Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
"Laçının azadlığa qovuşması tarixi ədalətin və dövlətimizin qüdrətinin təntənəsidir"
SİYASƏT
Yeni strateji əməkdaşlıq perspektivləri
SİYASƏT
"Əbədi dostluq haqqında Müqavilə iki qardaş xalqın tarixi bağlarını daha möhkəm əsaslarla təsbit edir" - Günay Ağamalı
SİYASƏT
Bu gün unudulmaz Atam, Fəzail Ağamalının doğum günüdür...
SİYASƏT
Azərbaycan–Özbəkistan: iqtisadi əməkdaşlığın genişlənən üfüqləri
SİYASƏT
Azərbaycan–Özbəkistan: ortaq dəyərlər, ortaq hədəflər
SİYASƏT
Azərbaycan–Özbəkistan münasibətləri: əbədi dostluğun möhkəm təməli
SİYASƏT
Laçında yeni həyatın təməli möhkəmlənir
SİYASƏT
Laçın: işğaldan azadlığa uzanan tarixi yol
SİYASƏT
Laçın quruculuq və inkişaf məkanına çevrilir
SİYASƏT
Azərbaycan–Özbəkistan əlaqələrinin mənəvi dayaqları: ortaq tarix və mədəni bağlar
SİYASƏT
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə: strateji müttəfiqlik və siyasi həmrəylik
SİYASƏT
Azərbaycan–Özbəkistan iqtisadi əlaqələri: qarşılıqlı faydaya əsaslanan tərəfdaşlığın yeni üfüqləri
SİYASƏT
Vətən Sərhəddən Başlayır: Sərhəd Qoşunlarının Şərəfli Yolu
SİYASƏT
Ortaq dəyərlər üzərində yüksələn MÜTTƏFİQLİK
SİYASƏT
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə: strateji müttəfiqlik və siyasi həmrəylik
SİYASƏT
Bakı görür və hesablayır: İrəvan hansı oyunun içindədir? 
SİYASƏT
Komitə sədri: ” Naxçıvanda komando tipli hərbi birləşmələrin yaradılması regionun müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm addımdır”
SİYASƏT
Naxçıvan öz inkişafında yeni dövrə qədəm qoyur
SİYASƏT
Naxçıvan: nəqliyyat, ticarət və iqtisadi əməkdaşlığın qovşağı
SİYASƏT
Yeni Nəqliyyat və Enerji Xəritəsinin Mühüm Qovşağı-Naxçıvan 
SİYASƏT
Naxçıvanın Gələcəyə Baxış Strategiyası
SİYASƏT
Naxçıvan Muxtar Respublikası Yeni İslahatlar və İnkişaf Mərhələsində
SİYASƏT
“Naxçıvan buralarda dayanmayacaq, qarşıda böyük hədəflər var”
SİYASƏT
Naxçıvanın nəqliyyat potensialı və Zəngəzur dəhlizi
SİYASƏT
Naxçıvan Azərbaycanın enerji strategiyasında yeni imkanlar yaradır
SİYASƏT
Naxçıvanın inkişafı yeni mərhələyə qədəm qoyur
SİYASƏT
Naxçıvan: zəngin keçmişdən hərtərəfli inkişafa doğru
CƏMİYYƏT
Naxçıvan buralarda dayanmayacaq, qarşıda böyük hədəflər var”
SİYASƏT
Deputat: Naxçıvanın gələcəyinə yeni səhifə açılır

"Əbədi dostluq haqqında Müqavilə iki qardaş xalqın tarixi bağlarını daha möhkəm əsaslarla təsbit edir" - Günay Ağamalı

2026-08-27 15:53:03 40 baxış
Xəbər şəkil

 

 

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə yalnız siyasi dialoqla məhdudlaşmayan, ortaq tarix, mədəniyyət və milli-mənəvi dəyərlər üzərində möhkəmlənən strateji tərəfdaşlıq modelinə çevrilib. İki ölkə liderləri arasında formalaşmış yüksək siyasi etimad və qarşılıqlı hörmət bu əlaqələrin yeni məzmun qazanmasına, əməkdaşlığın iqtisadiyyatdan nəqliyyata, humanitar sahədən şəhərlərarası əlaqələrə qədər genişlənməsinə imkan yaradıb. Möhtərəm Cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri də məhz bu baxımdan Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək istiqamətlərini müəyyən edən mühüm siyasi hadisə kimi diqqət çəkir.

