Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Azərbaycan-Latviya əməkdaşlığı
SİYASƏT
İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır.
SİYASƏT
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
CƏMİYYƏT
Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində “Şəhərsalma və Memarlıq ili” çərçivəsində tədbir keçirilmişdir.
SİYASƏT
TÜRKPA-nın Baş Katibi Ramil Həsən deputat Azər Allahverənovla görüşüb 
SİYASƏT
Günay Ağamalı: “Qanunların hazırlanmasında analitik mexanizmlər və ictimai iştirak əsas rol oynayır”
SİYASƏT
"Prezidentin müraciəti Azərbaycanın qlobal iqtisadi sistemdə artan rolunun təzahürüdür" - Günay Ağamalı
SİYASƏT
Alimentin azaldılması GÜNDƏMDƏ – Boşanmaların sayına da TƏSİR EDƏCƏK?
SİYASƏT
Energetik içkilər səhhətimizə belə təsir edir - Qanunun sərtliyi qaçılmazdır
SİYASƏT
Rəsmi Bakı qlobal siyasi prosesləri yönləndirən əvəzolunmaz aktordur”
SİYASƏT
Deputat: “Milli maraqlara təsir edən paylaşımların yayılması...”
SİYASƏT
"Qarşıya qoyulan məqsəd rifahlı və təhlükəsiz həyatın qurulmasıdır" - DEPUTAT DANIŞDI
SİYASƏT
“Antalya Diplomatik Forumunda iştirak Azərbaycanın qlobal nüfuzunun təsdiqidir”
CƏMİYYƏT
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev – müasir Azərbaycanın memarıdır” mövzusunda tədbir keçirilib  
SİYASƏT
Qaranlıq gözlərə nur parlayan akademik Zərifə xanım Əliyeva
SİYASƏT
Zərifə xanım elm aləmində peşə oftalmologiyasının əsasını qoymuşdur.
SİYASƏT
Əbədiyaşar elm xadimi
SİYASƏT
Tibb elminə həsr olunmuş ömür
SİYASƏT
Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
SİYASƏT
Salyanda Akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib.
SİYASƏT
Zərifə Əliyevanın– elmi fəaliyyəti
SİYASƏT
Azərbaycanın İranla son diplomatik təmasları bölgədə sabitliyin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir
SİYASƏT
Zərifə Əliyeva: Həyatını elmə və insanlara həsr etmiş böyük Alim
SİYASƏT
Azərbaycan qadınının zəka və zəriflik simvolu - akademik Zərifə Əliyeva
SİYASƏT
Şərəfli ömür və nümunəvi fəaliyyət yolu - Akademik Zərifə Əliyeva
SİYASƏT
Unudulmaz alim, qayğıkeş insan
SİYASƏT
ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA  
SİYASƏT
Gənc ailələrə dövlət dəstəyi artırılır - Problemlərin səbəbləri
SİYASƏT
Deputat: “Sosial mediada yazılan hər söz hüquqi məsuliyyət yaradır”
SİYASƏT
Günay Ağamalı: “Yerli idarəetmə cəmiyyətin inkişafının ən vacib sütunlarından biridir”

İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır.

