Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Dövlətçilik tariximizə qızıl hərflərlə yazılan gün
SİYASƏT
        Milli Qurtuluş Günü-  Azərbaycan tarixində dönüş nöqtəsi
SİYASƏT
Milli Qurtuluşdan Tarixi Zəfərə Aparan Uğurlu Yol
SİYASƏT
Arzudan reallığa: Ulu Öndərin görmək istədiyi Azərbaycan
SİYASƏT
Azərbaycanın dövlətçilik salnaməsində milli qurtuluş zirvəsi
SİYASƏT
15 İyun: milli qürur günü
SİYASƏT
Ümummilli Liderin xilaskarlıq fəlsəfəsi
CƏMİYYƏT
Millət vəkili Günay Ağamalı Salyan rayonunda növbəti vətəndaş qəbulunu keçirib — FOTOLAR 
SİYASƏT
Prezidentin çıxışı praqmatik siyasətə əsaslanan baxışın ifadəsidir"
SİYASƏT
Dünya faydalı qazıntılar olmadan yaşaya bilməz
SİYASƏT
Azərbaycanın güclü iqtisadi potensialı və strateji tranzit imkanları regional əməkdaşlığın əsas dayağıdır
SİYASƏT
Bakı Enerji Həftəsi: Azərbaycanın enerji strategiyasının uğurları və gələcəyə baxış
SİYASƏT
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
SİYASƏT
Azərbaycan gələcəyin enerji arxitekturasında öz yerini indidən müəyyənləşdirir.
SİYASƏT
Enerji siyasətində əldə edilən uğurlar Azərbaycanı yeni inkişaf mərhələsinə daşıyır.
SİYASƏT
Uşaqlar dövlətimizin ən qiymətli sərvətidir” – Günay Ağamalı
SİYASƏT
Zelenski xalqa müraciət etdi
SİYASƏT
Zelenski xalqa müraciət etdi
SİYASƏT
Azərbaycanlı Moldovada şəhər meri seçildi
SİYASƏT
Avropada iki ölkənin birləşməsinin anonsu verildi – RƏSMİ
SİYASƏT
Hacıqabulda 66 yaşlı kişidən qadın turistə şok hərəkət – VİDEO
SİYASƏT
"Ölkəmizdə daxili istehsalın artırılması və idxaldan asılılığın azaldılması istiqamətində sistemli addımlar atılmaqdadır" - DEPUTAT
SİYASƏT
Aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir
SİYASƏT
Aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında mühüm rol oynayır
SİYASƏT
Torpaqlardan səmərəli istifadə kənd təsərrüfatının inkişafının əsas şərtlərindən biridir
SİYASƏT
"Ölkəmizdə daxili istehsalın artırılması və idxaldan asılılığın azaldılması istiqamətində sistemli addımlar atılmaqdadır" - DEPUTAT
SİYASƏT
28 May: Milli İradənin və Müstəqil Dövlətçilik Əzminin Təntənəsi
SİYASƏT
Azərbaycanın kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyur.
SİYASƏT
Aqrar sahə ölkənin strateji istiqamətlərindən biridir.
SİYASƏT
Kənd Təsərrüfatının Strateji Əhəmiyyəti

Azərbaycan beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın tərəfdarıdır

2026-05-11 10:32:31 7055 baxış
Xəbər şəkil

 