Sözügedən görüş ilə bağlı Milli Məclisin deputatı Günay Ağamalı Patrul.az-a açıqlama verib. O qeyd edib ki, möhtərəm Cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin müasir tarixində mühüm siyasi hadisə olmaqla yanaşı, iki qardaş ölkə arasında müttəfiqlik əlaqələrinin daha da möhkəmləndirilməsinin bariz ifadəsidir:

‘’Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası, imzalanan sənədlər və əldə olunan razılaşmalar münasibətlərimizin artıq konkret hədəflərə və uzunmüddətli strateji perspektivlərə əsaslandığını göstərir.

Azərbaycan və Özbəkistanı birləşdirən bağların təməlində ortaq tarix, dil, mədəniyyət, milli-mənəvi dəyərlər və xalqlarımızın əsrlər boyu qoruyub saxladığı qardaşlıq münasibətləri dayanır. Möhtərəm Cənab Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində vurğuladığı kimi, bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illərdə misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyaraq ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib. Dövlət başçımızla Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq, qarşılıqlı hörmət və yüksək siyasi etimad bu münasibətlərin dinamik inkişafında xüsusi rol oynayır. Səfərin ən mühüm nəticələrindən biri Cənab Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasıdır. Sözügedən sənəd iki qardaş xalq arasında tarixi bağların dövlətlərarası münasibətlər müstəvisində daha möhkəm hüquqi-siyasi əsaslarla təsbit olunması baxımından xüsusi əhəmiyyət daşıyır’’.

 

Deputat bildirib ki, eyni zamanda, Ali Dövlətlərarası Şuranın üçüncü iclasının Qərarının imzalanması münasibətlərin institusional mexanizmlər əsasında ardıcıl inkişaf etdirildiyini nümayiş etdirir:

‘’İmzalanan və mübadilə olunan sənədlərin əhatə dairəsi əməkdaşlığın çoxşaxəli olduğunu ortaya qoyur. Turizm və mədəniyyət sahələrində əməkdaşlıq sazişləri, pensiya təminatı, xarici siyasət qurumları arasında əməkdaşlıq proqramı, dövlət xidmətləri sahəsində qarşılıqlı fəaliyyət, eləcə də şəhərlərimiz arasında qardaşlaşma münasibətlərinin yaradılması haqqında protokollar iki ölkənin əlaqələrinin siyasi müstəvidən iqtisadi, sosial və humanitar sahələrə qədər genişləndiyini göstərir.

Xüsusilə Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə Proqramın, həmçinin investisiyalar və ticarət sahəsində layihələrin həyata keçirilməsi üzrə Yol Xəritəsinin qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır.  Adıçəkilən sənədlər qarşılıqlı iqtisadi münasibətlər üçün hədəflər müəyyənləşdirir, birgə investisiya təşəbbüslərinin genişləndirilməsinə və yeni layihələrin həyata keçirilməsinə zəmin yaradır. Xankəndi ilə Ürgənc, Naxçıvanla Ürgənc, Laçınla Buxara arasında qardaşlaşma münasibətlərinin qurulması xüsusi məna daşıyır. Bu addımlar Azərbaycan və Özbəkistan arasında münasibətlərin həm də regionlar və şəhərlər arasında da genişlənməsinə xidmət edir. Eyni zamanda, Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına və dirçəlişinə verdiyi mənəvi dəstəyin davamı kimi mühüm əhəmiyyət kəsb edir’’.

