Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"

Qax rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələri keçirilib

2026-01-22 20:37:05 24594 baxış
Xəbər şəkil

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Qax Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Qax rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.
Tədbirdə dövlət qurumları və özəl maliyyə təşkilatlarının nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri barədə fermer və sahibkarlarla geniş fikir mübadiləsi aparılıb.
Panel müzakirəsində açılış nitqi ilə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində aqrar sahənin dinamik inkişafı təmin olunub. O qeyd edib ki, kənd təsərrüfatı ölkədə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, bölgələrdə məşğulluğun artırılması və əhalinin rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır.
Elvin Paşayev vurğulayıb ki, ölkənin əlverişli təbii-iqlim şəraiti kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradır, dövlət dəstəyi isə bu prosesin sürətləndirilməsində əsas amillərdən biridir.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, panel müzakirələrinin keçirilməsində əsas məqsəd aqrar sahədə dövlət dəstəyi mexanizmləri barədə maarifləndirmə işlərini genişləndirmək və fermerləri mövcud dəstək proqramları ilə daha yaxından tanış etməkdir.
O bildirib ki, ilk dəfə olaraq müxtəlif dövlət qurumlarının nümayəndələrinin birgə iştirakı ilə maarifləndirmə tədbirlərinin təşkili vətəndaşların subsidiya, güzəştli kredit, sığorta, lizinq və digər dəstək mexanizmləri barədə dolğun məlumat əldə etməsinə imkan yaradır. Anar Cəfərov banklar, bank olmayan kredit təşkilatları, sığorta və lizinq şirkətlərinin panel müzakirələrdə fəal iştirakını müsbət dəyərləndirib.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov çıxış edərək kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi prosesinin əsas istiqamətləri barədə məlumat verib.
O, Aqrar Subsidiya Şurasının 2026-cı il üçün açıqladığı subsidiya əmsalları, kənd təsərrüfatı texnikası və damazlıq heyvanların satışı üzrə tətbiq olunan güzəştlər, subsidiyalaşdırılan avadanlıqların siyahısının genişləndirilməsi, həmçinin AKİA tərəfindən təqdim olunan kredit və mikrokredit mexanizmləri haqqında danışıb. Yalçın Camalov subsidiyaların verilməsi prosesinin tam elektronlaşdırılmasının şəffaflıq və hesabatlılığı artırdığını vurğulayıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, aqrar sahəyə dövlət dəstək mexanizmləri barədə davamlı məlumatlandırma fermer və sahibkarlar üçün bu imkanların daha əlçatan olmasına şərait yaradır.
O qeyd edib ki, həyata keçirilən müzakirə formatı bölgələrdə fermerlərin dövlət dəstəyi mexanizmləri barədə daha dolğun məlumat əldə etməsinə, eyni zamanda dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinə xidmət edir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, 2020-ci ildən sonra aqrar sahəyə dövlət dəstəyi mexanizmlərinin əhatə dairəsinə azad edilmiş ərazilər də daxil edilib.
O qeyd edib ki, öz yurdlarına köç etmiş vətəndaşlara əkin təyinatlı torpaqlar ayrılıb, torpaqlardan səmərəli istifadə üçün təlim və treninqlər təşkil olunub. Vüqar Hüseynov əlavə edib ki, dövlət dəstəyi yalnız subsidiya və güzəştli kreditlərlə məhdudlaşmır, hazırda azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələri də keçirilir.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsi üzrə ikinci investisiya müsabiqəsinə sənəd qəbulu fevralın 5-də başa çatır və sahibkarlar bu müddətədək tələb olunan sənədləri nazirliyə təqdim edə bilərlər.
Panel müzakirəsi iştirakçı dövlət qurumları və özəl təşkilatların təqdimatları ilə davam edib. Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Azərbaycan Biznesinin İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, eləcə də “Rabitəbank”, “Unibank”, “Aqrar Kredit” və “FINCA Azerbaijan” bank olmayan kredit təşkilatlarının nümayəndələri fermer və sahibkarların suallarını cavablandırıblar.
Qeyd edək ki, 2025-ci il ərzində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda İmişli, Ağdaş, Zəngilan, Quba, Samux, Şəmkir, Kürdəmir, Xaçmaz, Göygöl, Şamaxı, Qusar və Saatlı rayonlarında, eləcə də Naxçıvan və Xankəndi şəhərlərində ümumilikdə 14 panel müzakirə keçirilib.
2026-cı ildə ilk panel müzakirələri Oğuz və Qax rayonlarında təşkil olunub. Növbəti tədbirlərin Quba və Qusar rayonlarında keçirilməsi nəzərdə tutulur.
Panel müzakirələrinin təşkilində Real Analitik Təhlil Mərkəzi və Azərbaycan Biznes Mərkəzi Klubu da iştirak edib. Qax rayonunda keçirilən tədbir Real TV-nin “Fermerin Real Dostu” verilişində yayımlanacaq, Azərbaycan Biznes Mərkəzi Klubunun dəstəyi ilə panel müzakirələri barədə Araz FM radiosunda canlı yayımlar həyata keçiriləcək.

Oxşar xəbərlər

Xəbər lenti
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17