Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Kənd Təsərrüfatının Strateji Əhəmiyyəti

2026-05-26 10:37:38 198 baxış
Xəbər şəkil

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə etdiyi geniş çıxış ölkəmizdə aqrar sahənin inkişafının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyev müşavirədə geniş və proqram xarakterli nitq söyləyərək kənd təsərrüfatının ölkə üçün həm iqtisadi, həm də sosial-strateji əhəmiyyətini xüsusi vurğulayıb.  Cənab Prezident İlham Əliyevin müçavirədəki çıxışı yalnız istehsal həcmləri, subsidiya mexanizmləri və ya iqtisadi göstəricilər haqqında hesabat xarakteri daşımırdı. 
Burada daha geniş məna vardı Azərbaycan kəndinin gələcək modeli, kənd həyatının yeni fəlsəfəsi və ölkənin ərzaq təhlükəsizliyinin perspektivləri. İyirmi ildən artıq müddətdə ölkədə həyata keçirilən regional inkişaf proqramları kənd təsərrüfatı üçün yeni bir reallıq formalaşdırdı. Bir vaxtlar infrastruktur çatışmazlığı ilə üzləşən bölgələr bu gün tamamilə fərqli mənzərəyə malikdir. Vaxtilə qaz xəttinin olmadığı kəndlərə mavi yanacaq gəlib, elektrik enerjisi problemi aradan qaldırılıb, yollar çəkilib, su anbarları tikilib, kanallar yenidən qurulub. Əslində kənd təsərrüfatının inkişafı yalnız torpağın məhsuldarlığı ilə ölçülmür. Kənd təsərrüfatı ilk növbədə insan həyatıdır. İnsan isə yaşamaq üçün rahat mühit, infrastruktur və sosial təminat istəyir. Məhz buna görə son illər bölgələrdə xəstəxanaların, məktəblərin tikilməsi, xidmət sahələrinin genişləndirilməsi aqrar inkişafın ayrılmaz hissəsinə çevrildi. 
Cənab Prezident İlham Əliyevin müşavirədə xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz kəndlə şəhər arasındakı fərqin azaldılması idi. Uzun illər dünyanın müxtəlif ölkələri eyni problemlə üzləşib: insanlar kəndlərdən şəhərlərə köçür, kəndlər boşalır, istehsal imkanları zəifləyir. Azərbaycan isə fərqli yanaşma ortaya qoyur. Məqsəd kənddən şəhərə axını davam etdirmək deyil. Məqsəd elə şərait yaratmaqdır ki, şəhərdən kəndə dönüş başlasın. Bu fikir təkcə demoqrafik proses deyil. Bu, eyni zamanda iqtisadi və sosial yanaşmanın dəyişməsi deməkdir. Çünki müasir kənd yalnız əkin-biçin məkanı kimi yox xidmətlərin, turizmin, kiçik sahibkarlığın və yeni texnologiyaların birləşdiyi yaşayış məkanı olmalıdır. 
Müşavirədə səsləndirilən rəqəmlər göstərir ki, son illərdə bir çox istiqamətlərdə ciddi nəticələr əldə olunub. Pambıqçılıq yenidən dirçəlib. Vaxtilə istehsalın minimum həddə düşdüyü bir sahədə indi yüz minlərlə ton məhsul əldə olunur. Baramaçılıq yenidən nəfəs alıb. Fındıqçılıq inkişaf edib. Meyvəçilik və tərəvəzçilik ixrac potensialını artırıb.Əldə edilən uğurlarla yanaşı, müşavirədə yeni çağırışlar da açıq şəkildə səsləndirildi. Dövlət başçısı qeyd etdi ki, son illərdə kənd təsərrüfatında mövcud dinamika tam qənaətbəxş deyil. Bu isə onu göstərir ki, artıq əvvəlki mərhələnin üsulları gələcək inkişaf üçün kifayət etmir. 
