Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
SİYASƏT
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
SİYASƏT
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
SİYASƏT
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır

Azərbaycanın yeni rəqəmsal arxitekturası

2026-02-15 20:54:43 5983 baxış
Xəbər şəkil

11 fevral 2026-cı il tarixində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi ölkənin inkişaf strategiyasında mühüm mərhələ kimi dəyərləndirilir. Müasir dövrdə rəqəmsal transformasiya, süni intellekt və texnoloji yeniliklər artıq seçim deyil, zərurətə çevrilib. Dövlətimizin başçısının da vurğuladığı kimi, dünyada istiqamət götürən yeni meyllər fonunda bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyənləşdirir. Bu baxımdan sözügedən müşavirə həm vaxtında keçirilmiş, həm də aktual çağırışlara operativ reaksiya kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində Azərbaycanda aparılan ardıcıl və sistemli islahatlar nəticəsində ölkənin idarəetmə modeli müasir çağırışlara uyğun şəkildə yenilənir. Yeni rəqəmsal arxitektura konsepsiyası, bu islahatların növbəti strateji mərhələsini təşkil edərək dövlətin idarəçilik fəlsəfəsinin, texnoloji infrastrukturunun və ictimai xidmət mexanizmlərinin köklü surətdə yenilənməsini nəzərdə tutur.Müşavirədə vurğulandığı kimi, rəqəmsallaşma təkcə texnoloji yenilik deyil, eyni zamanda, idarəçilik mədəniyyətinin dəyişməsi, dövlət-vətəndaş münasibətlərində yeni keyfiyyət mərhələsinə keçid deməkdir. Bu yanaşmanın əsas məqsədi şəffaflığı artırmaq, operativliyi təmin etmək, insan faktorundan asılılığı azaltmaq və vətəndaş məmnunluğunu yüksəltməkdir.
Bu gün Azərbaycan artıq regionda elektron hökumət və rəqəmsal dövlət xidmətləri sahəsində qabaqcıl mövqelərə malikdir. “Elektron imza sistemi, “ASAN xidmət” modeli, “myGov” platforması, vahid dövlət xidmətləri portalı və digər innovativ həllər dövlət idarəçiliyində çeviklik və əlçatanlıq baxımından mühüm nəticələr ortaya qoyub. Yeni vahid fəaliyyət planı isə bütün bu mexanizmlərin inteqrasiya olunmasını, vahid rəqəmsal ekosistemin formalaşdırılmasını və dövlət strukturlarının tam koordinasiyasını təmin etməyə yönəlib. Prezident İlham Əliyevin strateji baxışında dövlət idarəçiliyində şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizə əsas yer tutur. Rəqəmsal platformaların tətbiqi birbaşa insan təmaslarını minimuma endirərək subyektiv qərarların və sui-istifadə hallarının qarşısını alır. Elektron xidmətlərin genişləndirilməsi nəticəsində qərar qəbuletmə mexanizmləri daha sürətli, obyektiv və hesabatlı olur.
Müşavirədə rəqəmsal təhlükəsizlik məsələləri də ön plana çıxarıldı. Məlumatların qorunması və sistemlərin etibarlılığı dövlətin əsas prioritetlərindən biri kimi vurğulandı. Bu, rəqəmsal idarəetmənin yalnız texnologiya məsələsi olmadığını, həm də strateji təhlükəsizlik aspekti daşıdığını göstərir.
Son illər ərzində aparılan işlər nəticəsində enerji generasiya gücümüzün böyük dərəcədə artması və bu sahəyə milyonlarla dollar sərmayələrin yatırılması Azərbaycanda rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün əlverişli şərait yaradır. Məhz, Prezident İlham Əliyevin bu istiqamətdə nəzərdə tutduğu ideyaların və layihələrin reallaşdırılması ilə Azərbaycanda həm dövlət idarəetməsinin, həm də sosial-iqtisadi münasibətlərin transformasiyasının yeni mərhələsi başlayacaq. Yeni rəqəmsal arxitektura dövlət məlumatlarının vahid platformada toplanması, emalı və qorunmasını təmin edir. Bu da məlumat təhlükəsizliyinin gücləndirilməsi, xarici texnoloji asılılığın azaldılması, milli rəqəmsal infrastrukturun formalaşdırılması deməkdir. Yeni arxitektura yalnız mövcud prosesləri rəqəmsallaşdırmır. O, eyni zamanda gələcək qərarların proqnozlaşdırıcı modellər üzərində qurulmasına imkan yaradır. Bu da iqtisadi risklərin öncədən müəyyən edilməsi, sosial siyasətin daha dəqiq planlaşdırılması, milli təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi kimi strateji üstünlüklər verir. Müşavirə həm də özəl sektor üçün yeni imkanlar açır. Startap ekosisteminin genişlənməsi, rəqəmsal xidmət ixracı, regional texnologiya mərkəzinə çevrilmə perspektivi və başqa proseslər ilə Azərbaycan yalnız istifadəçi yox, həm də rəqəmsal məhsul istehsalçısı roluna keçə bilər”.
Bugünkü dünyada rəqəmsal infrastruktur artıq klassik hərbi və enerji resursları qədər stratejidir: Bu təşəbbüs ilə Azərbaycanın regional rəqəmsal qovşağa çevrilməsi, Transxəzər və Orta Dəhliz boyunca data axınlarına nəzarət, beynəlxalq texnoloji tərəfdaşlıqlarda mövqelərin möhkəmlənməsi üçün baza yaradır. Beləliklə də, Azərbaycanın yeni rəqəmsal arxitekturası sadəcə texniki layihə deyil, bu həm də dövlətin mərkəzləşdirilmiş məlumat idarəçiliyinə, süni intellekt əsaslı qərarverməyə, rəqəmsal suverenliyə və strateji texnoloji müstəqilliyə söykənən gələcək modelidir.
Nəticə olaraq, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın rəqəmsal idarəetməyə verdiyi önəmi aydın şəkildə ortaya qoyur. Vahid fəaliyyət planı ölkəmizin həm bu gününü, həm də gələcəyini gücləndirən mühüm addımdır.

       Samir Hüseynov,
       Salyan Regional “Asan Xidmət” Mərkəzinin direktoru

Oxşar xəbərlər

Xəbər lenti
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17