Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

“Xocalı Həqiqətlərindən Tarixi Zəfərə”

2026-03-02 20:28:15 3685 baxış
Xəbər şəkil

 

26 fevral – Xocalı soyqırımı qurbanlarının anım günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevnin Xocalıya səfəri və Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimində etdiyi çıxış yalnız keçmişin xatırladılması deyil, həm də dövlətin strateji baxışının və milli mövqeyinin bir daha bəyanı idi. Bu çıxışda səsləndirilən fikirlər Azərbaycan xalqının keçdiyi çətin, lakin şərəfli yolun mahiyyətini açıq şəkildə ifadə etdi.
Dövlət başçısı çıxışında xüsusi vurğuladı ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində sistemli fəaliyyət uzun illər əvvəl başlanmışdır. Bu baxımdan Heydər Əliyev Fondunun rolu xüsusi əhəmiyyət kəsb edir. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” adlı genişmiqyaslı beynəlxalq kampaniyaya start verdi. Bu təşəbbüs qısa müddətdə dünyanın müxtəlif ölkələrində böyük əks-səda doğurdu. Kampaniya çərçivəsində keçirilən tədbirlər, sərgilər, konfranslar və informasiya aksiyaları nəticəsində Xocalı soyqırımı barədə məlumatlar beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırıldı.
Bu fəaliyyətin əhəmiyyəti ondadır ki, tarixi həqiqətlərin tanıdılması yalnız diplomatik bəyanatlarla deyil, ardıcıl və məqsədyönlü ictimai-siyasi işlə təmin olunur. “Xocalıya ədalət!” hərəkatı məhz bu baxımdan milli yaddaşın qlobal miqyasda təqdimatı idi. Nəticədə bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar Xocalı hadisələrinə hüquqi-siyasi qiymət verdi. Bu, uzunmüddətli, səbirli və prinsipial fəaliyyətin bəhrəsi idi.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın qazandığı tarixi Qələbəyə də toxunaraq bildirdi: “Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq.” Bu fikir Azərbaycanın hərbi-siyasi gücünü və strateji üstünlüyünü aydın şəkildə göstərir. 44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycan Ordusu yüksək peşəkarlığa, güclü maddi-texniki bazaya və sarsılmaz ruh yüksəkliyinə malikdir. Bu Qələbənin mühüm cəhəti onun qısa müddətdə və minimal zaman çərçivəsində əldə olunması idi. Azərbaycan qarşıya qoyduğu hədəfləri sürətli və qətiyyətli əməliyyatlarla reallaşdırdı. Ən vacibi isə budur ki, müharibə Azərbaycanın öz beynəlxalq səviyyədə tanınmış ərazilərində aparıldı və qarşıya qoyulan məqsəd suverenliyin bərpası idi. Kapitulyasiya aktının imzalanması faktı isə müharibənin siyasi-hüquqi yekunu kimi tarixə düşdü.
Çıxışda səsləndirilən digər mühüm məqam Azərbaycanın müharibə zamanı nümayiş etdirdiyi humanist yanaşma ilə bağlı idi. Prezident vurğuladı ki, ermənilərdən fərqli olaraq Azərbaycan heç vaxt günahsız, əliyalın mülki əhaliyə qarşı müharibə aparmamışdır. Bu prinsipial mövqe Azərbaycanın dövlət siyasətinin və xalqımızın mənəvi dəyərlərinin ifadəsidir. Müharibə şəraitində belə mülki əhaliyə qarşı qəsdən zorakılıq etməmək, beynəlxalq humanitar hüququn normalarına riayət etmək yüksək siyasi mədəniyyət və mənəvi üstünlük göstəricisidir. Azərbaycan Ordusu hərbi hədəflərə qarşı əməliyyatlar aparmış, dinc insanlara qarşı qisas və ya intiqam siyasəti yürütməmişdir. Bu isə xalqımızın ləyaqətini daha da ucaltdı və beynəlxalq ictimaiyyət qarşısında ölkəmizin nüfuzunu gücləndirdi.
Xocalı Soyqırımı Memorial Kompleksi bu kontekstdə yalnız faciənin xatirəsi deyil, həm də ədalətli mübarizənin və mənəvi üstünlüyün rəmzidir. Bu abidə göstərir ki, Azərbaycan xalqı həm ağrını unutmur, həm də nifrət üzərində deyil, haqq və ədalət prinsipləri üzərində dövlət qurur.
Bu gün azad Xocalıda memorialın açılması, səsləndirilən tarixi fikirlər və vurğulanan prinsiplər bütöv bir mərhələnin yekunu kimi dəyərləndirilə bilər. Azərbaycan həm informasiya müstəvisində həqiqətləri dünyaya çatdırdı, həm döyüş meydanında Qələbə qazandı, həm də mənəvi müstəvidə üstünlüyünü qorudu.
Beləliklə, Xocalıda səsləndirilən fikirlər bir daha təsdiqlədi ki, ədalətə söykənən mübarizə gec-tez nəticə verir. Xocalı həqiqətləri artıq təkcə milli yaddaşın deyil, beynəlxalq ictimaiyyətin də gündəmindədir. Qazanılmış Qələbə isə təkcə hərbi uğur deyil, həm də xalqımızın humanist dəyərlərə sadiqliyinin və əxlaqi mövqeyinin təntənəsidir.

Aynur Hüseynova, 
Salyan şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi, YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19