Müasir dövrdə Azərbaycan beynəlxalq müstəvidə müstəqil siyasəti, milli maraqlara əsaslanan qətiyyətli mövqeyi və regionda yaratdığı yeni reallıqlarla diqqət mərkəzindədir. Son illərdə ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və hərbi uğurlar, xüsusilə ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin əsas təminatçılarından birinə çevrilib. Məhz bu uğurlar bəzi beynəlxalq dairələr tərəfindən obyektiv qarşılanmır, müəyyən Avropa institutlarında Azərbaycana qarşı qərəzli münasibət, ikili standartlar və siyasi təzyiq cəhdləri açıq şəkildə müşahidə olunur. Xüsusilə ölkəmizin müstəqil mövqeyi, milli maraqları qətiyyətlə müdafiə etməsi və heç bir xarici təsir altında siyasət yürütməməsi müəyyən dairələri ciddi şəkildə narahat edir.
Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıqlar, separatizmə son qoyması və uzun illər beynəlxalq təşkilatlar tərəfindən icra edilməyən qərarları öz gücü hesabına təmin etməsi bəzi Qərb institutlarının ölkəmizə münasibətində açıq şəkildə özünü göstərən qısqanclıq və qərəz meyillərini daha da gücləndirib. Halbuki Azərbaycan bu gün yalnız öz milli maraqlarını təmin edən dövlət deyil, eyni zamanda regionda əməkdaşlıq, dialoq və sülh təşəbbüsləri ilə çıxış edən etibarlı tərəfdaşdır. Buna baxmayaraq, bəzi Avropa təsisatları reallığı qəbul etmək əvəzinə, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməyə, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar.
2026-cı il 4 may tarixində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı məhz bu məsələlərə toxunaraq mühüm mesajlar səsləndirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində ardıcıl addımlar atsa da, bəzi Avropa institutları Ermənistan-Azərbaycan münasibətlərinə yanaşmada obyektiv və ədalətli mövqe nümayiş etdirmirlər. Prezident İlham Əliyev bildirib ki, bu gün regionda formalaşan yeni münasibətlər sistemi artıq öz real nəticələrini verməkdədir və həm Azərbaycan, həm də Ermənistan sülhün praktik faydalarını görməyə başlayıb.
Dövlət başçısı çıxışında vurğulayıb ki, sülh prosesinin mühüm nəticələrindən biri kommunikasiya və nəqliyyat əlaqələrinin bərpasıdır. Prezident İlham Əliyev qeyd edib ki, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və eyni zamanda Orta Dəhlizin mühüm tərkib hissəsinə çevriləcək. Bu layihə yalnız region ölkələri üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün strateji əhəmiyyət daşıyır. Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan bütün bu təşəbbüslərlə bölgədə uzunmüddətli sabitliyin və iqtisadi inteqrasiyanın təmin olunmasına töhfə verir.
Prezident İlham Əliyev çıxışında Avropa Komissiyasının Ermənistan-Azərbaycan sülh prosesinə münasibətdə nümayiş etdirdiyi konstruktiv yanaşmanı yüksək qiymətləndirib və təşəkkürünü ifadə edib. Bununla yanaşı, dövlət başçısı təəssüf hissi ilə vurğulayıb ki, bütün Avropa institutları eyni mövqedən çıxış etmir. Prezident xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində Azərbaycana münasibətdə ikili standartların və qərəzli yanaşmanın açıq şəkildə hiss olunduğunu bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və bu müddət ərzində təşkilat daxilində daim fəal əməkdaşlıq nümayiş etdirib. Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycan nümayəndə heyətinə uzun illər ərzində heç bir məhdudiyyət tətbiq edilməyib. Lakin Azərbaycanın 2023-cü ilin sentyabr ayında Qarabağda separatizmə son qoyaraq öz suverenliyini tam təmin etməsindən qısa müddət sonra AŞPA tərəfindən nümayəndə heyətimizə qarşı sanksiya xarakterli addımlar atılıb. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bununla BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində qalan qətnamələrinin icrasını təmin edib və ölkəmizin ərazi bütövlüyü digər bütün dövlətlərin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir.
Prezident İlham Əliyev çıxışında Avropa Parlamentinın Azərbaycana qarşı fəaliyyətini də sərt şəkildə tənqid edib. Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Avropa Parlamenti tərəfindən Azərbaycan əleyhinə ardıcıl şəkildə qərəzli və əsassız qətnamələr qəbul olunub. Prezident İlham Əliyev qeyd edib ki, bu qurum Avropada artan ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya problemləri, sosial böhran və evsiz insanların vəziyyəti kimi ciddi məsələlərin həlli ilə məşğul olmaq əvəzinə, bütün diqqətini Azərbaycana qarşı qarayaxma kampaniyasına yönəldib. Dövlət başçısının sözlərinə görə, bunun əsas səbəbi Azərbaycanın öz suverenliyini təmin etməsi, separatçılığı aradan qaldırması və milli maraqlarını qətiyyətlə müdafiə etməsidir.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, yaranmış vəziyyətlə əlaqədar olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində iştirakın dayandırılması və Avronest Parlament Assambleyasında üzvlüklə bağlı prosedurlara yenidən baxılması haqqında qərar qəbul edib. Dövlət başçısı bildirib ki, “Avropa Siyasi Birliyi” platforması açıq fikir mübadiləsi üçün mühüm imkan yaratdığına görə o, bu məsələləri həmkarlarının diqqətinə çatdırmağı vacib hesab edib. Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində ədalətli yanaşmanın, qarşılıqlı hörmətin və bərabərhüquqlu əməkdaşlığın tərəfdarıdır və ölkəmizə qarşı tətbiq olunan ikili standartları heç vaxt qəbul etməyəcək.

