Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır

Prezident İlham Əliyevin Davosda “Euronews”a verdiyi müsahibə Azərbaycanın yeni dünya nizamında öz yerini dəqiq müəyyən etdiyini göstərir.

2026-01-21 20:59:22 2092 baxış
Xəbər şəkil

Ənənəvi Davos İqtisadi Forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər, verdiyi müsahibələr həm iqtisadi və həm də siyasi baxımdan mühüm əhəmiyyətə malikdir. Dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sisteminde oz layiqli yerini tutması üçün vacib şərtlərdən biridir.
Davos səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Euronews" televiziyasına müsahibə vermişdir. Dövlət başçısı cənab İlham Əliyev müsahibəsində beynəlxalq münasibətlər sistemində Azərbaycanın tutduğu mövqeyi, postmünaqişə dövründə ölkəmizin prioritetlərini və Cənubi Qafqazda formalaşan yeni reallıqları ardıcıl və prinsipial şəkildə təqdim edib:
Prezident İlham Əliyev milli maraqlarımızı beynəlxalq aktorlara açıq və qətiyyətli formada çatdıraraq Azərbaycanın sülhpərvər, lakin qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Prezident müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyini bir daha konkret olaraq ifadə etdi. Dövlətimizin başçısı qeyd etdi ki, “bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir”. Prezidentin açıqlamaları Azərbaycanın Ermənistanla münasibətlərində ciddi dönüş nöqtəsinin yaşandığını göstərir. Tarixən konflikt və gərginliklə səciyyələnən bölgə indi sülh və əməkdaşlıq imkanları ilə yeni mərhələyə qədəm qoyur. Bu fikirlər Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasında oynadığı aparıcı rolu aydın şəkildə ortaya qoyur. Tarixən münaqişə və gərginliklə müşayiət olunan Cənubi Qafqaz bu gün Azərbaycanın təşəbbüsləri və siyasi iradəsi sayəsində sülh, əməkdaşlıq və inkişaf imkanlarının formalaşdığı bir məkana çevrilməkdədir. Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi mesajlar bir daha təsdiqləyir ki, Azərbaycan postmünaqişə dövründə yalnız milli maraqlarına əsaslanan, beynəlxalq hüquqa söykənən və regionun gələcəyini hədəfləyən siyasət yürüdür. Davosdan verilən bu müsahibə ölkəmizin qlobal platformalarda artan siyasi çəkisinin, formalaşan yeni reallıqlarda söz sahibi olmasının bariz nümunəsidir”.
Prezidentin müsahibəsində əsas diqqətçəkən məqamlardan biri də Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana qarşı uzun illərdir sərgilədiyi ədalətsiz mövqe və açıq ikili standartlarla bağlıdır.
Dövlətimizin başçısı haqlı olaraq vurğuladı ki, “artıq uzun illərdir biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq”. Bu qərar təsadüfi xarakter daşımır. Çünki Azərbaycanla bağlı obyektivlikdən uzaq, əsassız və siyasi sifariş xarakteri daşıyan qətnamələr, birtərəfli və qərəzli yanaşmalar həmin qurumlarla münasibətlərə ciddi zərbə vurub. 
Bununla yanaşı, Prezident İlham Əliyev onu da diqqətə çatdırdı ki, Azərbaycan Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirir. Bu fakt bir daha sübut edir ki, rəsmi Bakı dialoqa açıqdır, lakin ədalətsizliyə, ikili standartlara və siyasi təzyiqlərə güzəştə getmək niyyətində deyil. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistanın özünün belə Azərbaycanla münasibətlərin normallaşdırılmasını və əlaqələrin qurulmasını müsbət qiymətləndirdiyi bir vaxtda Avropa Parlamentinin ölkəmizi heç vaxt etmədiyi addımlarda, o cümlədən “təcavüzkar mövqedə” ittiham etməsi açıq-aşkar absurddur. Bu cür yanaşma Avropa Parlamentinin özünü gülünc və dərin ziddiyyətli vəziyyətə salmasından başqa bir məna daşımır. Reallıq ondan ibarətdir ki, ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması regionda davamlı sülh və sabitliyə doğru atılmış mühüm addımdır. Bu fakt Azərbaycanın sülhə sadiqliyini, konstruktiv və məsuliyyətli mövqe nümayiş etdirdiyini bir daha təsdiqləyir. Belə bir şəraitdə Avropa Parlamentinin qərəzli mövqeyi nə regionda baş verən real proseslərlə, nə də beynəlxalq hüququn fundamental prinsipləri ilə uzlaşır.
            Prezident İlham Əliyevin Davosda “Euronews”a verdiyi müsahibə ümumilikdə Azərbaycanın yeni dünya nizamında öz yerini dəqiq müəyyən etdiyini göstərir. Gücə əsaslanan beynəlxalq münasibətlər sistemində, Azərbaycan gücü diplomatiya, hüquq və iqtisadi potensialla balanslaşdıran ölkələrdən biri kimi çıxış edir. Əminliklə demək olar ki, bu müsahibə həm region, həm də qlobal aktorlar üçün aydın mesaj oldu. Azərbaycan dəyişən dünyada sabitlik, əməkdaşlıq və milli maraqlara əsaslanan siyasətini dəyişmədən davam etdirəcək.

Sübhan Xəlilov ,
Salyan rayon Çuxanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru

Oxşar xəbərlər

Xəbər lenti
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17