Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"

Rəqəmsal Azərbaycan: Prezident İlham Əliyevin Strateji Baxışı və Gələcəyin Yol Xəritəsi

2026-02-15 20:46:57 5965 baxış
Xəbər şəkil

Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirə Azərbaycanda yaxın gələcəkdə dövlət idarəçiliyinə süni zəkanın və rəqəmsallaşmanın dərindən nüfuz edəcəyi siqnallarını verdi. Son illərdə baş verən kiberhücumlar sübut edib ki, bu sahə sadəcə texniki məsələ deyil, milli təhlükəsizlik məsələsidir. 
Bu transformasiya üçün ölkəmizdə həm beynəlxalq yeni tərəfdaşlıqlar qurulub, həm də daxili, potensial resurslar mövcuddur. Bu sahədə kadr hazırlığına isə daha çox fokuslanmaq strateji hədəf kimi müəyyən edilir. 
 
Dövlət xidmətlərinin "mygov" platforması üzərindən vahid mərkəzdən idarə edilməsi və dövlət qurumları arasında sıx koordinasiyanın yaradılması planlaşdırılır. Bu o deməkdir ki, bütün qurumlar öz elektron məlumat bazasını buraya inteqrasiya etməlidir. Bu, qurumlararası məlumatlara əlçatanlığı təmin edəcək, dövlət xidmətlərində vətəndaşlar üçün səmərəlilik artacaq.

Coğrafi mövqeyimizi strateji imkana çevirməyi bu sahədə də bacarmışıq. Azərbaycanın Asiya ilə Avropa arasında və Şimal-Cənub dəhlizi üzərində yerləşməsi ölkəmizə rəqəmsal bağlantılar sahəsində də mühüm üstünlük qazandırır. Yaxın gələcəkdə ölkəmiz bu istiqamətlərdə rəqəmsal qovşağa çevrilə bilər. Azərbaycanın şərq sahillərini birləşdirəcək fiber-optik kabel layihəsinin bu il başa çatacağı gözlənilir. Bu layihə ölkənin informasiya infrastrukturunu gücləndirəcək və regionla əlaqələri yeni səviyyəyə qaldıracaq.

Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan fiber-optik kabel layihəsi — Trans-Xəzər Fiber-Optik Kabel Xətti — Avropa ilə Asiyanı birləşdirən “Rəqəmsal İpək Yolu” meqalayihəsinin əsas elementlərindən biridir. Bu kabel Azərbaycanın Sumqayıt şəhəri ilə Qazaxıstanın Aktau şəhəri arasında birbaşa rəqəmsal bağlantı yaradacaq. Layihə Azərbaycanın şərq istiqamətində kommunikasiya imkanlarını gücləndirməklə yanaşı, qərb istiqamətində də yeni bağlantıların qurulmasını nəzərdə tutur və ölkənin regional kommunikasiya şəbəkəsinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bundan əlavə, Azərbaycan və Türkmənistan arasında oxşar kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası razılaşma mövcuddur. Bu təşəbbüs təkcə texnoloji yenilik deyil, həm də insanların gündəlik həyatına təsir edən mühüm infrastruktur layihəsidir. 

Daha sürətli və dayanıqlı internet, enerji təchizatının sabitliyi və ixrac imkanlarının genişlənməsi iqtisadi artımı və sosial rifahı gücləndirəcək. Eyni zamanda, regionda yeni iş yerlərinin yaranmasına və innovativ imkanların artmasına şərait yaradacaq.

Data mərkəzləri üçün əlverişli imkanlar ölkəmizi investisiyalar baxımından Avropa ölkələri üçün də cəlbedici edir. Məsələn, rəqəmsal iqtisadiyyat, süni intellekt və data mərkəzlərinin yaradılması Azərbaycan–Slovakiya əməkdaşlığının yüksələn istiqamətlərindən biridir. Azərbaycanın bu sahədə üstünlüyü iki əsas amildən qaynaqlanır. Ən başlıcası, diversifikasiya olunmuş enerji resurslarına malik olmağımızdır ki, data mərkəzlərinin işləkliyi üçün ehtiyac duyduğu da enerjidir. Həmçinin, iqlim müxtəlifliyi ölkədə ilboyu soyuq bölgələrin mövcudluğu data mərkəzlərinin səmərəli fəaliyyətinə imkan yaradır. Çünki nəhəng data mərkəzləri gecə-gündüz işləyir və qızır. Onların soyuq saxlanılması üçün böyük soyutma sistemlərindən istifadə olunur. Bu isə, böyük enerji və su sərfiyyatı deməkdir. Ancaq bu kimi data mərkəzləri iqlim soyuq bölgədə yerləşdirilərsə, su və enerji sərfiyyatı azalar.
 
Azərbaycanın hazırda 10 min meqavata bərabər olan generasiya gücünün ən azı 2 min meqavatı istifadə edilməyən gücdür. Bu sərbəst resurs rəqəmsal infrastrukturun və süni intellekt texnologiyalarının inkişafı üçün hazır baza rolunu oynayır. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, coğrafi vəziyyət və enerji müstəqilliyi ölkənin uzunmüddətli, dayanıqlı inkişafını təmin edən və beynəlxalq texnoloji şirkətləri ölkəyə cəlb edən əsas amillərdir. Yaşıl enerji növləri üzrə imzalanmış müqavilələr gələcəkdə enerji generasiya gücünü daha da artıracaq ki, bu da rəqəmsallaşma prosesinin dayanıqlılığını təmin edəcək.
 
Dövlət Başçımız açıq şəkildə qeyd edir ki, Avropa texnoloji şirkətləri hazırda ABŞ nəhəngləri ilə rəqabətdə "ən azı bir nəsil geridədirlər". Məhz bu səbəbdən ABŞ ilə imzalanmış “Strateji Tərəfdaşlıq Xartiyası” ölkəmizin data mərkəzləri və süni zəka ekosistemi üçün böyük əhəmiyyət kəsb edir. Çin ilə "Hərtərəfli Strateji Tərəfdaşlıq" və Avropa İttifaqının 10 ölkəsi ilə olan sazişlər Azərbaycanı qlobal texnoloji ekosistemin qovşağına çevirir.

Azərbaycan hazırda dövlət idarəçiliyini və iqtisadi inkişaf modelini rəqəmsal transformasiya üzərində qurmağa çalışır. Bu prosesin mərkəzində süni intellekt texnologiyalarının tətbiqi dayanır. 

Hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul rəhbərlərin təyin olunması süni zəkanın hər sahədə artıq strateji prioritetə çevrildiyini göstərir.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı

Oxşar xəbərlər

Xəbər lenti
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17