Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

"Kommunikasiyaların açılması prosesi gecikdirilə və ya siyasiləşdirilə bilməz" - Deputat

2026-01-08 12:01:30 402 baxış
Xəbər şəkil

 

"İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər Azərbaycanın regionda həyata keçirdiyi nəqliyyat və kommunikasiya strategiyasının mahiyyətini bir daha aydın şəkildə ortaya qoyur. Xüsusilə Naxçıvanı Türkiyə ilə birləşdirə biləcək dəmir yolu xəttinin mütləq şəkildə reallaşdırılmalı olduğunu vurğulaması və bütün bu layihələrin koordinasiyalı şəkildə aparılmasının vacibliyini qeyd etməsi təsadüfi deyil. Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın öz ərazisində heç bir problemin qalmadığı dövlətimizin bu məsələdə prinsipial və ardıcıl mövqeyinin göstəricisidir. Eyni zamanda, İran ərazisi üzərindən alternativ yolun formalaşdırılması Azərbaycanın regional proseslərə çoxşaxəli və çevik baxışla yanaşdığını nümayiş etdirir. Yanaşma göstərir ki, Azərbaycan nəqliyyat-kommunikasiya məsələlərində heç bir ölkədən asılı olmaq niyyətində deyil və öz milli maraqlarını təmin edəcək paralel imkanlar yaradır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirdi.

Onun sözlərinə görə, İran ərazisindən yeni yolun inşası ilk növbədə Tehranın mühafizəkar elitasının irəli sürdüyü əsassız ritorikaya qarşı ən etibarlı cavabdır:

"Yəni bizim məqsədimiz qlobal geoiqtisadi bölgüdə regionun perspektivlərindən maksimum yararlanmaqdır. Burada əlavə siyasi motivlər axtarmaq sadəcə olaraq gərəksiz bir yanaşmadır. Ağbənd qəsəbəsində Araz çayı üzərindən körpünün inşa edilməsi və İran üzərindən Naxçıvana 45–50 kilometrlik yeni marşrutun formalaşması mühüm siyasi mesaj daşıyır. Yəni Azərbaycan regional əməkdaşlığa açıqdır, lakin bu əməkdaşlıq birtərəfli olmamalıdır. Zəngəzur dəhlizi ilə paralel olaraq İran üzərindən yolun mövcudluğu həm Ermənistan tərəfinə, həm də regiondakı digər aktorlara açıq şəkildə göstərir ki, kommunikasiyaların açılması prosesi gecikdirilə və ya siyasiləşdirilə bilməz".

Millət vəkili qeyd etdi ki, layihə eyni zamanda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dayanıqlı və təhlükəsiz bağlantıların yaradılmasına xidmət edir:

"Dövlət başçımızın vurğuladığı kimi, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağın vahid bir nəqliyyat və iqtisadi məkan kimi birləşdirilməsi ölkə daxilində inteqrasiyanın güclənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu, postmünaqişə dövründə regionun sosial-iqtisadi dirçəlişinə və uzunmüddətli sabitliyə xidmət edən strateji baxışdır.
Azərbaycanın bu istiqamətdə atdığı addımlar onu tədricən regionun əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevirir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz üçün Zəngəzur dəhlizi və İran üzərindən alternativ yol bu üstünlüyü daha da möhkəmləndirir. Bu layihələr Azərbaycanın siyasi çəkisini, iqtisadi və strateji əhəmiyyətini artırır".

Müsahibimizin fikrincə, Zəngəzur dəhlizi ilə paralel olaraq İran üzərindən alternativ yolun formalaşdırılması İlham Əliyevin idarəçilik fəlsəfəsinin, praqmatik, çoxvariantlı və milli maraqlara əsaslanan siyasət modelinin bariz nümunəsidir və bu yanaşma Azərbaycanın regionda təşəbbüskar, etibarlı və müstəqil aktor kimi mövqeyini daha da gücləndirərək ölkəmizin gələcək inkişafı üçün möhkəm strateji zəmin yaradır.





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19