Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
SİYASƏT
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
SİYASƏT
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
SİYASƏT
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır

Enerji siyasətində əldə edilən uğurlar Azərbaycanı yeni inkişaf mərhələsinə daşıyır.

2026-06-02 16:24:32 162 baxış
Xəbər şəkil

Bakı Enerji Həftəsi enerji sahəsində qlobal əməkdaşlığın inkişafına xidmət edən ən nüfuzlu beynəlxalq platformalardan biri kimi xüsusi əhəmiyyət daşıyır. Dünyanın aparıcı enerji şirkətlərini, hökumət nümayəndələrini, investorları və ekspertlərini bir araya gətirən bu mötəbər tədbir enerji təhlükəsizliyi, yeni texnologiyalar, dayanıqlı inkişaf və yaşıl enerji gündəliyinin müzakirəsi üçün mühüm imkanlar yaradır.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində etdiyi çıxış ölkəmizin enerji siyasətinin uğurlarını, beynəlxalq əməkdaşlıq sahəsində əldə olunmuş nəticələri və gələcək inkişaf perspektivlərini əhatə edən mühüm proqram xarakterli çıxış kimi diqqət çəkir. 

Cənab Prezident çıxışı zamanı 1996-cı ildə imzalanmış “Şahdəniz” müqaviləsini xatırlatdı. “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında və Avropanın enerji xəritəsinin dəyişməsində tarixi əhəmiyyətə malikdir. Bu müqavilə ilə Azərbaycanın müasir qaz sənayesində yeni mərhələnin əsası qoyuldu, ölkəmiz sonrakı dövrdə getdikcə daha çox dövlətin enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfələr verməyə başladı.

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbirə ünvanladıqları məktubları xüsusi vurğulaması Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında mühüm tərəfdaş kimi qəbul edildiyini göstərir.

Cənab Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri enerji siyasətinə münasibətdə praqmatik yanaşmanın vacibliyi oldu. Dövlət başçısı uzun illər ərzində neft və qaz istehsalçısı ölkələrin müxtəlif təzyiqlərlə üzləşdiyini, lakin son dövrlərdə bu yanaşmanın dəyişməyə başladığını qeyd etdi.   Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində qarşılaşdığı çətinlikləri xatırlatdı, belə çətin bir dövrdə enerji sektorunun ölkənin inkişafındakı həlledici rolunu xüsusi vurğuladı. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” ilə başlayan enerji strategiyası Azərbaycanı iqtisadi böhrandan çıxararaq regionun aparıcı dövlətinə çevirdi.Bu gün isə Azərbaycan investisiya cəlb edən ölkədən beynəlxalq investisiya yatıran dövlətə çevrilib ki, bu da öz növbəsində həyata keçirilən enerji siyasətinin uğurunun göstəricisidir.

  Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri enerji resurslardan əldə edilən gəlirlərin necə idarə olunmasının vacibliyi idi. Azərbaycan enerji gəlirlərini sosial infrastrukturun inkişafına, təhsilə, səhiyyəyə, nəqliyyat layihələrinə, müdafiə qabiliyyətinin gücləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəldib. Bunun nəticəsində yoxsulluq səviyyəsi 5 faizə enib, xarici borc minimum səviyyəyə düşüb və ölkənin strateji valyuta ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyib.

Prezident İlham Əliyev çıxışında diqqəti Azərbaycan dövlətinin dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğu sərmayələr sayəsində ölkəmizin yeni nəqliyyat dəhlizləri açmasına və qitələri bir-biri ilə əlaqələndirməsinə yönəltdi. Dövlət başçısı bildirdi ki, artıq Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir. Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcək. Bu reallıq xüsusi qeyd edildi ki, bütün bu nailiyyətlər yüksəksəviyyəli diplomatik fəaliyyət nəticəsində mümkün olmuşdur. Çünki Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkədir. Bizim dünya okeanlarına çıxışımız yoxdur. Bu səbəbdən enerji resurslarımızı ixrac etmək üçün digər ölkələrin ərazisindən keçmək zərurəti yaranır. Buna nail olmaq üçün isə yalnız qonşularınızla deyil, qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız. Biz buna nail olmuşuq.

Ölkənin həyata keçirdiyi balanslaşdırılmış enerji siyasəti, beynəlxalq əməkdaşlıq təşəbbüsləri, yaşıl enerji layihələri və nəqliyyat dəhlizləri Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır.Müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin qarşılıqlı bağlılığı daha da güclənir. Azərbaycan isə Prezident İlham Əliyevin rəhbərliyi altında bu reallığı düzgün qiymətləndirərək həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verməyə davam edir.

Prezident İlham Əliyev Azərbaycanın tranzit ölkə kimi artan rolundan bəhs edərək bildirdi ki, ölkəmiz Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaş dövlətlər üçün mühüm tranzit imkanları yaradır. Prezident İlham Əliyev Şərq-Qərb dəhlizinin uğurla fəaliyyət göstərdiyini qeyd edərək bildirdi ki, Azərbaycan bu gün təkcə enerji deyil, həm də nəqliyyat-logistika sahəsində regionun əsas mərkəzlərindən birinə çevrilib. Bu dəhliz Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin inkişafına və beynəlxalq ticarətin genişlənməsinə mühüm töhfə verir. 

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində səsləndirdiyi fikirlər bir daha göstərir ki, enerji siyasətində əldə edilən uğurlar Azərbaycanı yeni inkişaf mərhələsinə daşıyır. Enerji təhlükəsizliyi, iqtisadi dayanıqlılıq, beynəlxalq tərəfdaşlıq, yaşıl enerji və nəqliyyat əlaqələrinin genişləndirilməsi ölkəmizin strateji inkişaf kursunun əsas istiqamətlərini təşkil edir. Bakı Enerji Həftəsi isə bu siyasətin beynəlxalq təqdimat platforması olmaqla yanaşı, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrin nümayiş etdirildiyi mühüm beynəlxalq tədbir kimi öz əhəmiyyətini daha da artırır. Azərbaycanın enerji siyasəti uğurlarımızın davamlılığını şərtləndirir. Hər il ənənəvi olaraq keçirilən Bakı Enerji Həftəsi yeni əməkdaşlıqlara yol açır. İmzalanan sənədlər yeni tərəfdaşların, dostların qazanılmasını şərtləndirir. Prezident İlham Əliyev bir daha bu əminliyi ifadə etdi ki, aparılan müzakirələr, təmaslar, yeni ideyalar və nəticəyönümlü planlar hamımız üçün faydalı olacaq.

Muxtar Əmrahov, 

Salyan Regional Qaz İstismarı İdarəsinin Salyan Xidməti Sahəsi üzrə böyük mühəndisi

Oxşar xəbərlər

Xəbər lenti
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17