2026-04-23 16:40:35 113 baxış
Xəbər şəkil

Xarici siyasətimizin  prioritet istiqamətlərindən biri  müxtəlif dövlətlərlə  ikitərəfli əlaqələrimiz  uğurla inkişaf etməsidir.  Azərbaycan ikitərəfli əməkdaşlıqda Baltikyanı ölkələrlə əlaqələrə də xüsusi önəm verir. Bu dövlətlərlə əlaqələr müasir dövrdə yeni məzmun kəsb edərək xüsusilə mədəniyyət, parlamentlərarası dialoq və iqtisadi sahələrdə genişlənir.  Bakıda keçirilən yüksək səviyyəli görüşlər və biznes-forum bir daha göstərdi ki, Azərbaycan–Latviya münasibətlərinin inkişafı üçün yaxşı perspektivlər mövcuddur. Prezident İlham Əliyev və Latviya dövlət başçısı Edqars Rinkeviç tərəfindən səsləndirilən fikirlər bu əməkdaşlığın gələcək istiqamətlərini aydın şəkildə ortaya qoydu.
Azərbaycanın Avropa ilə münasibətləri  strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi və qarşılıqlı iqtisadi maraqlar üzərində qurulmuş dinamik bir modeldir. Rəsmi Bakı Avropa İttifaqı  və ona üzv ölkələrlə əlaqələrini Avrasiyanın logistik xəritəsini formalaşdıran mühüm geosiyasi aktor statusunda inkişaf etdirir. Prezident İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı qeyd etdi ki, bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayı 16-dır və bu göstərici üzrə biz dünyada birinci yerdəyik. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlı olan Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələri, xalqları birləşdirir. Bu layihələr Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirib. Ölkəmiz Avropa İttifaqının əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Bu münasibətlər suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn prinsiplərinə qarşılıqlı hörmət əsasında qurularaq, regionda sabitliyin qorunmasına xidmət edir.
Azərbaycan və Latviya Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları, həmçinin  əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması  bütün bu məqamlara bir daha işıq saldı.  Qeyd etdiyimiz kimi, dövlətlərarası əlaqələrin inkişafında imzalanan sənədlər əhəmiyyətli rol oynayır.  Azərbaycan ilə Latviya arasında bugünədək 50-yə yaxın sənəd imzalanıb.  Sözügedən səfər çərçivəsində  Prezident İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycanla Latviya arasında imzalanmış bir sıra sənədlərin  mübadiləsi mərasimi oldu. Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul etdilər.
Kənd təsərrüfatı və meşəçilik sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Latviyanın bu sahədəki zəngin təcrübəsi Azərbaycanın regionlarında həyata keçirilən inkişaf layihələri ilə uyğunlaşır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri çərçivəsində bu əməkdaşlıq real iqtisadi nəticələr verə bilər.
Bundan əlavə, müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində əməkdaşlıq perspektivləri də diqqət çəkir. Hər iki ölkənin bu sahədə artan potensialı birgə istehsal və texnoloji mübadilə üçün zəmin yaradır. Süni intellekt, dron texnologiyaları və innovativ həllər yaxın gələcəkdə əməkdaşlığın yeni istiqamətlərini əhatə edəcək.
Bütün bunların fonunda qarşılıqlı investisiyaların təşviqi əsas prioritet olaraq qalır. Azərbaycanın yaratdığı sabit maliyyə mühiti və Latviyanın Avropa bazarlarına inteqrasiyası bu prosesin daha da sürətlənməsinə imkan yaradır. Eyni zamanda, tərəflərin qarşılıqlı investisiya layihələri üzərində işləməsi münasibətlərin davamlılığını təmin edəcək əsas amillərdən biridir.
 Bu səfər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. İkitərəfli əməkdaşlıq üçün də geniş potensial mövcuddur. Bu əməkdaşlıq ticarət, siyasət və təhsil sahələrini əhatə edir. Hazırda Latviyada yüzlərlə azərbaycanlı tələbə təhsil alır və bu da humanitar əlaqələrin inkişafına töhfə verir. 
Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri əməkdaşlığın genişlənəcəyini nümayiş etdirir. Prezident İlham Əliyevin bəyanatı isə bir gerçəkliyi təsdiqləyir: Azərbaycan nüfuzlu dövlətdir və onun siyasi kursu bəşəri dəyərlərə sadiq ölkələr tərəfindən səmimiyyətlə dəstəklənir. 
Ümumilikdə hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır. Tərəflər əməkdaşlığın bütün sahələrdə uğurlu inkişafında maraqlıdır.

Ləman Abasova, 
Salyan Peşə liseyinin müəllimi

Oxşar xəbərlər

Xəbər lenti
Azərbaycan-Latviya əməkdaşlığı
2026-04-23
İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır.
2026-04-23
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
2026-04-23
Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində “Şəhərsalma və Memarlıq ili” çərçivəsində tədbir keçirilmişdir.
2026-04-23
TÜRKPA-nın Baş Katibi Ramil Həsən deputat Azər Allahverənovla görüşüb 
2026-04-23
Günay Ağamalı: “Qanunların hazırlanmasında analitik mexanizmlər və ictimai iştirak əsas rol oynayır”
2026-04-23
"Prezidentin müraciəti Azərbaycanın qlobal iqtisadi sistemdə artan rolunun təzahürüdür" - Günay Ağamalı
2026-04-22
Alimentin azaldılması GÜNDƏMDƏ – Boşanmaların sayına da TƏSİR EDƏCƏK?
2026-04-22
Ruhumuzun qayıdışı: Milli kimliyimizi yaşadan rəsm əsərləri!
2026-04-21
TÜMER və "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi arasında tərəfdaşlıq haqqında memorandum imzalanıb
2026-04-21
Energetik içkilər səhhətimizə belə təsir edir - Qanunun sərtliyi qaçılmazdır
2026-04-21
Rəsmi Bakı qlobal siyasi prosesləri yönləndirən əvəzolunmaz aktordur”
2026-04-21
Deputat: “Milli maraqlara təsir edən paylaşımların yayılması...”
2026-04-20
"Qarşıya qoyulan məqsəd rifahlı və təhlükəsiz həyatın qurulmasıdır" - DEPUTAT DANIŞDI
2026-04-19
“Antalya Diplomatik Forumunda iştirak Azərbaycanın qlobal nüfuzunun təsdiqidir”
2026-04-19
Salyan Suvarma Sistemləri İdarəsindən nümunəvi addım: Kənd sakinlərinə operativ dəstək
2026-04-16
Günay Ağamalı: “Qərbi Azərbaycanın Musiqi Ənənələri Milli Yaddaşımızın Sönməz Çırağıdır"
2026-04-15
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev – müasir Azərbaycanın memarıdır” mövzusunda tədbir keçirilib  
2026-04-15
Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb
2026-04-15
“Zərifə xanımın həyatı və fəaliyyəti sübut etdi ki, əsl alim olmaq üçün həm də böyük insan olmaq lazımdır” - Günay Ağamalı
2026-04-15
Qaranlıq gözlərə nur parlayan akademik Zərifə xanım Əliyeva
2026-04-15
Zərifə xanım elm aləmində peşə oftalmologiyasının əsasını qoymuşdur.
2026-04-15
Əbədiyaşar elm xadimi
2026-04-15
Tibb elminə həsr olunmuş ömür
2026-04-15
Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
2026-04-15
Salyanda Akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib.
2026-04-14
Hər bir uşaq sevgi və diqqətə layiqdir!