Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Paşinyanın təşəkkürü təkcə bir bəyanat deyil, regionda yeni siyasi reallığın göstəricisidir.

2025-12-25 23:56:07 332 baxış
Xəbər şəkil

 

Sankt-Peterburqda keçirilən görüş çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə tranzit yollarının açılması və ikitərəfli ticarətin başlanması üçün yaradılan şəraitə görə təşəkkür etməsi regionda gedən siyasi proseslərin mahiyyətini aydın şəkildə ortaya qoyan mühüm mesaj kimi dəyərləndirilməlidir. Bu təşəkkür təsadüfi diplomatik jest deyil, məhz Prezident İlham Əliyevin illərdir ardıcıl və məqsədyönlü şəkildə apardığı siyasətin məntiqi nəticəsidir.
Uzun müddət Cənubi Qafqazda qarşıdurma və blokada siyasəti aparan Ermənistan bu yanaşmanın nə siyasi, nə də iqtisadi baxımdan nəticə vermədiyini artıq etiraf etmək məcburiyyətində qalıb. Tranzit və kommunikasiya xətlərinin açılması ideyasını konseptual səviyyədən real gündəliyə daşıyan Azərbaycan bu prosesdə sülhün əsas dayağını formalaşdırıb. Məhz bu səbəbdən Paşinyanın təşəkkürü aparılan siyasətin nəticəsi olaraq qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin əsas mahiyyəti sülhü kağız üzərində deyil, praktik mexanizmlər üzərində qurmaqdan ibarətdir. Tranzit yollarının açılması regionda qarşılıqlı iqtisadi maraqlar yaradır, bu isə sülh prosesini geri dönməz edir. Siyasi razılaşmalar iqtisadi asılılıqla möhkəmləndikdə, qarşıdurma ehtimalları da minimuma enir.
Paşinyanın məhz Sankt-Peterburqdan bu mövqedən çıxış etməsi Ermənistanın regional reallıqları qəbul etdiyini göstərir. Tranzit imkanlarının açılması Ermənistan üçün təkcə logistik və iqtisadi dividentlər deyil, həm də siyasi kursun dəyişməsi anlamına gəlir. Bu dəyişiklik revanşist ritorikanın zəifləməsi və daha praqmatik yanaşmanın önə çıxması deməkdir.
Azərbaycan üçün isə bu proses strateji üstünlüklər yaradır. Rəsmi Bakı regionda sülh gündəmini diktə edən tərəf kimi çıxış edir və öz təşəbbüsləri ilə yeni əməkdaşlıq modelini formalaşdırır. Tranzit yollarının açılması Azərbaycanın regional liderliyini möhkəmləndirməklə yanaşı, onun beynəlxalq arenada etibarlı və konstruktiv tərəfdaş imicini də gücləndirir.
Eyni zamanda, nəqliyyat və kommunikasiya xətlərinin bərpası Cənubi Qafqazı Şərq–Qərb və Şimal–Cənub istiqamətində mühüm strateji məkana çevirir. Bu isə sülh prosesində maraqlı olan beynəlxalq aktorların sayını artırır və sülh planlarının pozulmasını həm siyasi, həm də iqtisadi baxımdan daha riskli edir.
Beləliklə, Paşinyanın təşəkkürü təkcə bir bəyanat deyil, regionda yeni siyasi reallığın göstəricisidir. Bu reallığın mərkəzində isə Prezident İlham Əliyevin strateji səbrə, rasional yanaşmaya və konkret iqtisadi alətlərə əsaslanan siyasəti dayanır. Məhz bu siyasət nəticəsində sülh gündəliyi deklarativ mərhələdən icra müstəvisinə keçmişdir.

Milli məclisin deputatı Ülviyyə Həmzəyeva 





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19