Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

“28 May” Azərbaycanın müstəqillik salnaməsində əbədi yaşayan tarixi zəfərdir

2026-05-25 19:58:44 221 baxış
Xəbər şəkil

 

28 May – Müstəqillik Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən parlaq və qürurverici səhifələrindən biridir. Bu əlamətdar tarix xalqımızın azadlıq, milli istiqlal və müstəqil dövlətçilik uğrunda apardığı mübarizənin məntiqi nəticəsi kimi yaddaşlara həkk olunub. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan tarix boyu müxtəlif imperiyaların təzyiqləri ilə üzləşsə də, xalqımız öz milli kimliyini, dilini, mədəniyyətini və dövlətçilik düşüncəsini qoruyub saxlamağı bacarıb. Məhz bu milli iradə və azadlıq arzusu 1918-ci il mayın 28-də Şərqdə ilk parlamentli demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təkcə xalqımızın deyil, bütövlükdə Şərq dünyasının siyasi tarixində mühüm hadisə idi. Çünki müsəlman Şərqində ilk dəfə olaraq demokratik prinsiplərə əsaslanan, xalq hakimiyyətini və vətəndaş hüquqlarını prioritet hesab edən müstəqil respublika qurulmuşdu. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur”. Bu fikir 28 May tarixinin xalqımızın yaddaşında nə qədər müqəddəs və əhəmiyyətli yer tutduğunu bir daha göstərir.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə silinməz iz qoydu. Həmin dövrdə həyata keçirilən islahatlar və qəbul edilən qərarlar müasir Azərbaycan dövlətçiliyinin əsasını təşkil etdi. İlk növbədə, milli parlament yaradıldı, dövlət atributları – bayraq, gerb və himn qəbul edildi, Azərbaycan dili dövlət dili elan olundu. Eyni zamanda, xalqın maariflənməsi və milli təhsil sisteminin qurulması istiqamətində mühüm addımlar atıldı. Bakı Dövlət Universitetinin təsis edilməsi, milli ordunun yaradılması, qadınlara seçki hüququnun verilməsi kimi mühüm qərarlar həmin dövr üçün böyük tarixi nailiyyətlər idi. Xüsusilə qadınlara seçki hüququnun verilməsi Azərbaycan Xalq Cümhuriyyətinin nə qədər mütərəqqi və demokratik düşüncəyə malik olduğunu göstərirdi. Bir çox Avropa dövlətlərindən əvvəl bu hüququn Azərbaycan qadınlarına verilməsi Cümhuriyyət liderlərinin uzaqgörən siyasətindən xəbər verirdi.
Azərbaycan Xalq Cümhuriyyəti demokratik dövlət quruculuğu sahəsində mühüm ənənələrin əsasını qoydu. Parlamentdə müxtəlif siyasi partiyaların və millətlərin nümayəndələrinin təmsil olunması, söz və mətbuat azadlığının təmin edilməsi, insan hüquq və azadlıqlarına hörmət prinsiplərinin önə çəkilməsi həmin dövrün ən mühüm demokratik nailiyyətləri idi. Bu, bir daha sübut edirdi ki, Azərbaycan xalqı demokratik idarəçilik ənənələrinə malikdir və müasir dövlət qurmaq əzmini nümayiş etdirir.
Lakin mürəkkəb beynəlxalq vəziyyət, xarici müdaxilələr və daxili siyasi çətinliklər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti uzunömürlü ola bilmədi. 1920-ci ildə bolşevik işğalı nəticəsində müstəqilliyimiz itirildi. Bununla belə, xalqımızın qəlbində istiqlal arzusu heç zaman sönmədi. Azərbaycan Xalq Cümhuriyyətinin ideyaları sonrakı nəsillər üçün milli azadlıq məktəbinə çevrildi.
XX əsrin sonlarında Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyin ilk illərində ölkədə siyasi hərc-mərclik, iqtisadi böhran, separatizm meylləri və vətəndaş qarşıdurması hökm sürürdü. Məhz belə bir ağır dövrdə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndər çox düzgün olaraq qeyd edirdi: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” Bu fikir müstəqil dövlət quruculuğunun nə qədər məsuliyyətli və çətin proses olduğunu aydın şəkildə ifadə edir.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin olundu, dövlət institutları möhkəmləndirildi, hüquqi-demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu dövlətçilik ənənələri məhz Ulu Öndərin siyasəti nəticəsində yenidən bərpa olundu və inkişaf etdirildi. Milli maraqlara əsaslanan daxili və xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutdu.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənərək öz müstəqilliyini qətiyyətlə qoruyan qüdrətli dövlətə çevrilib. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması xalqımızın milli birlik və dövlətçilik ruhunun ən böyük təntənəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin idealları bu gün müstəqil Azərbaycanın uğurlu inkişafında yaşayır.
28 May – Müstəqillik Günü xalqımızın azadlıq ruhunun, milli qürurunun və dövlətçilik ənənələrinin təcəssümüdür. Bu müqəddəs tarix Azərbaycan xalqının istiqlal uğrunda mübarizəsinin, demokratik dəyərlərə sadiqliyinin və müstəqil dövlət qurmaq əzminin simvoludur. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini daim ehtiramla yad edir, onların müqəddəs amalını yaşadır və müstəqil Azərbaycanın daha da güclənməsi naminə əzmlə çalışır.

Ramil Zeynalov,
Salyan rayon Kərimbəyli kənd tam orta ümumtəhsil məktəbin müəllimi, YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19