Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
SİYASƏT
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
SİYASƏT
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
SİYASƏT
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır

Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ

2026-04-23 16:37:31 1342 baxış
Xəbər şəkil

22 aprel 2026-cı il tarixində Bakıda keçirilən yüksək səviyyəli görüş Azərbaycan-Latviya münasibətlərinin məzmununda yeni çalarların formalaşdığını göstərdi. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Latviya prezidenti cənab Edqars Rinkeviçs arasında keçirilən görüşdən sonra mətbuata verilən bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və perspektivlərini əhatə edən geniş və rəsmi məzmun daşıyırdı. Həmçinin bu bəyanat təkcə ikitərəfli əməkdaşlığın cari vəziyyətini deyil, həm də gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu.
Bu görüşü fərqləndirən əsas məqam siyasi dialoqla iqtisadi əməkdaşlığın və regional təhlükəsizlik gündəliyinin eyni platformada uzlaşdırılması oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ikitərəfli gündəliyin müxtəlif aspektləri, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələlər geniş müzakirə edildi. Bu yanaşma göstərir ki, Azərbaycan-Latviya münasibətləri artıq yalnız klassik diplomatik münasibətlər formatı ilə məhdudlaşmır, regional və qlobal proseslərə dair fikir mübadiləsini də əhatə edir. Xüsusilə Cənubi Qafqaz və Baltik regionlarında təhlükəsizlik məsələlərinin müzakirəsi tərəflərin siyasi dialoqunun keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyir.
Ölkə Başçısı cənab İlham Əliyev çıxışında Azərbaycan ilə Latviya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. O qeyd etmişdir ki, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir. Bu kontekstdə qarşılıqlı etimadın və dialoqun möhkəmləndiyi bildirilmişdir. Hələ doqquz il öncə Azərbaycan və Latviya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə həmçinin hüquqi çərçivəni yaratmış və ölkələrin münasibətlərini ən yüksək səviyyəyə qaldırmışdır. Məhz bunun əsasında da hər iki ölkə tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışdır. Bəyanatda iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi göstərilmişdir. Xüsusilə, ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının araşdırılması, Logistika və nəqliyyat sahəsində əməkdaşlıq və sair məsələlərə diqqətdə saxlanılmışdır. Belə ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox yüksək nəticələr verə bilər. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır.
Azərbaycanın artan investisiya imkanları və Latviyanın Avropa bazarları ilə inteqrasiya üstünlükləri bu əməkdaşlığı daha praktik nəticələrə yönəldə bilər. Bu baxımdan Azərbaycan-Latviya biznes-forumu xüsusi əhəmiyyət daşıyır. Forumda praktiki müqavilələrin, yeni tərəfdaşlıqların və birgə layihələrin müzakirəsi iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçidi üçün mühüm siqnal sayıla bilər. Lakin Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq yalnız iqtisadi deyil, həm də geostrateji baxımdan əhəmiyyətlidir. Avropanın enerji təhlükəsizliyi, tranzit marşrutlarının şaxələndirilməsi, rəqəmsal iqtisadiyyat və yaşıl keçid kimi sahələrdə Bakı ilə Riqa arasında maraqların üst-üstə düşməsi bunu təsdiqləyir. Xüsusilə nəqliyyat-kommunikasiya layihələri fonunda Azərbaycan Şərq-Qərb bağlantısında mühüm həlqə kimi çıxış edir və bu amil Latviya üçün də əlavə imkanlar yaradır.
Bundan başqa, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan roluna, xüsusilə qaz ixracı və enerji marşrutlarının şaxələndirilməsi məsələlərinə diqqət yetirsək görərik ki, Latviya tərəfi də bu sahədə əməkdaşlıq imkanlarına maraq göstərən ölkələrdən biridir. Ölkə Başçısının Bəyanatında təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətinə də toxunulmuşdur ki, bununla bağlı ölkələr arasında tələbə mübadiləsi proqramları və mədəni layihələrin genişləndirilməsi hər iki ölkə üçün prioritet məsələlərdəndir. Hazırda Latviyada 450-dən artıq azərbaycanlı tələbə təhsil alır və ümid edirik ki, tələbə sayı növbəti illərdə daha da artacaq və bu bizim ölkəmiz üçün də faydalı olacaqdır.
Dövlət başçılarının görüşü zamanı müzakirə olunan regional təhlükəsizlik, o cümlədən post-münaqişə dövründə vəziyyətə nəzər salsaq görərik ki, Azərbaycan tərəfi bölgədə davamlı sülhün təmin olunması üçün uğurlu addımlar atır, eyni zamanda Avropa ilə əməkdaşlıq çərçivəsində bir sıra tələblərin icrasını dəstəkləyir.
Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan-Latviya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdə olduğunu və müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün ciddi siyasi iradənin mövcudluğunu göstərdi. Edqars Rinkeviçs də öz növbəsində bu əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını təsdiqləmişdir.

Nurtən Qədirli,
          Salyan rayonu, Qarabağlı  kənd 2 nömrəli tam orta ümumtəsil məktəbin müəllimi
 
Oxşar xəbərlər

Xəbər lenti
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17