Prezident İlham Əliyevdən Tarixi Qərar: Əziz Səncərə "Şöhrət" Ordeni və Bütöv Türk Kimliyinə Təltif
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Əziz Səncərin Şöhrət ordeni ilə təltif olunması bütün türk dünyası üçün qürurverici və tarixi hadisədir.
Dünyaca məşhur elm adamı Əziz Səncərin türk millətinə və Türk dünyasına olan bağlılığı həqiqi əməllərə, elmə verdiyi böyük töhfələrə və ortaq köklərə sadiqliyə əsaslanır.
O, Nobel mükafatını alan kimi onu öz şəxsi uğuru kimi qəbul edərək birbaşa Atatürkün və Türkiyə Cümhuriyyətinin elm sahəsinə qoyduğu təməlin nəticəsi hesab etmiş, həmin ali mükafatı Anıtkabirə təqdim etmişdir. Əziz Səncər həmçinin Nobel mükafatından əldə etdiyi maddi vəsaiti türk gənclərinin, o cümlədən xaricdə oxuyan türk tələbələrin elmi araşdırmalarına yönəltmiş, ABŞ-da türk tələbələrinin rahat yaşaması və oxuması üçün xüsusi fond və ev quraraq gənclərin yolunu açmışdır. O, hər çıxışında Atatürkün maarifçilik yolunu əsas götürərək türk gənclərinin elm sahəsində dünyada ön sıralarda olmasının vacibliyini vurğulayır. Dünyanın harasında yaşamasından asılı olmayaraq, o, öz köklərinə həmişə sıx bağlı qalıb və Azərbaycanın Qarabağ torpaqlarının azad olunmasını, həmin torpaqlarda həyata keçirilən bərpa və quruculuq işlərini hər zaman böyük qürurla qarşılayıb. Dahi alim Qarabağın qələbəsini bütün türk dünyasının ortaq zəfəri kimi qiymətləndirib, bu qələbənin elmi və mədəni inteqrasiya ilə daha da möhkəmlənəcəyini bildirib. Azərbaycanın Şöhrət ordeni ilə təltif olunması məhz bu qarşılıqlı hörmətin, sevginin və ortaq türk kimliyinin dövlət səviyyəsində qiymətləndirilməsidir. Onun üçün türk dünyasına sevgi real fəaliyyətə əsaslanır, laboratoriyada gecə-gündüz çalışmaqdan, gənc tədqiqatçılara dəstək olmaqdan və türk xalqlarının elmi potensialını dünyaya tanıtdırmaqdan ibarətdir. Əziz Səncərin bu ada layiq görülməsi əsl elmi fəidakarlığın və xalqa sədaqətin hər zaman öz layiqli qiymətini aldığını təsdiq edir.