Bu gün dünya dəyişir. Müharibələr, nəqliyyat marşrutlarında yaranan problemlər, enerji böhranları və iqlim dəyişiklikləri ərzaq məsələsini hər bir ölkənin strateji gündəliyinə çıxarıb. Artıq söhbət yalnız bazara məhsul çıxarmaqdan getmir. Söhbət dövlətlərin öz təhlükəsizliyindən gedir. Məhz buna görə müşavirədə özünü təminetmə göstəricilərinə xüsusi diqqət ayrıldı. Bir sıra məhsullar üzrə Azərbaycan yüksək nəticələr əldə edib. Ancaq bəzi strateji istiqamətlərdə hələ də xarici asılılıq qalır. Buğda məsələsi xüsusilə diqqət çəkir. Ölkənin ərzaq təhlükəsizliyində əsas yer tutan məhsul üzrə təminatın istənilən səviyyədə olmaması yeni yanaşmalar tələb edir. Cənab Prezidentin çıxışının ən mühüm cəhətlərindən biri problemin göstərilməsi deyil, həll yollarının təqdim olunması idi. Yeni mərhələdə torpaqlardan istifadəyə fərqli yanaşma tətbiq ediləcək. Hər torpaq sahəsinin öz "pasportu" olacaq. Müasir texnologiyalar, süni intellekt imkanları, peyk müşahidələri və elektron analiz sistemləri vasitəsilə müəyyən ediləcək ki, hansı ərazidə hansı məhsul daha yüksək gəlir gətirə bilər. Bu, sadəcə texniki dəyişiklik deyil. Bu, kənd təsərrüfatının elmə əsaslanan yeni modelidir. Su məsələsi də cənab Prezidentin çıxışının əsas istiqamətlərindən biri idi. Yeni su anbarlarının tikintisi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, Şirvan və Qarabağ kanallarının yenidən qurulması təkcə torpaqları su ilə təmin etmək məqsədi daşımır. Bu layihələr gələcəkdə yüz minlərlə hektar torpağın iqtisadi dövriyyəyə qaytarılmasına imkan yarada bilər. Müşavirədə səsləndirilən digər mühüm mesaj isə əlavə dəyərin yaradılması ilə bağlı idi. Artıq əsas məqsəd xammal ixrac etmək deyil. Məhsulun emal olunması, hazır məhsulun bazarlara çıxarılması, yeni istehsal müəssisələrinin yaradılması əsas hədəflərdən biridir. Bu yanaşma kənd təsərrüfatını sadəcə məhsul istehsal edən sahədən sənaye və ixrac potensialı yaradan sektora çevirə bilər. Bu gün Azərbaycanın qarşısında duran vəzifə təkcə daha çox məhsul yetişdirmək deyil. Əsas məqsəd torpağın imkanlarını insan kapitalı, texnologiya və müasir idarəetmə ilə birləşdirərək yeni inkişaf modelini formalaşdırmaqdır. Çünki güclü kənd təsərrüfatı yalnız iqtisadi göstərici deyil. Bu, güclü kənd, güclü region və nəticə etibarilə güclü dövlət deməkdir.
Prezident İlham Əliyevin çıxışında kənd təsərrüfatı sahəsinə dair səsləndirilən fikirlər ötən dövrdə görülmüş işlərin sadəcə hesabatı deyil, dövlətin aqrar siyasətinin strateji fəlsəfəsinin təqdimatı kimi də diqqət çəkir. Burada əsas yanaşma kənd təsərrüfatını ayrıca bir sektor kimi deyil, regionların inkişafı, məşğulluğun artırılması, sosial rifahın yüksəldilməsi və milli iqtisadi təhlükəsizliyin tərkib hissəsi kimi dəyərləndirməkdir.
Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də aqrar sahənin gələcək inkişaf prioritetlərini və qarşıda duran vəzifələri aydın şəkildə müəyyənləşdirir. Azərbaycanda həyata keçirilən aqrar siyasət və Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət onu göstərir ki, gələcək illərdə kənd təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı istiqamətlərindən biri olaraq daha da inkişaf edəcək və Azərbaycan bu sahədə regionun güclü dövlətlərindən birinə çevriləcəkdir.

Telman Ağabəyov,
Salyan şəhər bələdiyəsinin sədri 





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19