Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
SİYASƏT
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
SİYASƏT
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
SİYASƏT
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır

Azərbaycanın dövlətçilik salnaməsində milli qurtuluş zirvəsi

2026-06-12 09:07:35 125 baxış
Xəbər şəkil

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində həlledici dönüş nöqtəsi, müstəqil dövlətçiliyimizin xilası və gələcək inkişafının əsasının qoyulduğu tarixi gündür. Məhz bu gün Azərbaycan ağır siyasi böhrandan, parçalanma təhlükəsindən və müstəqilliyini itirmək riskindən xilas olaraq inkişaf və tərəqqi yoluna qədəm qoydu. Milli Qurtuluş Günü xalqımızın dövlətçilik tarixində təkcə bir siyasi hadisə deyil, həm də müstəqil Azərbaycanın mövcudluğunu təmin edən mühüm mərhələdir.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası sonrakı illərdə ciddi sınaqlarla üzləşdi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal edilir, ölkənin ərazi bütövlüyü pozulur, minlərlə soydaşımız doğma yurdlarından didərgin düşürdü. Bununla yanaşı, ölkə daxilində hökm sürən siyasi qeyri-sabitlik vəziyyəti daha da ağırlaşdırırdı. 1992-ci ildə hakimiyyətə gələn AXC-Müsavat iqtidarı dövlət idarəçiliyində yol verdiyi ciddi səhvlər səbəbindən ölkəni böhrandan çıxara bilmədi. Hakimiyyət nümayəndələri dövlət maraqları naminə birlik nümayiş etdirmək əvəzinə, öz aralarında siyasi mübarizəyə başladılar. Daxili çəkişmələr, idarəetmədə səriştəsizlik, qanunsuz silahlı birləşmələrin fəaliyyətinin genişlənməsi və orduda yaranmış pərakəndəlik ölkəni vətəndaş qarşıdurması həddinə gətirib çıxardı.
Ulu Öndər Heydər Əliyev həmin dövrdə yaranmış vəziyyəti belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Bu fikirlər Azərbaycanın həmin dövrdə üzləşdiyi təhlükələrin miqyasını aydın şəkildə əks etdirir. Bir tərəfdən xarici təcavüz, digər tərəfdən isə daxili siyasi böhran dövlət müstəqilliyini real təhlükə altına qoymuşdu. Azərbaycanın parçalanması, vətəndaş müharibəsinin başlaması və dövlətçiliyin süqutu ehtimalı getdikcə artırdı. Belə mürəkkəb şəraitdə xalq yeganə çıxış yolunu böyük dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya dəvət olunan Ulu Öndər Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Bununla da ölkənin tarixində yeni mərhələ başlandı və həmin gün sonralar Milli Qurtuluş Günü kimi tarixə həkk olundu. Ulu Öndər ölkənin düşdüyü ağır vəziyyəti dərindən anlayaraq üzərinə böyük məsuliyyət götürdü. O, xalq qarşısında çıxışlarında Azərbaycanın müstəqilliyinin qorunmasını və möhkəmləndirilməsini özünün əsas vəzifəsi kimi müəyyənləşdirərək bəyan etmişdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.
Bu sözlər sadəcə bir siyasi bəyanat deyil, Ulu Öndərin sonrakı fəaliyyət proqramının mahiyyətini ifadə edən tarixi vəd idi. Həqiqətən də, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Dövlət idarəçiliyində nizam-intizam bərpa edildi, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi təmin olundu, separatçılıq meyillərinin qarşısı alındı və vətəndaş qarşıdurması təhlükəsi aradan qaldırıldı. Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi dövlət siyasətinin əsas prioritetinə çevrildi.
Ali Sovetin Sədri seçildikdən sonra etdiyi proqram xarakterli çıxışında Heydər Əliyev bildirirdi: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm... Ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan dövlətçiliyi möhkəmləndirildi, milli həmrəylik təmin olundu, hüquqi-demokratik dövlət quruculuğu prosesinə başlanıldı. Sonrakı illərdə ölkənin iqtisadi inkişafı, beynəlxalq nüfuzunun artması, enerji strategiyasının uğurla həyata keçirilməsi və güclü ordu quruculuğu məhz həmin xilaskarlıq missiyasının nəticəsi oldu.
Bu gün Azərbaycanın qazandığı bütün uğurların təməlində 1993-cü ilin 15 iyununda başlanmış Milli Qurtuluş yolu dayanır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, nəticədə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Bu möhtəşəm nailiyyətlər bir daha sübut edir ki, 15 İyun yalnız keçmişin xatirəsi deyil, həm də müasir Azərbaycanın gücünün, sabitliyinin və müstəqilliyinin əsasını təşkil edən tarixi bir gündür.
Milli Qurtuluş Günü xalqımızın dövlətçilik iradəsinin təntənəsi, müstəqilliyimizin xilası və gələcək nəsillərə ötürülən ən qiymətli siyasi irslərdən biridir. Azərbaycanın keçdiyi şərəfli inkişaf yolu bir daha təsdiqləyir ki, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində ölkəmizin müstəqilliyi qorunmuş, möhkəmlənmiş və əbədi xarakter almışdır.

Sahib Nağıyev, 
Salyan şəhər 1 saylı məktəb-liseyin direktoru, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17