Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası

İlham Əliyevin düzgün müəyyənləşdirdiyi xarici siyasət sayəsində Amerika-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoymuşdur.

2026-01-07 10:41:12 8747 baxış
Xəbər şəkil

 

Prezident İlham Əliyevin 05 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər ölkə ictimaiyyəti ilə yanaşı, beynəlxalq aləmdə də böyük rezonans yaradıb. Dövlətimizin başçısının ötən il baş verən əsas hadisələr, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyulması, Qəzzaya sülhməramlı qüvvələrin göndərilməyəcəyi, Zəngəzur dəhlizinin işə salınması, artıq sülh şəraitində yaşamağımız və digər qlobal məsələlər barəsində fikirləri böyük maraqla qarşılanmışdır. Prezident qeyd etdi ki, həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Təbii ki, bu da müstəqillik tariximizdə yadda qalan hadisələrdən biridir. Cəmiyyətdə mövcud olan xoş əhval-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər irəliyə uğurla addımlamağa və ölkə qarşısında duran bütün vəzifələri həll etməyə imkan yaradacaq.

Ötən ilin yadda qalan prioritet məsələlərindən birinin də Azərbaycan-Amerika münasibətlərində irəliyə doğru atılan qətiyyətli addımın olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ABŞ-Azərbaycan əlaqələrinin üzərində qara bulud kimi mənfur 907-ci düzəliş fırlanırdı. Həmin dövrdə, elə indi də dünyada baş alıb gedən ikili standartlar, ikiüzlü siyasət yenicə müstəqilliyini bərpa etmiş ölkəmizdən də yan keçməmişdir. O vaxt ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki səriştəsizliyi səbəbindən Azərbaycan beynəlxalq aləmdə əlaqələr qura bilməmiş, dünyanın inkişaf etmiş dövlətləri, o cümlədən ABŞ kimi dünya miqyasında qüdrətli dövlətlə lazımi səviyyədə münasibətlər yaratmamışdı. Artıq bütün bunların hamısı arxada qalmış və Azərbaycan dövlətinin, onun lideri İlham Əliyevin düzgün müəyyənləşdirdiyi xarici siyasət sayəsində Amerika-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoymuşdur.

Amerikada Prezident Tramp administrasiyası çox praqmatik, peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu yaxşı bilən üzvlərdən ibarətdir, əlbəttə ki, Prezident başda olmaq şərti ilə: “Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq həm Amerika Birləşmiş Ştatları, həm də bizim üçün faydalıdır. Ona görə bu nöqteyi-nəzərdən, keçən il də dönüş ili sayıla bilər. Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Halbuki, hələ Konqres bunu rəsmən aradan qaldırmalıdır. Amma, xüsusilə, mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki, rəmzi məna daşıyır. Bununla yanaşı, Amerika ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması sənədi də imzalanmışdır”.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində geniş təhlil etdiyi və Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sistemində rolunu gücləndirəcək nailiyyətlərdən biri də Zəngəzur dəhlizinin reallaşması ilə bağlı fikirləridir. Bu layihənin də möhürü də məhz ötən il avqustun 8-də Vaşinqtonda vuruldu. Dəhlizin yaxın bir neçə ildə istifadəyə verilməsi dövlət başçısının "Azərbaycandan-Azərbaycana maneəsiz keçid olmalıdır" ideyasının praktiki təsdiqini təcəssüm etdirməklə yanaşı, həm də beynəlxalq ticarətin güclənməsinə təkan verəcək. Orta dəhlizin əsas seqmentinə çevriləcək layihə Azərbaycan-Çin, Azərbaycan-ABŞ, Azərbaycan-Türk dünyası ölkələri arasındakı münasibətlərə yeni məzmun və dəyər qazandıracaq. Regionda yeni ticarət arxitekturası inşa olunacaq ki, bundan bütün iştirakçı tərəflər faydalanacaq. Zəngəzur dəhlizi ölkəmizin həm regional və qlobal müstəvidə siyasi, iqtisadi aktor kimi nüfuzunu yüksəldəcək, həm də bölgəyə yeni investisiya axınını gücləndirməklə iqtisadiyyatımızın neftdən asılılığının tamamilə aradan qaldırılmasına imkan verəcək.

Azərbaycan Prezidentinin AXC-Müsavat cütlüyünün ölkəyə rəhbərliyi dövründə respublikamızın məhvə doğru getdiyi barədə fikirlərini də xatırladıb. Qeyd edilib ki, AXC-Müsavat hakimiyyəti, ümumiyyətlə, peşəkarlardan ibarət deyildi, əksinə, çox təsadüfi insanlar hakimiyyəti zəbt etmişdilər və faktiki olaraq Azərbaycanı məhvə doğru aparırdılar. Məhz onların hakimiyyətdən gedişindən sonra Azərbaycan tədricən inkişaf yoluna qədəm qoydu. Bu gün bu inkişaf artıq dünya birliyində də etiraf olunur. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, bu gün Azərbaycan dünyanın sayılıb-seçilən dövlətləri ilə bir sıradadır. Böyük əhəmiyyət daşıyan hadisələrdən biri də Çinlə olan strateji tərəfdaşlığımızdır. Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər. Xarici siyasətlə bağlı digər önəmli nailiyyət ölkəmizin Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsidir. Bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır.

Prezidentin Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma, tikinti-bərpa işləri barədə məlumat verdiyini, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının dayandığı fikrinə diqqəti cəlb edib: “Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. Çünki mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlü, həm də ki, investisiyayönümlüdür. Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilmişdir”.

  Prezident İlham Əliyevin siyasətinin mərkəzində insan amili və sosial ədalət prinsipi dayanır. Yanvarın 5-də  yerli televiziya kanallarına müsahibəsində də bir daha bunun şahidi olmaq mümkündür. Ölkə başçısının həyata keçirdiyi düşünülmüş, uzaqgörən siyasət Azərbaycan dövlətinin gücləndirilməsinə və xalqımızın sülh, firavanlıq, əmin-amanlıq şəraitində yaşamasına xidmət edir.

 

Səidə Əliyeva,

  Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru





Oxşar xəbərlər


Xəbər lenti
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18