Vüqar Ağayev
YAP Salyan rayon təşkilatının məsləhətçisi





Oxşar xəbərlər


Xəbər lenti
Dövlətçilik tariximizə qızıl hərflərlə yazılan gün
2026-06-12
        Milli Qurtuluş Günü-  Azərbaycan tarixində dönüş nöqtəsi
2026-06-12
Milli Qurtuluşdan Tarixi Zəfərə Aparan Uğurlu Yol
2026-06-12
Arzudan reallığa: Ulu Öndərin görmək istədiyi Azərbaycan
2026-06-12
Azərbaycanın dövlətçilik salnaməsində milli qurtuluş zirvəsi
2026-06-12
15 İyun: milli qürur günü
2026-06-12
Ümummilli Liderin xilaskarlıq fəlsəfəsi
2026-06-12
Millət vəkili Günay Ağamalı Salyan rayonunda növbəti vətəndaş qəbulunu keçirib — FOTOLAR 
2026-06-10
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının nümayəndə heyəti Ankarada bir sıra görüşlər keçirib. 
2026-06-08
Ankarada “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində tədbirlər keçirilib
2026-06-04
Prezidentin çıxışı praqmatik siyasətə əsaslanan baxışın ifadəsidir"
2026-06-04
Dünya faydalı qazıntılar olmadan yaşaya bilməz
2026-06-03
Azərbaycanın güclü iqtisadi potensialı və strateji tranzit imkanları regional əməkdaşlığın əsas dayağıdır
2026-06-03
Bakı Enerji Həftəsi: Azərbaycanın enerji strategiyasının uğurları və gələcəyə baxış
2026-06-03
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
2026-06-02
Azərbaycan gələcəyin enerji arxitekturasında öz yerini indidən müəyyənləşdirir.
2026-06-02
Enerji siyasətində əldə edilən uğurlar Azərbaycanı yeni inkişaf mərhələsinə daşıyır.
2026-06-02
Uşaqlar dövlətimizin ən qiymətli sərvətidir” – Günay Ağamalı
2026-06-01
Zelenski xalqa müraciət etdi
2026-06-01
Zelenski xalqa müraciət etdi
2026-06-01
Azərbaycanlı Moldovada şəhər meri seçildi
2026-06-01
Avropada iki ölkənin birləşməsinin anonsu verildi – RƏSMİ
2026-06-01
Hacıqabulda 66 yaşlı kişidən qadın turistə şok hərəkət – VİDEO
2026-06-01
"Ölkəmizdə daxili istehsalın artırılması və idxaldan asılılığın azaldılması istiqamətində sistemli addımlar atılmaqdadır" - DEPUTAT
2026-05-31
Aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir
2026-05-31
Aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında mühüm rol oynayır
2026-05-30
Torpaqlardan səmərəli istifadə kənd təsərrüfatının inkişafının əsas şərtlərindən biridir
2026-05-30
"Ölkəmizdə daxili istehsalın artırılması və idxaldan asılılığın azaldılması istiqamətində sistemli addımlar atılmaqdadır" - DEPUTAT
2026-05-30
28 May: Milli İradənin və Müstəqil Dövlətçilik Əzminin Təntənəsi
2026-05-29
Azərbaycanın kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyur.
2026-05-26