Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası

Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü

2026-09-24 09:26:47 32 baxış
Xəbər şəkil

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli iqtisadi islahatlar ölkəmizin dayanıqlı inkişaf modelini keyfiyyətcə yeni mərhələyə yüksəldir. Dağ-mədən sənayesi Azərbaycanın iqtisadi potensialının mühüm istiqamətlərindən biri olmaqla yanaşı, qeyri-neft sektorunun inkişafında da əhəmiyyətli rol oynaya bilər. Ölkəmizin zəngin mineral-xammal bazası, əlverişli coğrafi mövqeyi və sənaye potensialı bu sahənin daha geniş miqyasda inkişaf etdirilməsi üçün mühüm imkanlar yaradır. Bununla belə, uzun illər ərzində mövcud potensialdan tam və səmərəli istifadə etmək mümkün olmayıb. İşğal faktoru da Azərbaycanın bir sıra mühüm mineral yataqlarından istifadəsini məhdudlaşdıran əsas amillərdən biri olub.Prezident İlham Əliyev sədrliyi ilə sentyabrın 22-də keçirilən “2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunan müşavirə milli iqtisadiyyatımızın yaxın və uzaq gələcək xəritəsini müəyyən edən tarixi hadisə oldu.
Prezident İlham Əliyevin müşavirədəki proqram xarakterli çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan öz təbii resurslarından maksimum səmərəli və elmi əsaslarla istifadə etməklə, sadəcə xammal ixrac edən ölkədən tam istehsal zəncirinə malik, yüksək əlavə dəyər yaradan sənaye mərkəzinə çevrilmək yolunu tutmuşdur. Cənab Prezidentin vurğuladığı kimi, aprel ayında imzalanmış müvafiq Sərəncam əsasında hazırlanan bu Dövlət Proqramının icrası ilə ölkəmizdə tamamilə yeni, müasir və qlobal miqyasda rəqabətqabiliyyətli sənaye istiqaməti bərqərar olacaqdır.
Müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən qəbul edilən Dövlət proqramlarının əsas fərqləndirici xüsusiyyəti onların həddindən artıq konkret, ölçülə bilən və qısamüddətli olmasıdır. Bəzi irimiqyaslı su təsərrüfatı və bərpa layihələrini istisna etməklə, dağ-mədən və metallurgiya sahəsini əhatə edən yeni proqram cəmi 4 il ərzində – 2027-ci ildən 2030-cu ilin sonuna qədər tam icra olunmalıdır.
Bu dinamik yanaşma dövlətin idarəetmə mexanizmlərinin nə qədər çevik və nəticəyönümlü olduğunu bir daha təsdiqləyir. Proqramın icrası üçün tələb olunan maliyyə təminatı, icra və nəzarət mexanizmləri tam hazırdır. Dövlət büdcəsi və Dövlət İnvestisiya Proqramı çərçivəsində ayrılacaq vəsaitlər bu strateji hədəflərin vaxtında, şəffaf və keyfiyyətlə reallaşmasını təmin edəcəkdir.
Eyni zamanda, bu proqram bizim regionların sosial-iqtisadi inkişafı üzrə 2004-cü ildən uğurla icra edilən strateji xəttimizin məntiqi davamıdır. Əhalinin artması, məşğulluq tələbləri və iqtisadiyyatın böyüməsi fonunda dövlət investisiya proqramlarının daim yenilənməsi bölgələrimizin simasını köklü şəkildə dəyişir.
Bütün dünya enerji qıtlığı, yanacaq qiymətlərinin kəskin tərəddüdü və enerji təhlükəsizliyi böhranı ilə üz-üzə qaldığı bir vaxtda, vaxtında atılmış uzaqgörən addımlar Azərbaycanı böyük problemlərdən sığortaladı. Bu gün Azərbaycan nəinki öz tələbatını ödəyir, həm də bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz strateji tərəfdaşa çevrilmişdir.
30 illik işğal dövründə Ermənistan dövləti təkcə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu vəhşicəsinə məhv etməklə kifayətlənməmiş, qızıl, mis və molibden yataqlarımızı da beynəlxalq hüquqa zidd olaraq talamışdır. Bu gün sərvətlərimizin əsl sahibinə qayıtması ilə həmin ərazilərdə yeni geoloji kəşfiyyat və müasir istismar dövrü başlayır. Dövlət Proqramı çərçivəsində Ağdərə rayonunda artıq praktiki işlərə başlanılmış, yaxın gələcəkdə Kəlbəcər və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarında ən müasir texnologiyalarla istismar işlərinə start veriləcəkdir. İşğaldan azad edilmiş ərazilərlə yanaşı sovet dövründən qalan köhnəlmiş məlumatlar yenilənərək, Naxçıvanın zəngin təbii resurs ehtimalı yüksək olan zonalarında gələn ildən etibarən genişmiqyaslı geoloji kəşfiyyat aparılması, Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonundakı “Filizçay” polimetal yatağında “AzerGold” QSC tərəfindən hazırlıq işlərinin yekunlaşması, “Daşkəsən” filiz yatağının istismarı və ətraf bölgələrin xammal bazası əsasında Qərb Sənaye Parkının yaradılması filiz hasilatından başlayaraq zənginləşdirmə, pelet və briketlənmiş dəmir zavodlarının tikintisi ilə son məhsul zəncirinin qurulması bu sahədə köklü inkişafdan xəbər verir.
Ayrıcı bir istiqamət kimi, metallurgiya sənayesində alüminium istehsalının 2030-cu ilə qədər 100 min tona çatdırılması hədəflənir. Müasir texnologiyalarla təchiz olunacaq yeni zavodlar ölkəmizin emal sənayesinin ixrac imkanlarını dəfələrlə artıracaqdır. Prezident İlham Əliyevin yerli və xarici investorlara ünvanladığı “Qapılar açıqdır” mesajı Azərbaycanın açıq, şəffaf və rəqabətədavamlı biznes mühitinə sadiqliyini növbəti dəfə nümayiş etdirir. Maliyyətutumlu, lakin son dərəcə gəlirli olan bu sahə yüksək qızıl və metal qiymətləri fonunda ölkəmizə milyardlarla manat gəlir gətirəcəkdir.
Cənab Prezidentin rəhbərliyi ilə qəbul edilən bu strateji proqram Azərbaycanın iqtisadi müstəqilliyini və qüdrətini daha da möhkəmləndirəcək, xalqımızın rifahına misilsiz töhfələr verəcək, həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun sürətli məskunlaşması və məşğulluğuna təkan verməklə bərabər, dövlət büdcəsinə vergi daxilolmalarını kəskin artıracaq, qeyri-neft eksport potensialımızı keyfiyyətcə yeni səviyyəyə qaldıracaqdır.

        Vasif Hümmətov,
        Salyan Regional Qaz İstismarı İdarəsinin rəis müavini





Oxşar xəbərlər


Xəbər lenti
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18