Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Qanla yazılan azadlıq salnaməsi

2026-01-20 08:39:54 216 baxış
Xəbər şəkil

 

20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşına təkcə ağır bir itki günü kimi deyil, həm də insanlıq əleyhinə törədilmiş planlı və məqsədli cinayət kimi həkk olunub. 1990-cı ilin yanvar ayında sovet imperiyasının Azərbaycana qarşı həyata keçirdiyi bu qanlı əməliyyat heç bir hərbi zərurətlə izah oluna bilməzdi. Bu, xalqın milli iradəsini qırmaq, azadlıq istəyini zor gücü ilə boğmaq məqsədi daşıyan məkrli planın tərkib hissəsi idi.
Yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və respublikanın bir sıra bölgələrinə yeridilən sovet qoşunları dinc əhaliyə qarşı ağır hərbi texnika və müxtəlif növ silahlardan istifadə etdilər. Qadın, qoca, uşaq demədən, əliyalın vətəndaşlar tankların, zirehli maşınların və avtomat silahların hədəfinə çevrildi. İnsanlar küçələrdə, evlərinin qarşısında, nəqliyyat vasitələrində, hətta yaralılara kömək göstərmək istəyərkən belə gülləbaran edildilər. Bu, artıq asayişin bərpası deyil, açıq-aşkar kütləvi qırğın idi.
Hadisələrin gedişi göstərdi ki, bu vəhşilik əvvəlcədən planlaşdırılmışdı. Şəhərə daxil olan qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən, əhaliyə heç bir xəbərdarlıq olunmadan hərəkətə keçmişdi. Elektrik enerjisinin kəsilməsi, televiziya qülləsinin partladılması, informasiya blokadasının yaradılması bir məqsədə xidmət edirdi: törədilən cinayətin miqyasını gizlətmək və xalqı qorxu altında saxlamaq. Lakin bu məkrli niyyətlər ifşa olundu. Xalq başa düşdü ki, qarşısında artıq çökməkdə olan, son çarə kimi silaha əl atan bir imperiya dayanır.
20 Yanvar hadisələri sovet rejiminin əsl simasını bütün çılpaqlığı ilə üzə çıxardı. “Xalqlar dostluğu”, “bərabərlik” kimi şüarların arxasında gizlənən bu rejim dinc əhaliyə qarşı amansız güc tətbiq etməkdən çəkinmədi. Bu, təkcə Azərbaycan xalqına deyil, ümumilikdə insanlığa qarşı törədilmiş ağır cinayət idi. Məhz buna görə 20 Yanvar faciəsi tarixdə insanlıq əleyhinə öncədən planlaşdırılmış cinayət kimi qiymətləndirilir.
Faciədən dərhal sonra bu qanlı hadisələrə açıq və qətiyyətli mövqe bildirən yeganə siyasi lider Ümummilli Lider Heydər Əliyev oldu. O, Moskvada Azərbaycan nümayəndəliyində verdiyi bəyanatla sovet rəhbərliyinin törətdiyi bu cinayəti kəskin şəkildə pislədi və Azərbaycan xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. Bu addım böyük cəsarət tələb edirdi və Ulu Öndərin xalq qarşısında tarixi xidmətlərindən biri kimi qiymətləndirilir.
Lakin 20 Yanvar faciəsinə tam və obyektiv siyasi-hüquqi qiymətin verilməsi məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün oldu. 1994-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xüsusi sessiyasında 20 Yanvar hadisələrinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi. Bu qərarla sovet ordusunun Bakıda törətdiyi qırğın rəsmi şəkildə Azərbaycan xalqına qarşı cinayət kimi tanındı, şəhidlərin xatirəsi uca tutuldu.
Ulu Öndər Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Şəhidlər xiyabanının qorunması, abadlaşdırılması, şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilməsi, 20 Yanvarın hər il ümumxalq hüzn günü kimi qeyd olunması bu siyasətin əsas tərkib hissəsi oldu. Bu yanaşma xalqın tarixi yaddaşının qorunmasına, milli birliyin möhkəmlənməsinə xidmət edirdi.
Bu gün həmin siyasi xətt Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında 20 Yanvar şəhidlərinin xatirəsinə göstərilən ehtiram daha da gücləndirilib, şəhid ailələrinin sosial müdafiəsi dövlət siyasətinin mühüm istiqamətinə çevrilib. Dövlət başçısının hər il 20 Yanvar günündə Şəhidlər xiyabanını ziyarət etməsi bu faciəyə və onun qəhrəmanlarına olan yüksək ehtiramın bariz nümunəsidir.
Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması 20 Yanvar şəhidlərinin ideallarının gerçəkləşməsi kimi qiymətləndirilir. 1990-cı ilin qanlı gecəsində azadlıq uğrunda canından keçən insanların ən böyük arzusu müstəqil, güclü və qalib Azərbaycan idi. Bu gün həmin Azərbaycan reallıqdır.
Bir sözlə, 20 Yanvar faciəsi həm böyük hüzn, həm də milli oyanış günüdür. Bu tarix Azərbaycan xalqının sarsılmaz iradəsini, azadlıq əzmini və dövlətçilik ruhunu simvolizə edir. Şəhidlərin qanı ilə yazılan bu tarix müasir Azərbaycanın möhkəm təməli, gələcək nəsillər üçün isə unudulmaz dərsdir.

Mailə Hacıyeva, 
Salyan şəhər 6 saylı uşaq bağçasının müdiri, YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19