Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
SİYASƏT
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
SİYASƏT
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
SİYASƏT
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır

28 May: Milli İradənin və Müstəqil Dövlətçilik Əzminin Təntənəsi

2026-05-29 09:09:45 235 baxış
Xəbər şəkil

28 May  Müstəqillik Günü Azərbaycan xalqının tarixində  dövlətin yaranması deyil, milli iradənin, azadlıq düşüncəsinin və dövlətçilik əzminin təntənəsidir. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti bütün Şərq və müsəlman aləmi üçün yeni siyasi mərhələnin başlanğıcı oldu. Azərbaycan xalqı həmin gün Şərqdə ilk demokratik, hüquqi və dünyəvi espublika quraraq tarix yazdı.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın əsrlərlə yaşatdığı dövlətçilik ənənələrinin, milli oyanışının və azadlıq diləklərinin məntiqi nəticəsi idi. İstiqlal Bəyannaməsinin qəbul olunması ilə Azərbaycan öz müstəqilliyini dünyaya bəyan etdi və sübut etdi ki, bu xalq öz taleyini özü müəyyən etməyə qadirdir.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti çox böyük və tarixi əhəmiyyət daşıyan işlər gördü. İlk parlament yaradıldı, dövlət atributları təsis edildi, milli ordu formalaşdırıldı,  qadınlara seçki hüququ verildi, təhsil və ədliyyə sahəsində mühüm islahatlar həyata keçirildi. Bakı Dövlət Universitetinin yaradılması milli maarifçilik tariximizin ən mühüm hadisələrindən biri oldu. Bütün bunlar göstərirdi ki, Azərbaycan xalqı demokratik dövlət quruculuğuna hazır olan siyasi və intellektual potensiala malik xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti xalqımızın milli kimlik şüurunun formalaşmasına, milli mənlik hissinin güclənməsinə mühüm təsir göstərdi. Həmin dövrdə qəbul edilən qərarlar və həyata keçirilən islahatlar bu gün də müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını təşkil edir.

Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Müstəqilliyi qorumaq, saxlamaq onu əldə etməkdən daha çətindir.” XX əsrin sonlarında Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra məhz Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti və fədakarlığı sayəsində dövlətçiliyimiz qorundu, ölkədə sabitlik təmin edildi və müstəqil Azərbaycanın inkişafının möhkəm təməli yaradıldı. Ulu Öndərin 1990-cı ildə Naxçıvanda üçrəngli bayrağımızı rəsmi dövlət bayrağı kimi qaldırması xalqımızın müstəqillik ruhunun yenidən dirçəldilməsinin rəmzinə çevrildi.

Bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan Xalq Cümhuriyyətinin azadlıq, dövlətçilik və müstəqillik idealları qətiyyətlə yaşadılır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, üçrəngli bayrağımızın işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması müstəqil dövlətçilik tariximizin ən böyük qürur səhifələrindəndir. Qarabağ və Şərqi Zəngəzurda dalğalanan bayrağımız Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının, Ümummilli Lider Heydər Əliyevin ruhuna verilən ən böyük ehtiramdır.

Müstəqil Azərbaycan regionun ən güclü dövlətlərindəndir. Dövlətimizin həyata keçirdiyi siyasi, iqtisadi və sosial islahatlar, beynəlxalq nüfuzumuzun artması, milli maraqlarımızın qətiyyətlə qorunması Azərbaycan dövlətçiliyinin etibarlı əllərdə olduğunun təcəssümüdür.

28 May Müstəqillik Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, dövlətimizin daim güclü, müstəqil və qalib olmasını diləyirəm. 

Yaşasın müstəqil və qüdrətli dövlətimiz!

Günay Ağamalı

Milli Məclisin deputatı,
Ana Vətən Partiyasının sədri.

28 May 2026-cı il.

Oxşar xəbərlər

Xəbər lenti
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17