Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"

20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir

2026-01-20 08:23:25 325 baxış
Xəbər şəkil

Hər bir xalqın milli birliyinin, siyasi özünüdərkinin səviyyəsi məhz onun ən çətin anlarda, tarixi sınaq günlərində baş verən hadisələrə və çağırışlara ümumxalq reaksiyasında özünü göstərir. 36 il əvvəl Azərbaycanın üzləşdiyi belə bir seçim məqamında xalqımızın mübarizlik əzminin kükrəyişi, əsarətə boyun əyməyən iradəsi tariximizə şanlı bir səhifə kimi yazıldı – milli azadlıq və torpaqlarımızın bütövlüyü uğrunda  ümumxalq hərəkatının 20 Yanvar səhifəsi.20 Yanvar nəinki Azərbaycan, ümumiyyətlə, bəşər tarixinə qara hərflərlə yazılan ən faciəvi hadisələrdən biridir. Azərbaycan xalqının milli azadlıq və müstəqillik əzmini qırmaq üçün sovet rejimi tərəfindən törədilən bu qanlı hadisə insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi dünya tarixində yerini aldı. Yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsi cinayətkar sovet rejiminin əsl mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 
1990-cı il Yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Bu hadisə, əslində, Azərbaycanda milli kimliyin formalaşmasına təsir etdi, dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində əhəmiyyətli hadisə oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi.
Bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən isə ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, cəsarətli bəyanat verdi. Bu, ulu öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsi idi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 1994-cü il mart ayının 29-da isə parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi məhz ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Ümummilli Lider bütün təhdidlərə baxmayaraq, Vətənin mənafeyini hər şeydən üstün tutaraq bu qanlı hadisəni törədən şəxsləri elə Moskvanın mərkəzində kəskin şəkildə tənqid etdi. Bununla da SSRİ rəhbərliyinin hər vəchlə gizlətməyə çalışdığı hadisə ictimailəşərək dünyanın gündəm maddəsinə çevrildi.
Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, o cümlədən 1998-ci il 31 mart tarixli fərmanla “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, 1998-ci il 5 avqust tarixli sərəncama əsasən Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması gələcək nəsillərin yaddaşında arxivləşən mühüm tarixi sənədlərdir.
Sonrakı illərdə şəhid ailələrinə göstərilən diqqət və qayğı, bu ənənənin ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi, paytaxtın rəsmi qonaqlarının, dövlət və hökumət başçılarının, məşhur insanların əlamətdar günlərdə və ölkəmizə səfər proqramlarında mütləq şəkildə Şəhidlər xiyabanını ziyarət etməsi faktı Vətən qurbanlarının xatirəsinə rəsmi ehtiramın dövlət səviyyəsində təcəssümüdür.
Artıq 20 Yanvar faciəsindən 36 il ötür. Ötən müddət ərzində torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda apardığımız milli mücadilədə çoxlu sayda şəhid verdik. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, heç bir şəhidimizin qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu yağı düşməni torpaqlarımızdan qovdu. Düşmənlərimizdən fərqli olaraq biz öz qisasımızı döyüş meydanında aldıq. 20 Yanvarda əsası qoyulan milli davamızı şanlı Zəfərlə yekunlaşdırdıq. 44 gün davam edən Vətən müharibəsində düşməni diz çökdürdük. Təkcə Ermənistan yox, ona havadarlıq edən beynəlxalq qüvvələr də Azərbaycan xalqının milli həmrəyliyi qarşısında aciz qaldı. Prezident İlham Əliyev xalqdan aldığı gücə arxalanaraq milli maraqlarımızı qətiyyət və əzmlə müdafiə etdi. Güclü və müstəqil Azərbaycan hər bir vətəndaşımızın təhlükəsizliyinin və rifahının əsas təminatçısıdır. Bu mənada, “Güclü dövlət” konsepsiyasını böyük ustalıqla reallaşdıran Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləmək, onun ətrafında sıx birləşmək bizi gələcək təhdidlərdən qoruyan əsas amildir.

Təbriz İsmayılov,
Salyan rayonu Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndə

Oxşar xəbərlər

Xəbər lenti
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17