Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
SİYASƏT
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
SİYASƏT
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
SİYASƏT
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır

Şuşa Bəyannaməsi: Azərbaycan–Türkiyə qardaşlığının müttəfiqlik zirvəsi

2026-06-13 13:59:09 147 baxış
Xəbər şəkil

2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərinin tarixində yeni mərhələnin əsasını qoymuş mühüm siyasi sənəddir. Bu Bəyannamə təkcə iki dövlət arasında əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutmur, eyni zamanda ortaq tarixə, milli-mənəvi dəyərlərə, qardaşlıq münasibətlərinə və strateji maraqlara əsaslanan müttəfiqliyin hüquqi-siyasi çərçivəsini müəyyənləşdirir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi dərin tarixi köklərə əsaslanır. Bu sənəddə Azərbaycan və Türkiyə xalqlarının böyük liderləri Mustafa Kamal Atatürkün və Ümummilli Lider Heydər Əliyevin fikirləri öz əksini tapmışdır. Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamı Türkiyə xalqının Azərbaycan xalqına olan səmimi münasibətini ifadə edir. Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” sözləri isə iki qardaş ölkə arasındakı münasibətlərin əsas fəlsəfəsini müəyyənləşdirir. Bu fikirlər illər boyu dövlətlərimizin qarşılıqlı əlaqələrinin ideoloji təməlini təşkil etmiş və bu gün də öz aktuallığını qoruyub saxlamışdır.
Şuşa Bəyannaməsinin məhz Azərbaycanın işğaldan azad edilmiş qədim şəhəri Şuşada imzalanması xüsusi rəmzi məna daşıyır. Şuşa Azərbaycan xalqının tarixində, mədəniyyətində və milli yaddaşında mühüm yer tutur. 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm Qələbədən sonra Şuşada belə bir sənədin imzalanması Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasının beynəlxalq səviyyədə təsdiqinin göstəricilərindən biri olmuşdur. Eyni zamanda, Türkiyənin Azərbaycanın yanında olduğunu və bundan sonra da qardaş ölkəyə dəstəyini davam etdirəcəyini bütün dünyaya nümayiş etdirmişdir.
Bəyannamənin əsas xüsusiyyətlərindən biri onun bütün sahələri əhatə etməsidir. Sənəddə siyasi, iqtisadi, hərbi, müdafiə sənayesi, enerji, nəqliyyat, təhsil, elm, mədəniyyət, gənclər siyasəti, informasiya və digər istiqamətlər üzrə əməkdaşlığın daha da gücləndirilməsi nəzərdə tutulur. Bu baxımdan Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri yeni keyfiyyət mərhələsinə yüksəldən hərtərəfli strateji yol xəritəsi hesab edilə bilər.
Siyasi sahədə Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin davam etdirilməsini, regional və qlobal məsələlərdə birgə mövqedən çıxış etməyi öhdələrinə götürmüşlər. Dövlətlər arasında müntəzəm siyasi dialoq və yüksək səviyyəli əlaqələr regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət edir. İki ölkənin bir-birinin milli maraqlarını daim dəstəkləməsi qardaşlıq münasibətlərinin ən vacib göstəricilərindən biridir.
Hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq Bəyannamənin ən mühüm istiqamətlərindən biridir. Sənəddə tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə qarşı təhdid və ya təcavüz olduğu halda qarşılıqlı məsləhətləşmələrin aparılması və zəruri tədbirlərin görülməsi nəzərdə tutulur. Bu müddəa Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldiyini açıq şəkildə nümayiş etdirir. Son illərdə keçirilən birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq və silahlı qüvvələr arasında təcrübə mübadiləsi bu münasibətlərin praktik nəticələridir.
İqtisadi əməkdaşlıq da Şuşa Bəyannaməsinin əsas istiqamətlərindəndir. Azərbaycan və Türkiyə uzun illərdir ki, enerji və nəqliyyat layihələrində uğurla əməkdaşlıq edirlər. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və TANAP layihəsi regionun enerji təhlükəsizliyinə mühüm töhfələr vermişdir. Eyni zamanda Bakı–Tbilisi–Qars dəmir yolu xətti Asiya ilə Avropanı birləşdirən mühüm nəqliyyat dəhlizlərindən birinə çevrilmişdir. Şuşa Bəyannaməsi bu əməkdaşlığın daha da genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaratmışdır.
Mədəni-humanitar sahədə əlaqələrin inkişafı da sənəddə xüsusi yer tutur. Azərbaycan və Türkiyə xalqları ortaq tarixə, dilə, dinə və mədəniyyətə malikdirlər. Bu səbəbdən təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahələrində əməkdaşlığın gücləndirilməsi gələcək nəsillərin milli dəyərlər ruhunda formalaşmasına xidmət edir. Universitetlərarası əlaqələrin genişləndirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi və mədəni tədbirlərin təşkili iki xalqın mənəvi birliyini daha da möhkəmləndirir.
Bir sözlə, Şuşa Bəyannaməsini Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtələrindən biri hesab etmək olar. Bu sənəd yalnız bugünkü əməkdaşlığı deyil, gələcək inkişaf perspektivlərini də müəyyənləşdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsi əcdadların vəsiyyətinə sadiqliyin, qardaşlığın və birliyin təntənəsidir. Bu tarixi sənəd Azərbaycan və Türkiyə arasında bütün sahələri əhatə edən əməkdaşlığın daha da güclənməsinə, regionda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edən mühüm strateji platformadır. Şuşa Bəyannaməsi gələcək nəsillərə dostluq, həmrəylik və müttəfiqlik nümunəsi kimi qalacaqdır.

Məhəmməd Pənahov,
YAP Salyan rayon təşkilatının ərazi partiya təşkilat sədri  

Oxşar xəbərlər

Xəbər lenti
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17