Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkəmizin yeni dövrdəki strateji hədəflərini müəyyən edir

2026-01-07 10:33:31 2008 baxış
Xəbər şəkil

 

Azərbaycan Prezidenti İlham Əliyev  05 yanvar 2026-ci il tarixində yerli televiziya kanallarına geniş müsahibə vermişdir. Ənənəvi hal almış bu illik müsahibə zamanı dövlət başçısı 2025-ci ilin yekunlarına dair fikirlərini bölüşüb, həmçinin qarşıdakı dövr üçün prioritetləri dəyərləndirib.Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkəmizin yeni dövrdəki strateji hədəflərini müəyyən edən fundamental bir siyasi proqram xarakteri daşıyır. 
Prezident İlham Əliyevin liderlik fəlsəfəsinin mərkəzində dayanan güclü dövlət konsepti müsahibədə özünün ən kamil ifadəsini tapdı. Dövlətimizin başçısının iqtisadi suverenliklə bağlı gətirdiyi arqumentlər Azərbaycanın maliyyə müstəqilliyinin hər hansı kənar təzyiq vasitəsini sıfra endirdiyini bir daha sübut etdi. O, xüsusilə beynəlxalq maliyyə reytinqlərindəki yüksəlişi və qızıl ehtiyatlarının artırılmasını strateji bir zireh kimi xarakterizə etdi. Müsahibənin ən mühüm məqamlarından biri ABŞ-dakı yeni administrasiya və qlobal güc mərkəzləri ilə münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq müstəvisinə keçididir. Prezident İlham Əliyev nümayiş etdirdi ki, Azərbaycan artıq qlobal geosiyasətdə, sadəcə, iştirakçı deyil, həm də gündəliyi formalaşdıran əsas oyunçulardan biridir.
Ordu quruculuğu məsələsində səsləndirilən fikirlər dövlətimizin hərbi qüdrətinin kəmiyyət və keyfiyyət baxımından çatdığı zirvəni göstərir. Komando birliklərinin sayının sürətlə artırılması və yerli müdafiə sənayesinin ixrac potensialının yüksəlməsi regionda sülhün ən böyük təminatçısının məhz Azərbaycan Ordusu olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin "Biz hər şeyə hazırıq" mesajı revanşist qüvvələrə və onların xaricdəki havadarlarına verilmiş ən ciddi xəbərdarlıq idi. İşğaldan azad edilmiş ərazilərdəki bərpa prosesini Böyük Qayıdışın növbəti mərhələsi kimi təqdim edən dövlətimizin başçısı Qarabağın dünyanın ən modern bölgələrindən birinə çevriləcəyinə dair güclü iradənin olduğunu nümayiş etdirib.
“Zəngəzur dəhlizinin açılması və Orta Dəhlizin strateji əhəmiyyəti barədə verilən analitik şərhlər Azərbaycanın qlobal logistik qovşaq statusunu möhkəmləndirir. Prezident İlham Əliyev vurğuladı ki, bizim iştirakımız olmadan regionda heç bir strateji layihə reallaşa bilməz. Müsahibədə sosial ədalət prinsiplərinə və vətəndaş rifahına ayrılan xüsusi yer xalq-iqtidar birliyinin nə qədər səmimi təməllər üzərində qurulduğunun bariz nümunəsidir. Milli-mənəvi dəyərlərin, xüsusilə Azərbaycan dilinin saflığının qorunması ilə bağlı çağırışlar liderin öz xalqının tarixinə və kimliyinə olan dərin bağlılığının təzahürüdür.
Dövlətimizin başçısının qlobal iqlim dəyişikliyi və COP29 sonrası Azərbaycanın yaşıl enerji strategiyası haqqındakı vizyonu ölkəmizin gələcək texnologiyalar dövrünə tam hazır olduğunu göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan neft amilindən asılılığı minimuma endirərək intellektual resurslara əsaslanan yeni iqtisadi modelə uğurla keçid edir.
Azərbaycanın son 5 ildə həm hərbi, həm də siyasi meydanda qazandığı nailiyyətlərin arxasında siyasi iradə və iqtisadi müstəqillik dayanır. Respublikamızın bu gün xarici borcu tarixdə ən aşağı səviyyədədir, hesablamalardan asılı olaraq ÜDM-in 6,3-6,4 faizini təşkil edir. Azərbaycan valyuta ehtiyatları xarici borcunu 16 və ya 17 dəfə üstələyən nadir ölkələrdəndir. Bütün bu göstəricilər və Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində yer alan fikirlər belə deməyə əsas verir ki, ölkəmiz qarşıya qoyduğu hədəflərə qısa zamanda və qəti şəkildə çatacaq.
Prezident dünyadakı və ölkədəki uğurlardan bəhs edərkən məhz ədalətin bərpası ilə bağlı faktlara toxundu, problemlərdən danışarkən yenə də ədalətsizlikləri misal gətirdi. Mübaliğəyə varmadan deyək ki, “Qoy ədalət zəfər çalsın!” kredosu ilə 57 il öncə başlayan Heydər Əliyev missiyası bu gün İlham Əliyevin Azərbaycanda, Qafqazda yaratdığı, dünyada isə yaradılmasına böyük töhfələr verdiyi ədalət missiyası ilə davam edir.
Müsahibənin hər bir cümləsi dövlət sükanının etibarlı, müdrik və qətiyyətli bir əldə olduğunun təsdiqidir. Prezident İlham Əliyevin simasında dünya siyasi elitası xaos erasında öz ölkəsini zəfərdən-zəfərə aparan dahi bir strateqin portretini görür. 2026-cı ilin ilk günlərində səslənən bu fikirlər Azərbaycanın "Qızıl” dövrünün davamlılığını və liderlik ambisiyalarının miqyasını bir daha hər kəsə göstərdi. Bu müsahibə modern Azərbaycanın dövlətçilik tarixinin ən parlaq və ən mühüm sənədlərindən biri kimi yaddaşlara həkk olundu.

Elnur Tağıyev 
Salyan regional “ASAN xidmət” mərkəzinin Mühasibatlıq və təminat sektorunun  baş mütəxəssisi





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19