Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"

Aqrar sahə ölkənin strateji istiqamətlərindən biridir.

2026-05-26 11:03:14 142 baxış
Xəbər şəkil

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxışı zamanı Prezident İlham Əliyev aqrar sahənin ölkənin strateji istiqamətlərindən biri olduğunu bir daha diqqətə çatdırdı. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərdi ki, kənd təsərrüfatının inkişafı təkcə iqtisadi məsələlərlə məhdudlaşmır, bu sahə həm də ərzaq təhlükəsizliyi, regionların inkişafı və sosial rifah baxımından mühüm əhəmiyyət daşıyır. 
Prezident İlham Əliyev çıxışında son illərdə kənd təsərrüfatında müəyyən durğunluğun müşahidə olunduğunu da diqqətə çatdırdı və bu səbəbdən yeni Dövlət Proqramının hazırlanmasının vacibliyini vurğuladı. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun daha sürətli və səmərəli inkişafını təmin etməyə xidmət edəcək. 
Dövlət xətti ilə həyata keçirilən bir çox layihələrin kənd təsərrüfatının inkişafına böyük təkan verdiyini, dünyada gedən meyillərin kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərdiyini, torpaqlardan səmərəli istifadə olunmasının zəruriliyini, hər bir əkin üçün yararlı torpaq sahəsinin öz pasportu olmasıını, kənd təsərrüfatı texnikası ilə təminatın yüksəldilməsinin, gübrə istehsalının artırılmasının, kənd təsərrüfatı texnikası ilə təminatın yüksəldilməsinin zəruriliyini də diqqətə çatdıran dövlət başçımız Qarabağ kanalının bərpasına, yenidən qurulmasına başlanıldığını, Aşağı Şirvan, Aşağı Qarabağ kanalları olmadığı üçün vaxtilə Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalları adlandırılan kanallaın Şirvan və Qarabağ kanalları adlandırıldığını da bildirdi 
Müşavirədə diqqət çəkən əsas məqamlardan biri də kəndlərin inkişafı və urbanizasiya məsələsi oldu. Prezident İlham Əliyev qeyd etdi ki, əsas məqsəd kəndlərdən şəhərlərə axının qarşısını almaq, əksinə, şəhərlərdən kəndlərə qayıdış üçün əlverişli şərait yaratmaqdır. Bunun üçün kəndlərdə məşğulluğun artırılması, xidmət sektorunun inkişafı və sosial infrastrukturun gücləndirilməsi vacib hesab olunur. Dövlət başçısının çıxışı göstərdi ki, qarşıdakı illərdə kənd təsərrüfatında yeni inkişaf mərhələsi başlanır. Müasir texnologiyaların tətbiqi, suvarma sistemlərinin genişləndirilməsi, məhsuldarlığın artırılması və özəl sektorun fəal iştirakı Azərbaycanın aqrar potensialını daha da gücləndirəcək.
Müşavirədə xüsusi vurğulanan məqamlardan biri ondan ibarət idi ki, kənd təsərrüfatının inkişafı yalnız əkin-biçin və məhsul istehsalı ilə məhdudlaşmır. Bu sahənin inkişafı üçün ilk növbədə infrastruktur təminatı həlledici rol oynayır. Ötən illərdə qazlaşdırma, elektrik enerjisi, su təchizatı, yol infrastrukturu və suvarma sistemləri istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr kənd yerlərinin həyat şəraitini əsaslı şəkildə dəyişdirdi və kənd təsərrüfatının iqtisadi dayanıqlığını gücləndirdi.
Bu gün ölkədə qazlaşmanın yüksək səviyyəyə çatması, elektrik enerjisi ilə təminatda problemlərin aradan qalxması, su anbarlarının və magistral yolların inşası kənd təsərrüfatının inkişafına xidmət edən strateji infrastruktur siyasətinin real nəticəsi kimi qiymətləndirilir. Bu, göstərir ki, aqrar inkişaf üçün yalnız fermer fəaliyyəti deyil, dövlətin yaratdığı mühəndis və sosial baza da əsas şərtlərdən biridir.
Prezidentin müşavirədə toxunduğu məsələlərdən biri də dövlət proqramları vasitəsilə ayrı-ayrı kənd təsərrüfatı sahələrinin dirçəldilməsi idi. Vaxtilə tənəzzülə uğramış pambıqçılıq, baramaçılıq, üzümçülük, fındıqçılıq və digər sahələrin yenidən inkişaf trayektoriyasına çıxarılması dövlət müdaxiləsinin iqtisadi nəticə doğuran nümunəsi kimi təqdim olunur. Bu yanaşma göstərir ki, aqrar siyasət yalnız mövcud vəziyyəti qorumağa deyil, itirilmiş ənənəvi istehsal sahələrini bərpa etməyə də hesablanıb.
Kənd təsərrüfatında subsidiyaların geniş tətbiqi də müşavirədə xüsusi diqqət çəkən məqamlardan biri oldu. Gübrə, yanacaq, güzəştli kreditlər və digər dəstək mexanizmləri fermerlərin istehsal imkanlarının genişləndirilməsinə xidmət edən vacib iqtisadi alətlər kimi dəyərləndirilir. Bu, dövlətin aqrar sektora sadəcə nəzarət edən deyil, həm də birbaşa dəstək verən iqtisadi tərəfdaş kimi çıxış etdiyini göstərir.
Müşavirədə verilən mesajlar onu göstərir ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı artıq ənənəvi aqrar siyasət çərçivəsindən çıxaraq daha geniş regional və strateji inkişaf modelinin mühüm istiqamətlərindən birinə çevrilib. Dövlət dəstəyinin, infrastruktur təminatının və sosial layihələrin birgə təsiri nəticəsində formalaşan bu model qarşıdakı mərhələdə aqrar sahənin yeni inkişaf hədəflərinə çatması üçün əsas baza kimi qiymətləndirilir
.Prezident İlham Əliyevin kənd təsərrüfatı müşavirəsindəki çıxışı Azərbaycanın aqrar sektorunun yaxın onillikdəki konturlarını cızır. Bu baxış dövlət dəstəyi ilə yanaşı, ciddi məsuliyyət, resurslara qənaət, yüksək texnologiya və elmi yanaşma tələb edir. Müəyyən edilmiş hədəflərin icrası Azərbaycanı regionun ən dayanıqlı və müasir aqrar-sənaye mərkəzlərindən birinə çevirməyə rəvac verəcəkdir.

Təbriz İsmayılov,
Salyan rayonu Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndə

Oxşar xəbərlər

Xəbər lenti
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17