Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Türkiyə–Azərbaycan münasibətlərində tarixi ənənələrdən müasir birliyə

2026-06-13 13:57:53 161 baxış
Xəbər şəkil

 

Azərbaycan və Türkiyə arasındakı münasibətlər dünyanın ən möhkəm və sarsılmaz dövlətlərarası əlaqələrindən biri hesab olunur. Bu münasibətlərin əsasında yalnız siyasi və iqtisadi maraqlar deyil, ortaq tarix, dil, mədəniyyət, milli-mənəvi dəyərlər və qardaşlıq bağları dayanır. İki xalq əsrlər boyu eyni coğrafiyanın, eyni mədəni mühitin və eyni tarixi proseslərin iştirakçısı olmuşdur. Məhz bu səbəbdən Azərbaycan-Türkiyə əlaqələri adi diplomatik münasibətlərdən daha üstün məna daşıyır və “bir millət, iki dövlət” prinsipi ilə xarakterizə olunur.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Türkiyə onu tanıyan ilk dövlət olmuş, ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində mühüm rol oynamışdır. Eyni zamanda, Azərbaycan da Türkiyənin regional və beynəlxalq təşəbbüslərinə daim dəstək vermişdir. Bu qarşılıqlı etimad və həmrəylik illər ərzində iki ölkə arasında strateji tərəfdaşlığın formalaşmasına, daha sonra isə müttəfiqlik səviyyəsinə yüksəlməsinə səbəb olmuşdur.
Azərbaycan-Türkiyə dostluğunun və əməkdaşlığının möhkəm təməlləri tarixin müxtəlif mərhələlərində atılmışdır. Bu baxımdan 1921-ci ildə imzalanmış Qars müqaviləsi xüsusi əhəmiyyətə malikdir. Həmin müqavilə regionda yeni siyasi reallıqların formalaşdığı bir dövrdə Türkiyə ilə Cənubi Qafqaz arasında münasibətlərin hüquqi əsaslarını müəyyənləşdirmiş, təhlükəsizlik və sabitlik üçün mühüm zəmin yaratmışdır. Tarixi Qars müqaviləsi iki qardaş xalqın gələcək münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.
2021-ci il iyunun 15-də Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması zamanı tarixi Qars müqaviləsinə istinad edilməsi xüsusi diqqət çəkən məqamlardan biri olmuşdur. Bu istinad təsadüfi xarakter daşımırdı. Çünki 1921-ci ildə imzalanmış Qars müqaviləsi regionda yeni siyasi münasibətlərin formalaşmasına mühüm təsir göstərmiş, Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq münasibətlərinin tarixi əsaslarından birini təşkil etmişdir. Qars müqaviləsinin yüz illiyi ərəfəsində azad Şuşada müttəfiqlik sənədinin imzalanması tarixi varisliyin, dövlətlərarası münasibətlərdə davamlılığın və qardaşlıq ənənələrinin qorunub saxlanılmasının bariz nümunəsi kimi qiymətləndirilir. Şuşa Bəyannaməsinin imzalanması mərasimində Prezident İlham Əliyev də bu məqama toxunaraq qeyd etmişdir: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.”
Bu fikirlər Şuşa Bəyannaməsinin yalnız müasir dövr üçün deyil, həm də tarixi varislik baxımından nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Əgər Qars müqaviləsi XX əsrin əvvəllərində regionda sabitliyin və əməkdaşlığın əsasını qoymuşdusa, Şuşa Bəyannaməsi XXI əsrdə Azərbaycan və Türkiyə arasında münasibətləri yeni səviyyəyə yüksəldən mühüm strateji sənədə çevrilmişdir. Beləliklə, iki sənəd arasında yüzillik zaman fərqi olsa da, onların əsas məqsədi ortaq maraqların qorunması, təhlükəsizliyin təmin edilməsi və qardaş xalqların rifahına xidmət etməkdir.
Şuşa Bəyannaməsinin məhz 2021-ci ildə, Qars müqaviləsinin imzalanmasının yüz illiyində qəbul edilməsi təsadüfi deyildir. Bu hadisə tarixin davamlılığını və Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu nümayiş etdirir. Daha da əhəmiyyətlisi odur ki, Bəyannamə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra, işğaldan azad edilmiş Şuşa şəhərində imzalanmışdır. Bu amil sənədə həm siyasi, həm də mənəvi baxımdan xüsusi dəyər qazandırır.
Şuşa şəhəri Azərbaycan xalqının milli kimliyinin, mədəniyyətinin və dövlətçilik ənənələrinin simvollarından biridir. Uzun illər işğal altında qalan bu şəhərin azad olunması ölkəmizin tarixində dönüş nöqtəsi olmuşdur. Məhz belə bir şəhərdə Azərbaycan və Türkiyə prezidentlərinin müttəfiqlik sənədi imzalaması qardaşlığın, həmrəyliyin və ortaq gələcəyə inamın təntənəsi kimi qiymətləndirilir. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan və Türkiyə yalnız sevincli günlərdə deyil, ən çətin dövrlərdə də bir-birinin yanındadır.
Şuşa Bəyannaməsi siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur. Sənəd regionda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, türk dünyasının birliyinin güclənməsinə də mühüm töhfə verir. Bu baxımdan Şuşa Bəyannaməsi təkcə iki dövlət arasındakı münasibətlərin deyil, bütövlükdə regionun gələcək inkişafının mühüm istiqamətlərini müəyyənləşdirən strateji sənəd kimi dəyərləndirilir.
Azərbaycan və Türkiyə bu gün beynəlxalq arenada bir-birini dəstəkləyən, ortaq maraqlardan çıxış edən və qarşılıqlı etimada əsaslanan müttəfiq dövlətlərdir. Son illərdə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri, müdafiə sahəsində əməkdaşlıq, humanitar əlaqələrin genişlənməsi bu birliyin praktiki nəticələridir. Şuşa Bəyannaməsi isə bu münasibətlərin gələcək inkişafı üçün möhkəm hüquqi və siyasi baza yaratmışdır.
Bütün bunlar göstərir ki, Qars müqaviləsindən Şuşa Bəyannaməsinədək uzanan tarixi yol Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu təsdiqləyir. Bir əsr əvvəl əsası qoyulan dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək ənənələri bu gün də uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Şuşa Bəyannaməsi iki dövlət arasında münasibətlərin yeni mərhələsini müəyyənləşdirən, gələcək əməkdaşlığın əsas istiqamətlərini göstərən və qardaşlığın əbədi olduğunu təsdiqləyən mühüm siyasi sənəd kimi tarixdə öz layiqli yerini tutmuşdur.

Həsən Abdullayev, 
Salyan rayon Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19