Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Azərbaycan–Ukrayna münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin mətbuata bəyanatı strateji tərəfdaşlığın dərinləşməsini təsdiqləyir

2026-04-25 21:42:52 3763 baxış
Xəbər şəkil

 

Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodymir Zelenski ilə görüşdən sonra mətbuata verdiyi bəyanat Azərbaycan–Ukrayna münasibətlərinin möhkəm siyasi təməllər üzərində inkişaf etdiyini və bu əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirdi. Dövlət başçısının vurğuladığı kimi, son dörd ildə prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi ikitərəfli münasibətlərin dinamik xarakter daşıdığını və yüksək siyasi dialoqun davamlı olduğunu göstərir. Bu görüşlərin müntəzəmliyi təsadüfi deyil, bu, iki ölkə arasında formalaşmış etimada, strateji tərəfdaşlıq ruhuna və qarşılıqlı maraqların uzlaşmasına əsaslanır.
Prezident İlham Əliyevin bəyanatında xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycan ilə Ukrayna arasında münasibətlərin təkcə cari əməkdaşlıqla deyil, uzun illərə söykənən siyasi-hüquqi baza ilə möhkəmləndiyini vurğulaması oldu. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlığa dair sənədlər bu əlaqələrin fundamental əsasını təşkil edir. Bu sənədlərdə ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinin əks olunması, əslində, iki dövlətin beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyinin ifadəsidir. Azərbaycanın və Ukraynanın beynəlxalq platformalarda qarşılıqlı dəstəyi bu münasibətlərin formal diplomatik çərçivədən kənara çıxaraq prinsipial tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqləyir.
Dövlət başçısının çıxışında xüsusi vurğulanan istiqamətlərdən biri siyasi dialoqla yanaşı, iqtisadi və enerji əməkdaşlığının geniş perspektivləridir. Xüsusilə SOCAR-ın Ukraynada uzun illər uğurlu fəaliyyəti bu əməkdaşlığın praktik nəticələrini nümayiş etdirən mühüm amildir. Energetika sahəsində əldə olunmuş nailiyyətlər, sərmayə qoyuluşu imkanları, birgə təşəbbüslər və yeni layihələr göstərir ki, iqtisadi əməkdaşlıq daha böyük potensiala malikdir. Ticarət dövriyyəsinin yarım milyard dolları ötməsi isə iqtisadi münasibətlərin genişlənən dinamikasını göstərən mühüm göstəricidir. Prezident İlham Əliyevin bu rəqəmin gələcəkdə daha da artacağına dair ifadə etdiyi əminlik mövcud imkanların reallığa çevriləcəyinə inamı əks etdirir.
Bəyanatda diqqət çəkən digər mühüm məqam hərbi-texniki və sənaye əməkdaşlığı ilə bağlı perspektivlərdir. Həm Azərbaycanda, həm də Ukraynada müdafiə sənayesinin inkişafı fonunda birgə istehsal, texnoloji əməkdaşlıq və sənaye kooperasiyası üçün geniş imkanların mövcudluğu iki ölkənin əməkdaşlıq gündəliyini daha da zənginləşdirir. Bu, eyni zamanda göstərir ki, Bakı və Kiyev münasibətləri yalnız klassik diplomatik və iqtisadi çərçivə ilə məhdudlaşdırmır, onu daha strateji və çoxtərəfli müstəvidə inkişaf etdirməyə çalışır.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm siyasi mesajlardan biri münasibətlərin qarşılıqlı hörmət və maraqların təmin olunması prinsipi üzərində qurulduğunu vurğulaması idi. Müasir beynəlxalq münasibətlər sistemində məhz bu yanaşma dayanıqlı tərəfdaşlığın əsas göstəricilərindən biri hesab olunur. Azərbaycan və Ukrayna arasında dialoqun intensivliyi, hökumətlərarası mexanizmlərin fəaliyyəti, Xarici İşlər nazirlikləri səviyyəsində məsləhətləşmələrin davam etməsi və Hökumətlərarası Komissiyanın işinin genişləndirilməsi əlaqələrin institusional əsaslarını gücləndirir.
Bu bəyanat həm də onu göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasəti balanslı, prinsipial və milli maraqlara söykənən xətt üzrə davam edir. Ukrayna ilə münasibətlərdə nümayiş etdirilən bu strateji yanaşma Azərbaycanın regional və beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir.

Bugünkü səfər və verilən mesajlar göstərir ki, Azərbaycan–Ukrayna dostluq münasibətləri yeni mərhələyə daxil olur. Siyasi dialoqun intensivliyi, iqtisadi və enerji əməkdaşlığının genişlənməsi, hərbi-texniki sahədə perspektivlərin açılması və beynəlxalq hüququn prinsiplərinə ortaq sadiqlik bu münasibətləri daha da gücləndirən əsas amillərdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu səfər Azərbaycan–Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olmaqla yanaşı, gələcək əməkdaşlıq üçün də yeni üfüqlər açır.

 





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19