Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır

27 Sentyabrın Tarixi Çağırışı 

2026-09-26 10:15:43 39 baxış
Xəbər şəkil

 

27 Sentyabr Anım Günü Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsinin ehtiramla yad edildiyi mühüm tarixi gün olmaqla, şəhidlərimizin müqəddəs xatirəsinə dərin hörmət və ehtiramın ifadəsi, həmçinin, xalqımızın vətənə, dövlətə və milli dəyərlərə bağlılığını nümayiş etdirən bir gündür. Məhz cənab İlham Əliyevin 27 Sentyabrın Anım Günü kimi qeyd olunmasına dair verdiyi 2 dekabr 2020-ci il tarixli Sərəncam, həmin tarixin əhəmiyyətliliyini bir daha özündə ehtiva edən olduqca vacib təşəbbüsdür.
Altı  il bundan öncə İkinci Qarabağ müharibəsinin başlanmasını şərtləndirən amillər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hər bir çıxışında əsaslı şəkildə diqqətə çatdırılır. Bu baxımdan dövlətimizin başçısının “Müharibə olmaya da bilərdi” çağırışı özündə bütün məqamları ehtiva edir. 44 gün davam edən Vətən müharibəsi zamanı otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğalçılardan təmizləndi. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin xatirəsini uca tutur. 44 günün hər anını tariximizə Zəfər günü kimi yazan Vətən övladları bir daha sübut etdilər ki, Azərbaycan xalqı yenilməz, məğrur xalqdır, tarixinə, torpaqlarına hər zaman sahib çıxan xalqdır. Tarixi ədalətin bərpasının  böyük səylər, qətiyyət tələb etdiyini Azərbaycan dövləti, xalqı 44 günlük müharibədə sübuta yetirdi. 30 ilə yaxın dövrdə  işğal altında qalan torpaqlarımız  erməni vəhşiliklərinin, vandalizminin şahidi olmaqla yanaşı, əyilməzliyin simvoluna çevrildi. Bu torpaqlar öz tarixi sahibinə qovuşacağı günü gözləyirdi və əmin idi ki, qovuşacaq. 
       27 sentyabr bizim üçün həm də dünyanın görməzdən gəldiyi ədalətin təmin olunduğu günün başlanğıcıdır. 20 faiz torpağı işğal olunan ölkəmizin, övladının qanı axıdılan, terrora məruz qalan, evindən didərgin salınmış  xalqımızın cavab haqqı 2020-ci ilin sentyabrında gəldi. Biz halal torpaqlarımızın 30 illik işğal dönəmində dövlət, xalq olaraq düşmənlə ləyaqətlə davrandıq, onlara, himayadarlarına anlatmağa çalışdıq ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir, biz müharibə istəmirik. Amma düşmən bunu anlayışla qəbul etmədi, əksinə təmas xəttində böyük güclərin, anti-Azərbaycan qüvvələrin himayədarlığı ilə təxribata əl atdılar. Halbuki, böyük güclər, dediyimiz həmin o qüvvələr beynəlxalq hüququn norma və prinsipinə uygun olaraq Qarabağ problemini ədalətli şəkildə həll etməyi öhdəlik kimi üzərinə götürmüşdülər. ATƏT və digər beynəlxalq qurumların fəaliyyətsizliyi onu deməyə əsas verirdi ki, onlar ədalətə, sülhə deyil, əslində, şərə xidmət edirlər. Bu, ölü doğulmuş, indiki vəziyyətdə tarixin arxivində  olan keçmiş Minsk qrupunun fəaliyyətində aydın şəkildə özünü göstərirdi.
       Bundan ilhamlanan Ermənistanın  yeni rəhbərliyinin qəbulolunmaz davranışları, “Qarabağ Ermənistandır və nöqtə” kimi populist xarakterli məsuliyyətsiz bəyanatları, bundan başqa Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri, Ermənistan silahlı qüvvələrinin təmas xəttində təxribatçı hərəkətlərinə qəhrəman ordumuzun cavabı öldürücü oldu. Diplomatik masalarda, beynəlxalq forumlarda erməni yalanlarını ifşa edərək qarşı tərəfə tarix dərsi keçən Prezident İlham Əliyev bu dəfə Ali Baş Komandan kimi cəbhə xəttində düşmənə hərbi dərs verdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli ordumuz 44 gün ərzində pərən-pərən olan düşmənin silahlı qüvvələrini  ağ bayraq qaldırmağa və Ermənistan rəhbərliyini rəzil təslimçilik aktına imza atmağa məcbur etdi. 
       Məhz bundan sonra  biz tarixi yurd yerimizə sahib olduq. Prezident İlham Əliyev iki əsrlik tariximizdə Vətəni bütövləşdirən lider kimi qəhrəmanlıq səhifəsi yaradaraq fenomen kimi ilkə imza atdı. 44 günlük münaqişə dövründə düşmənlə ideoloji, diplomatik, hərbi savaşlardan qalib ayrılaraq  ümumxalq sevgisi qazandı və mütləq qəhrəman oldu. Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə bu savaşda Azərbaycan ordusu müharibə qaydalarına tam əməl etməklə qarşı tərəfə həm də ləyaqət dərsi keçdi. 44 günlük Qarabağ müharibəsində hərbi əsirlərə qarşı qeyri-insani rəftar, vəhşilik, zorakılıqla dünyanı heyrətləndirən Ermənistan ordusundan fərqli olaraq Silahlı Qüvvələrimiz mülki şəxsləri hədəf götürmədi. Beynəlxalq hüquqa hörmətlə yanaşan ölkəmiz əsir götürülən hərbçilərə insani münasibət göstərdi. Ölkələrinə təhvil verilən hərbi əsirlər bu həqiqəti vətənlərində belə etiraf etmək məcburiyyətində qaldılar. Çünki öldürmək, baş kəsmək erməni  işi, erməni xislətidir. Hər zaman qan tökməyin əleyhinə olan Azərbaycan illərdir ki, regionda sülhün bərqərar olmasına çalışır, öz tarixi torpaqlarında xoşbəxt bir ömür yaşamaq istəyirdi. Bu tarixi xoşbəxtliyi Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan yaşadı.
Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 19mindən yuxarı şəxsöhdəliyə götürülmüşdür, 96milyona yaxın vəsait müvafiq istiqamətlər üzrə xərclənmişdir.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, hər il 27 sentyabr Anım Günü kimi qeyd olunur. Bu, şəhidlərimizin müqəddəs xatirəsinə dövlətimizin və xalqımızın ehtiramının təzahürüdür. Paytaxtda inşa edilən Zəfər Parkı, Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi xalqımızın qəhrəmanlıq salnaməsini gələcək nəsillərə çatdıracaq, müzəffər ordumuzun şanlı yolunu əks etdirəcək.
27 sentyabr həm hüzn, həm də qürur günüdür. Bu gün biz şəhidlərimizin xatirəsini uca tutur, onların canları bahasına əldə edilmiş Zəfərin məsuliyyətini dərk edirik. Azərbaycan xalqı bundan sonra da azad və güclü dövlətini qurmağa davam edəcək.
Tünzalə Əsədova,
 “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin poliklinika şöbəsinin  müdiri





Oxşar xəbərlər


Xəbər lenti
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19