Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Rəhbərliyi ilə Zəfər Salnaməsi

2025-12-23 22:02:15 330 baxış
Xəbər şəkil

 

“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik.”
Prezident İlham Əliyev, 27 sentyabr 2021

Ümummilli Lider Heydər Əliyevin xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımıza Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib. 2003-cü ildən etibarən ordu quruculuğu dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuş, planlı və ardıcıl işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına çıxarmışdır.

Son illərdə Silahlı Qüvvələrin maddi-texniki təchizatı yenilənmiş, müasir infrastruktur yaradılmış, hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatı yaxşılaşdırılmış, müdafiə sənayesi inkişaf etdirilmişdir. Azərbaycan zavodlarında müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları və atıcı silahlar istehsal olunur, bu da ordumuzu əhəmiyyətli dərəcədə təchiz etməyə imkan verir.

Azərbaycanın hərbi sənaye kompleksi ölkənin hərbi qüdrətini artırmış, mindən çox hərbi təyinatlı məhsul istehsal edilmiş və beynəlxalq sərgilərdə nümayiş olunmuşdur. Silah və texnika satın alınması, həmçinin bir sıra ölkələrlə hərbi əməkdaşlıq müqavilələri milli ordunun döyüş qabiliyyətini daha da möhkəmləndirmişdir.

Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə qazanaraq tarixi nailiyyət əldə etdi. 2020-ci ilin 27 sentyabrında başlayan müharibə nəticəsində 300-dən çox şəhər və kənd işğaldan azad edildi, düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu və ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Qələbə diplomatiyası da müharibənin əhəmiyyətli tərəfini təşkil etdi. Prezident İlham Əliyev müharibə dövründə 30-dan çox beynəlxalq media qurumuna müsahibə verərək Azərbaycanın haqq işini dünya ictimaiyyətinə çatdırdı. Bu müsahibələr informasiya mübarizəsində yeni üslub və strategiya nümunəsi oldu, Azərbaycanın mövqeyini gücləndirdi.

Vətən müharibəsində qazandığımız Zəfərin əbədiləşdirilməsi üçün xüsusi tədbirlər həyata keçirilib. Azərbaycan Bayrağı Xankəndidə qaldırılıb, “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də 15 yeni medal təsis olunub. Qəhrəman hərbi qulluqçularımız və mülki iştirakçılar müxtəlif orden və medallarla təltif olunmuş, onların xidmətləri yüksək qiymətləndirilmişdir.

Zəfər Günü 3 dekabr 2020-ci il tarixli sərəncamla təsis edilib və hər il noyabrın 8-də təntənəli şəkildə qeyd olunur. Həmçinin, Vətən Müharibəsi Memorial Kompleksi, Zəfər muzeyi, Hərbi Qənimətlər Parkı və Zəfər Parkı yaradılaraq xalqımızın qəhrəmanlığının və tarixi zəfərin əbədiləşdirilməsi təmin edilmişdir.

Qələbəmizin şərəfinə keçirilən hərbi paradlar da strateji və rəmzi əhəmiyyət daşıyır. 2020-ci ildə keçirilən Zəfər paradında Azərbaycan və türk hərbçiləri iştirak etmiş, 2025-ci ildə isə Türk və Pakistan hərbçilərinin nümunəvi keçidi ilə Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığının möhkəm təməlləri nümayiş etdirilmişdir.

Azərbaycan xalqı və Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi Zəfəri qazandı, ərazi bütövlüyünü bərpa etdi və milli qüruru yüksəltdi. Bu salnamə, xalqımızın əzmkarlığının və ordumuzun gücünün əbədiləşmiş sübutudur.





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19