Həmsöhbətimizin sözlərinə görə, günümüzdə Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasının birliyinə və regional inteqrasiyaya töhfə verir:

‘’Bakı ilə Daşkənd arasında siyasi dialoqun yüksək səviyyəsi, iqtisadi və investisiya layihələrinin genişlənməsi, nəqliyyat-logistika imkanlarının birləşdirilməsi, o cümlədən, elm, təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi bütövlükdə Türk Dövlətləri Təşkilatının güclənməsinə xidmət edir. Möhtərəm Cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan qardaşlığının və müttəfiqliyinin inkişafında yeni tarixi mərhələnin əsasını qoydu. Əldə olunan razılaşmalar və imzalanan sənədlər iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Azərbaycan və Özbəkistanın siyasi iradəsi, qarşılıqlı etimadı və qardaşlıq münasibətləri bundan sonra da xalqlarımızın rifahına, Türk dünyasının birliyinin möhkəmlənməsinə, regionda sabitliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfələr verəcəkdir’’.





Oxşar xəbərlər


Xəbər lenti
"Laçının azadlığa qovuşması tarixi ədalətin və dövlətimizin qüdrətinin təntənəsidir"
2026-08-27
Yeni strateji əməkdaşlıq perspektivləri
2026-08-27
"Əbədi dostluq haqqında Müqavilə iki qardaş xalqın tarixi bağlarını daha möhkəm əsaslarla təsbit edir" - Günay Ağamalı
2026-08-27
Bu gün unudulmaz Atam, Fəzail Ağamalının doğum günüdür...
2026-08-27
Azərbaycan–Özbəkistan: iqtisadi əməkdaşlığın genişlənən üfüqləri
2026-08-27
Azərbaycan–Özbəkistan: ortaq dəyərlər, ortaq hədəflər
2026-08-27
Azərbaycan–Özbəkistan münasibətləri: əbədi dostluğun möhkəm təməli
2026-08-27
Laçında yeni həyatın təməli möhkəmlənir
2026-08-26
Laçın: işğaldan azadlığa uzanan tarixi yol
2026-08-26
Laçın quruculuq və inkişaf məkanına çevrilir
2026-08-26
Azərbaycan–Özbəkistan əlaqələrinin mənəvi dayaqları: ortaq tarix və mədəni bağlar
2026-08-26
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə: strateji müttəfiqlik və siyasi həmrəylik
2026-08-26
Azərbaycan–Özbəkistan iqtisadi əlaqələri: qarşılıqlı faydaya əsaslanan tərəfdaşlığın yeni üfüqləri
2026-08-26
Vətən Sərhəddən Başlayır: Sərhəd Qoşunlarının Şərəfli Yolu
2026-08-25
Ortaq dəyərlər üzərində yüksələn MÜTTƏFİQLİK
2026-08-25
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə: strateji müttəfiqlik və siyasi həmrəylik
2026-08-25
Bakı görür və hesablayır: İrəvan hansı oyunun içindədir? 
2026-08-17
Komitə sədri: ” Naxçıvanda komando tipli hərbi birləşmələrin yaradılması regionun müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm addımdır”
2026-08-14
Naxçıvan öz inkişafında yeni dövrə qədəm qoyur
2026-08-14
Naxçıvan: nəqliyyat, ticarət və iqtisadi əməkdaşlığın qovşağı
2026-08-14
Yeni Nəqliyyat və Enerji Xəritəsinin Mühüm Qovşağı-Naxçıvan 
2026-08-14
Naxçıvanın Gələcəyə Baxış Strategiyası
2026-08-14
Naxçıvan Muxtar Respublikası Yeni İslahatlar və İnkişaf Mərhələsində
2026-08-14
“Naxçıvan buralarda dayanmayacaq, qarşıda böyük hədəflər var”
2026-08-14
Naxçıvanın nəqliyyat potensialı və Zəngəzur dəhlizi
2026-08-14
Naxçıvan Azərbaycanın enerji strategiyasında yeni imkanlar yaradır
2026-08-14
Naxçıvanın inkişafı yeni mərhələyə qədəm qoyur
2026-08-14
Naxçıvan: zəngin keçmişdən hərtərəfli inkişafa doğru
2026-08-14
Naxçıvan buralarda dayanmayacaq, qarşıda böyük hədəflər var”
2026-08-13
Deputat: Naxçıvanın gələcəyinə yeni səhifə açılır
2026-08-12