Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

“Xocalı: Dünya İctimaiyyətinin Gözündə”

2026-02-26 11:14:36 3446 baxış
Xəbər şəkil

 

Xocalı soyqırımı Azərbaycan xalqının tarixində sağalmaz bir yara, eyni zamanda bəşəriyyət qarşısında törədilmiş bir cinayətdir. 26 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumu nəticəsində yüzlərlə günahsız mülki şəxs amansızlıqla qətlə yetirilmiş, qadınlar, uşaqlar və yaşlılar vəhşicəsinə məhv edilmişdir. Bu faciə təkcə milli bir itki deyil, həm də dünya ictimaiyyətinin yaddaşında unudulmaz bir dəhşət kimi qalır. Xocalı hadisələrinin xarici jurnalistlər və beynəlxalq media tərəfindən işıqlandırılması soyqırımın görünməyən tərəflərinin üzə çıxarılmasında mühüm rol oynamışdır.
Həmin dövrdə dünyanı şoka salan hadisələr bir çox nüfuzlu media qurumları tərəfindən işıqlandırılmışdır. Parisin Krua l’Eveneman jurnalında (25 fevral 1992) dərc olunmuş məqalədə qeyd edilir: “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu.” Londondan Sandi Tayms qəzeti (1 mart 1992) yazırdı: “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.” Həmçinin Faynenşl Tayms (9 mart 1992) bildirir ki, “Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar; ermənilər Ağdama gedən dəstəni güllələmişdir.”
Xocalıdakı dəhşət yalnız rəqəmlərdə deyil, faktiki vəhşiliklərdə də özünü göstərmişdir. Livanlı kinooperator həmin faciəni lentə alaraq, ölkəsinin varlı daşnak icmasının Qarabağa silah və adam göndərdiyini təsdiqləmişdir. Tayms qəzeti (4 mart 1992) yazır: “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.” İzvestiya (4 mart 1992) bildirir: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmiş, kişilərin skalpları götürülmüşdür.” Parisin Le Mond qəzeti (14 mart 1992) əlavə edir: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış üç nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.” İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti R.Patrik isə vurğulamışdır: “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.”
Xocalı faciəsi Holokost soyqırımı ilə müqayisə oluna biləcək bir miqyasda həyata keçirilmişdir. Burada sistemli və planlı şəkildə mülki əhaliyə qarşı yönəlmiş qətliam, qadın və uşaqlara qarşı zorakılıq, şəhərin dağıdılması, infrastruktura zərbə vurulması erməni millətçilərinin uzun müddət ərzində həyata keçirdiyi etnik təmizləmə siyasətinin qanlı nəticəsi idi.
Rəsmi statistika dəhşətin miqyasını açıq şəkildə göstərir: Xocalıda 613 nəfər həlak olmuş, 487 nəfər yaralanmış, 1275 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür. Həlak olanların arasında 63 uşaq, 106 qadın və 70 yaşlı 8 nəfər qoca olmuşdur. Bu rəqəmlər erməni vəhşiliyinin miqyasını və bu faciənin yalnız Azərbaycan xalqı üçün deyil, bütün bəşəriyyət üçün faciəvi olduğunu nümayiş etdirir.
Xocalı hadisələrinin beynəlxalq aləmdə tanınması istiqamətində uzun illər ərzində xeyli iş görülmüşdür. Kitablar və məqalələr çap olunmuş, sənədli filmlər çəkilmiş, respublika və beynəlxalq səviyyəli tədbirlər təşkil edilmiş, “Xocalıya Ədalət” kampaniyası və Justice for Khojaly informasiya portalı vasitəsilə dünya ictimaiyyəti Xocalı soyqırımının reallıqları ilə tanış edilmişdir. Bu platformalar ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərini ifşa etməkdə müstəsna rol oynayır.
Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında sağalmaz yara olmaqla yanaşı, milli həmrəylik, ədalət və mübarizə əzminin simvoludur. Bu faciənin beynəlxalq tanınması istiqamətində mübarizə davam edir və davam edəcəkdir. Bu gün isə şanlı Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində Xocalının azad edilməsi təmin edilmiş, işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılmışdır. Tutulmuş erməni cəlladları artıq mühakimə olunmuş və layiqli cəzalarını almışlar.
Bu baxımdan Xocalı faciəsi yalnız tarixi bir hadisə deyil, həm də beynəlxalq hüquq və insanlıq naminə mübarizənin əhəmiyyətini bir daha göstərir. Dünya ictimaiyyəti Xocalı soyqırımının dəhşətlərini bilməli, erməni vəhşiliklərinin qurbanlarına ədalət bərpa olunmalı, gələcək nəsillər üçün bu tarixi yaddaş qorunmalıdır.

Zülfiyyə Əsədova,
YAP Salyan rayon təşkilatının ərazi partiya təşkilatı sədri





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19