Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Azərbaycan regionun gələcək inkişafına töhfə verir

2026-05-11 10:35:06 881 baxış
Xəbər şəkil

 

Azərbaycan ilə Ermənistan arasında münasibətlər uzun illər ərzində mürəkkəb siyasi və hərbi qarşıdurma şəraitində inkişaf edib. Otuz ildən artıq müddətdə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti regionda sabitliyin pozulmasına, təhlükəsizlik mühitinin zəifləməsinə və əməkdaşlıq imkanlarının məhdudlaşmasına səbəb olmuşdu. Azərbaycan torpaqlarının işğal altında saxlanılması, bir milyondan artıq soydaşımızın doğma yurdlarından didərgin salınması və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması Cənubi Qafqazda uzun illər davam edən gərginliyin əsas səbəblərindən biri idi. Buna baxmayaraq, Azərbaycan dövləti hər zaman beynəlxalq hüquqa əsaslanan ədalətli mövqe nümayiş etdirərək sülhün və danışıqların tərəfdarı olduğunu ortaya qoyub.
2020-ci ildə əldə olunan tarixi Zəfər isə regionda tamamilə yeni siyasi reallıqlar formalaşdırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin edildi, uzun illər davam edən işğala son qoyuldu. Tarixi Zəfərdən sonra Azərbaycan bölgədə davamlı sülhün təmin olunması, kommunikasiyaların açılması və regional əməkdaşlığın inkişafı istiqamətində yeni təşəbbüslərlə çıxış etməyə başladı. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan müharibə səhifəsini bağlayaraq regionda əməkdaşlıq və inkişaf dövrünün başlanmasını istəyir.
Son dövrlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atılıb. Xüsusilə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə formalaşan sülh gündəliyi regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına əlavə təkan verib. Vaşinqtonda keçirilən görüşlər, imzalanan Birgə Bəyannamə və tərəflər arasında aparılan danışıqlar artıq sülh prosesinin real mərhələyə keçdiyini göstərir. Bu gün həm Azərbaycan, həm də Ermənistan qarşıdurmadan əməkdaşlığa keçidin faydalarını görməyə başlayır.
Azərbaycanın təşəbbüsü ilə regionda nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası istiqamətində həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Zəngəzur dəhlizi bölgənin gələcək inkişafı üçün mühüm strateji layihələrdən biri hesab olunur. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, bütövlükdə Orta Dəhlizin əsas komponentlərindən birinə çevriləcək. Bu layihə yalnız region dövlətləri üçün deyil, Avropa ilə Asiya arasında iqtisadi və ticari əlaqələrin genişlənməsi baxımından da böyük əhəmiyyətə malikdir. Azərbaycan bu layihənin həyata keçirilməsi ilə bölgədə iqtisadi inteqrasiyanın və uzunmüddətli sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir.
Sülh prosesinin praktiki nəticələri artıq konkret faktlarla müşahidə olunur. Azərbaycan tərəfindən uzun illər qüvvədə olmuş tranzit məhdudiyyətlərinin aradan qaldırılması nəticəsində Ermənistan istiqamətində yeni yükdaşımalar həyata keçirilməyə başlanıb. Hazırda Azərbaycan ərazisi vasitəsilə Ermənistana on minlərlə ton yük çatdırılıb. Eyni zamanda, Azərbaycan ilk dəfə olaraq Ermənistana benzin və dizel yanacağının ixracına başlayıb. Bu addımlar regionda iqtisadi münasibətlərin formalaşması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
2026-cı il 4 may tarixində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında iştirak edən Prezident İlham Əliyev məhz bu məsələlərə toxunaraq beynəlxalq ictimaiyyətə mühüm mesajlar verib. Dövlət başçısı çıxışında bildirib ki, artıq regionda yeni reallıq formalaşıb və Azərbaycan sülh gündəliyinə sadiq qalaraq əməkdaşlığın inkişafı istiqamətində konkret addımlar atır. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın “Avropa Siyasi Birliyi”nin 2028-ci ildə Azərbaycanda keçirilməsi təşəbbüsünü dəstəkləməsi iki ölkə arasında münasibətlərin normallaşması baxımından mühüm siyasi göstəricidir.
Dövlət başçısı çıxışında vurğulayıb ki, bu gün regionda sülhün real nəticələri artıq açıq şəkildə görünür. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan 1990-cı illərdən etibarən tətbiq olunan tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb və bu qərar nəticəsində Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb. Eyni zamanda, Azərbaycandan Ermənistana 12 min ton neft məhsulu ixrac olunub. Prezident İlham Əliyev qeyd edib ki, bütün bunlar bölgədə qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu və sülhün artıq praktiki nəticələr verdiyini göstərir.
Prezident İlham Əliyev çıxışında onu da diqqətə çatdırıb ki, Azərbaycan regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına bundan sonra da töhfə verməyə davam edəcək. Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha nümayiş etdirdi ki, Azərbaycan postmünaqişə dövründə yalnız öz milli maraqlarını deyil, bütövlükdə regionun gələcək inkişafını və əməkdaşlıq imkanlarını əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Bu gün həyata keçirilən layihələr və atılan addımlar Cənubi Qafqazın qarşıdurma məkanından əməkdaşlıq və inkişaf bölgəsinə çevrilməsinə xidmət edir.

Seyidağa Ağayev,
YAP Salyan rayon təşkilatının gənc fəalı





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19