Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Sülhün yaradılması: müdriklik və cəsarətin nəticəsi

2026-02-06 10:26:38 1523 baxış
Xəbər şəkil


2026-cı il fevralın 4-də Prezident cənab İlham Əliyevin Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı Azərbaycanın beynəlxalq sülh gündəliyində tutduğu mövqenin və artan qlobal nüfuzunun növbəti təsdiqi oldu.
Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə şəxsi liderliyin tanınması deyil, həm də Azərbaycanın Cənubi Qafqazda və Avrasiya məkanında sülh, sabitlik və əməkdaşlıq təşəbbüslərinin beynəlxalq səviyyədə tanınmasıdır. Bu mükafatın geosiyasi əhəmiyyəti böyükdür: o, regionda uzun illər davam etmiş münaqişə və gərginliyi arxada qoyaraq, dayanıqlı sülhün və etimada əsaslanan əməkdaşlıq modelinin yaradıldığını təsdiqləyir.
Cənab Prezident  çıxışında mükafatın adını daşıdığı Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyənin tarixi xidmətlərini xüsusi vurğulayaraq onun uzaqgörən liderliyinin BƏƏ-ni dünyanın ən inkişaf etmiş və firavan dövlətlərindən birinə çevirdiyini qeyd etdi. Bu yanaşma Azərbaycanın regionlararası əməkdaşlıqda liderlərin tarixi roluna verdiyi önəmin göstəricisidir. Dövlət başçısı Şeyx Məhəmməd bin Zayed Al Nəhyənin atasının siyasi kursunu uğurla davam etdirdiyini, BƏƏ-nin milli köklərə sadiq qalmaqla müasir və ahəngdar cəmiyyət modeli yaratdığını vurğuladı. Bu modelin sülh və inkişaf axtarışında olan ölkələr üçün nümunə xarakteri daşıdığı xüsusi qeyd edildi.
Cənubi Qafqaz həmişə fərqli güclərin toqquşduğu bir məkan olub.Bu bölgədə sabitlik və əməkdaşlıq yaratmaq sadəcə diplomatiya tələb etmir; müdriklik, uzaqgörənlik və cəsarət tələb edir. Prezident İlham Əliyev bütün mürəkkəb geosiyasi proseslərə baxmayaraq, regionu “sülh adası”na çevirmək və ölkələrarası qarşılıqlı etimadı bərpa etmək siyasətini uğurla həyata keçirdi.Mükafatın verilməsi, bir tərəfdən, bu çətin və riskli proseslərin nəticəsi, digər tərəfdən isə Azərbaycan diplomatiyasının qlobal səhnədə nüfuzunun rəmzidir.
Cənab prezident İlham Əliyevin çıxışın əsas siyasi ağırlıq mərkəzini Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş tarixi sülh təşkil etdi. Prezident cənab  İlham Əliyev dinlərarası dialoqun və sivilizasiyalararası yaxınlaşmanın təşviqində göstərilən səylərə görə Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyibə və Roma Papası Leoya təşəkkür edərək, bu dəstəyin regional sülh üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. O bildirdi ki, Azərbaycan 30 ildən artıq davam edən müharibə dövründən sonra artıq altı aydır sülh şəraitində yaşayır və bu, müstəqillik tarixində yeni bir mərhələdir. Xüsusi vurğulanan məqamlardan biri də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilmiş tarixi Zirvə Görüşü oldu. Cənab Prezident həmin görüşdən sonrakı altı ayı tərəfdaşlıq, əməkdaşlıq və dayanıqlı sülhə doğru real irəliləyiş dövrü kimi xarakterizə etdi. 2025-ci il avqustun 8-də baş tutmuş üçtərəfli Zirvə Görüşü nəticəsində sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması ilə üç onillik davam edən münaqişəyə son qoyulduğu xüsusi qeyd olundu. Postmünaqişə dövründə atılan praktiki addımlar isə sülhün real məzmunla doldurulduğunu nümayiş etdirir. Azərbaycan tərəfindən Ermənistanla yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, neft məhsullarının ixracına başlanması və ticarət əlaqələrinin genişləndirilməsi regionda etimadın bərpasına yönəlmiş strateji qərarlardır. Prezidentin ermənistanlı həmkarı ilə Əbu-Dabidə keçirilən görüşü gələcək əməkdaşlıq gündəliyinin formalaşdığını göstərir. Prezident cənab  İlham Əliyevin çıxışında səsləndirdiyi əsas mesaj aydın idi: uzunmüddətli münaqişələrə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Bunun üçün əsas şərt güclü siyasi iradə və beynəlxalq ictimaiyyətin konstruktiv dəstəyidir. Azərbaycanın təcrübəsi bu baxımdan hələ də müharibə şəraitində olan ölkələr üçün real yol xəritəsi kimi çıxış edə bilər.
Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi, sülh siyasətinin uğurla tətbiqi və Azərbaycanın beynəlxalq nüfuzunun artması deməkdir. Bu hadisə həm regionda, həm də qlobal miqyasda dayanıqlı əməkdaşlıq, sabitlik və təhlükəsizliyin mümkün olduğunu göstərir. Azərbaycan artıq yalnız Cənubi Qafqazda deyil, Avrasiya və dünyada sülh və əməkdaşlığın təşəbbüskarı kimi tanınır. Bu mükafat həm də mesajdır: müdrik və cəsarətli liderliyin nəticəsində sülh mümkündür.
Ramil Bayramov,
Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru

 





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19