cür cəhdlərin qarşısı ordumuz və dövlətimiz tərəfindən alınır. Heç bir təxribat reallaşdırılmayacaq. Ermənistan rəhbərliyi bu cür addımlarla böyük səhvə yol verir. 
Ermənistanın budəfəki təxribatı daha çox siyasi motivlidir. Birincisi, Vətən müharibəsində məğlub olduqdan sonra Ermənistan rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində ölkə daxilində böyük narazılıq yaranıb. Son bir neçə aylar ərzində müxalifətlə Paşinyan, xalqla Ermənistan rəhbərliyi arasında güclü qarşıdurmalar yaşanır. Anlaşılan odur ki, demokratiya və rifah adı ilə küçədən hakimiyyət başına gətirilən Paşinyan ermənilərin ümidlərini doğrultmadı. Ona görə də Paşinyan hakimiyyəti xalqla ciddi qarşıdurma həddindədir. İkincisi, son vaxtlar Ermənistanın beynəlxalq səviyyədə də ifşa olunması prosesi genişlənib. Prezident İlham Əliyevin hər beynəlxalq tədbirdə Paşinyanı və Ermənistanın dövlət siyasətini faktlarla ifşa etməsi erməni cəmiyyətində də narazılıqlar yaradır. Üçüncüsü, Azərbaycanın pandemiya dövründə beynəlxalq miqyasda diqqət mərkəzinə gəlməsi, qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış etməsi, dünyanın rəğbətini qazanması Ermənistan rəhbərliyində paxıllıq hisləri yaradır. Bütün bu səbəblərdə də Ermənistan təxribatlara əl atır, sərhəddə münaqişə törədir. Bununla da həm erməni ictimaiyyətinin diqqətini yayındırmağa, həm də Azərbaycanın uğurlarına, nailiyyətlərinə kölgə salmağa cəhd edir. Amma belə vəziyyət bu ölkənin özünün vəziyyətini daha da çətinləşdirəcək və ağır duruma düşəcəklər. Elə Ermənistanın məsuliyyətsiz hərəkətləri, qeyri-konstruktiv addımları, təxribatçı hərəkətləri 44 günlük müharibəyə gətirib çıxardı. Nəticədə isə Azərbaycan 30 ilə yaxın zamanda ədaləti bərpa edə bilməyən böyük dövlətlərin və beynəlxalq təşkilatların əvəzinə haqqı təmin etdi, ərazi bütövlüyünü bərpa elədi. Bu, artıq yeni reallıqdır və bunu heç kəs dəyişə bilməz. Ermənistan tərəfi, eyni zamanda, ona himayədarlıq edənlər birdəfəlik dərk etməlidir ki, Güclü Azərbaycan Ordusu düşmənin hər bir təxribatının qarşısını almağa hazırdır. 

Kanal4.az

Emin Xuduyev.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
2026-10-08
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02

2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01