Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
SİYASƏT
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
SİYASƏT
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
SİYASƏT
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır

Aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir

2026-05-31 09:06:46 139 baxış
Xəbər şəkil

Son illərdə Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət kənd təsərrüfatının inkişafına da ciddi təkan vermişdir. Aqrar sahənin inkişafı ölkənin iqtisadi siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyən edilmiş, kənd təsərrüfatının modernləşdirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və regionların sosial-iqtisadi inkişafı məqsədilə genişmiqyaslı dövlət proqramları icra olunmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoymuş, bu sahədə mühüm nailiyyətlər əldə edilmişdir.
Bu gün dövlət xətti ilə həyata keçirilən çoxsaylı layihələr kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Müasir infrastrukturun qurulması, yeni suvarma sistemlərinin yaradılması, aqrotexniki xidmətlərin genişləndirilməsi, fermerlərə güzəştli kreditlərin verilməsi və subsidiyaların artırılması aqrar sahənin inkişafına əlavə imkanlar yaratmışdır. Xüsusilə kənd təsərrüfatında subsidiya mexanizminin tətbiqi fermerlərin fəaliyyətinin stimullaşdırılmasına, istehsalın genişlənməsinə və məhsuldarlığın artmasına mühüm təsir göstərmişdir.
Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev aqrar sahənin inkişafı ilə bağlı görülən işləri yüksək qiymətləndirmiş, eyni zamanda qarşıda duran əsas vəzifələri də müəyyən etmişdir. Dövlət başçısı qeyd etmişdir ki, kənd təsərrüfatının inkişafı həm ölkənin iqtisadi gücünün artırılması, həm də ərzaq təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Bu məqsədlə həyata keçirilən proqramlar və qəbul olunan qərarlar aqrar sahədə böyük dönüş yaratmışdır.
Prezident İlham Əliyev müşavirədə vurğulamışdır ki, Regional İnkişaf proqramlarının uğurla icrası nəticəsində bölgələrdə geniş sosial infrastruktur layihələri həyata keçirilmişdir. Yeni yolların çəkilməsi, elektrik enerjisi, qaz və su təminatının yaxşılaşdırılması, logistika imkanlarının genişləndirilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərmişdir. Regionlarda yaradılan müasir infrastruktur fermerlərin fəaliyyətini asanlaşdırmış, məhsulların bazarlara daha rahat çıxarılmasına şərait yaratmışdır.
Son illərdə aqrar sahədə tətbiq olunan subsidiyalar kənd təsərrüfatı məhsullarının istehsal həcminin artmasına səbəb olmuşdur. Dövlət tərəfindən verilən dəstək fermerlərin maddi imkanlarını genişləndirmiş, onların müasir texnika və texnologiyalardan istifadəsinə şərait yaratmışdır. Nəticədə ölkədə bir sıra məhsullar üzrə daxili tələbatın böyük hissəsi yerli istehsal hesabına ödənilir.
Müşavirədə səsləndirilən rəqəmlər də bunu bir daha təsdiq edir. Qeyd olunmuşdur ki, digər dənli bitkilər üzrə vəziyyət prinsip etibarilə müsbətdir və Azərbaycan özünü bu məhsullarla təxminən 95 faiz təmin edir. İdxal isə çox cüzi həcmdədir. Bu göstərici ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən siyasətin uğurlu nəticələrindən xəbər verir.
Tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə istehsalı sahəsində də müsbət nəticələr əldə olunmuşdur. Azərbaycanın müxtəlif bölgələrinin iqlim və torpaq xüsusiyyətləri bu məhsulların istehsalı üçün geniş imkanlar yaradır. Son illərdə müasir bağçılıq və istixana təsərrüfatlarının yaradılması məhsuldarlığın və ixrac potensialının artmasına səbəb olmuşdur. Bu gün Azərbaycan istehsalı olan kənd təsərrüfatı məhsulları xarici bazarlarda da rəqabət qabiliyyəti ilə seçilir.
Heyvandarlıq sahəsində də mühüm nailiyyətlər əldə edilmişdir. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, hazırda Azərbaycan özünü mal əti ilə 84 faiz təmin edir. Təxminən 150 min ton daxili istehsal olduğu halda, idxal cəmi 30 min ton təşkil edir. Bu göstəricilər aqrar sahədə həyata keçirilən siyasətin uğurlu nəticələr verdiyini göstərir. Dövlət tərəfindən heyvandarlığın inkişafı üçün yaradılan şərait, yem bazasının gücləndirilməsi və fermerlərə göstərilən dəstək bu sahənin inkişafını sürətləndirir.
Kənd təsərrüfatının gələcək inkişafı baxımından qəbul olunan yeni dövlət proqramları xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin inkişafında yeni mərhələnin başlanğıcı hesab olunur. Bu proqram kənd təsərrüfatının müxtəlif istiqamətlərinin inkişafını, müasir texnologiyaların tətbiqini, emal sənayesinin genişləndirilməsini və ixrac imkanlarının artırılmasını nəzərdə tutur.
Balıqçılıq və akvakultura sahələrinin inkişafı da ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramının icrası nəticəsində bu sahələrdə yeni istehsal müəssisələrinin yaradılması, müasir emal texnologiyalarının tətbiqi və məşğulluğun artırılması nəzərdə tutulur.
Bu gün Azərbaycan kənd təsərrüfatında həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində mühüm nailiyyətlər əldə edir. Dövlət proqramları, subsidiya siyasəti, regional inkişaf layihələri və müasir yanaşmalar aqrar sahənin dayanıqlı inkişafına geniş imkanlar yaradır. Bütün bunlar ölkəmizin iqtisadi potensialının güclənməsinə, ərzaq təhlükəsizliyinin daha etibarlı təmin olunmasına və regionların sosial rifahının yüksəlməsinə mühüm töhfə verir.

Avdi Həsənov,
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17