Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Prezident İlham Əliyevin xalqa söykənən dövlətçilik fəlsəfəsi 

2025-12-23 21:13:18 144 baxış
Xəbər şəkil

 

Azərbaycan bu gün dünyanın siyasi xəritəsində yalnız coğrafi mövqe ilə deyil, həm də liderlik iradəsi ilə seçilən bir dövlətdir. Bu iradənin sahibi, bu yeni dövrün müəllifi isə cənab Prezident İlham Əliyevdir. Onun fəaliyyətinə nəzər salanda, son 20 ildə Azərbaycanın keçdiyi yolun heç də sadəcə inkişaf tarixi olmadığını görürük. Bu, dirçəlişin, azadlığın, ləyaqətin və qürurun tarixidir. Bu gün Azərbaycan nəinki öz gücünə güvənən bir dövlətdir – Azərbaycan öz gücünü yaradan dövlətdir. Bu gücün əsas sütunu isə İlham Əliyevin sistemli, ardıcıl, qətiyyətli dövlətçilik xəttidir. 
2024-cü il seçkiləri Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi oldu. Xankəndidə verilən səs, o bülletenin qutuya düşməsi, prezidentin özünün dediyi kimi, “separatizmin tabutuna vurulan son mismar” idi. Bu tarixi an yalnız bir seçkinin yox, bütöv bir dövrün rəmzidir. Azərbaycan xalqı 92,12% səslə Prezidentinə tarixi etimad göstərdi. Bu rəqəm seçki statistikasından çox, böyük bir məfkurənin, cənab Prezident İlham Əliyev məfkurəsinin.təsdiqidir. Cənab Prezident İlham Əliyev təsadüfən lider olmayıb. O, MGİMO kimi qlobal diplomatiyanın mərkəzində formalaşan düşüncə sahibidir. Onun intellektuallığı, analitik təfəkkürü, elmi hazırlığı və dünya proseslərinə bələdliyi müasir Azərbaycan siyasətinin əsas memarına çevrildi. O, hər addımında göstərdi ki, liderlik yalnız idarə etmək deyil — liderlik gələcəyi görməkdir. Bu gün regionda baş verən bütün geosiyasi dəyişikliklərdə cənab Prezident İlham Əliyevin uzaqgörən qərarlarının izləri var. Ulu öndər Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” sözləri bu gün tam təsdiqini tapıb. Cənab Prezident İlham Əliyevin post-2003 siyasi kursu yalnız varislik deyil, həm də yenilik idi. Bu siyasət milli dövlətçilik modelinin tamamlanmasına və Azərbaycanın XXI əsr strateji vizyonunun formalaşmasına səbəb oldu. Cənab Prezident İlham Əliyev Azərbaycanda siyasi münasibətlərin tonunu dəyişdi. Qarşıdurmadan dialoqa, gərginlikdən əməkdaşlığa, parçalanmadan həmrəyliyə keçid təmin olundu. Siyasi partiyaların birgə bəyanatları, kütləvi dəstək aksiyaları, milli birliyin güclənməsi bu liderliyin nəticəsidir. Bu gün Azərbaycan siyasətində bir həqiqət var:
Cənab Prezident İlham Əliyevin kursu həm xalqın istəyi, həm də dövlətin mənafeləri ilə üst-üstə düşən vahid yoldur. 

Azərbaycan bu gün hər kəsin hesablaşdığı dövlətdir. Onun sözünə dəyər verilir, mövqeyinə hörmət edilir, qərarlarına ehtiyac duyulur. Bu diplomatik uğurların mərkəzində cənab Prezident İlham Əliyevin prinsipial və balanslı siyasəti dayanır. Qoşulmama Hərəkatına sədrlik, Türk Dövlətləri Təşkilatında lider mövqe, Avropa İttifaqı ilə yüksək səviyyəli əməkdaşlıq, BMT-də nüfuz, Enerji təhlükəsizliyində qlobal güc statusu təsadüf deyil. Bunlar bir liderin düzgün hesablanmış addımlarının nəticəsidir. Azərbaycanın ən mühüm nailiyyətlərindən biri məhz ABŞ-ın vasitəçiliyi ilə imzalanmış sülh sənədidir. Bu sənəd Cənubi Qafqaza tamamilə yeni reallıq gətirdi. Bu sülh Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıması, sərhədlərin müəyyənləşdirilməsi prosesinin başlaması, iqtisadi və logistika əlaqələrinin qurulması, regionun hərbi risklərdən uzaqlaşması kimi tarixi nəticələr doğurdu. Bu, diplomatiyanın ən böyük qələbələrindən biridir və onun müəllifi məhz cənab Prezident İlham Əliyevdir. Bu il Azərbaycan Zəfərimizin 5 illiyini qeyd edir. Bu beş il ərzində ölkə təkcə hərbi qələbə qazanmamışdı — o özünü yenidən qurdu. Qarabağda genişmiqyaslı bərpa və yenidənqurma, “Ağıllı şəhər” və “yaşıl enerji” konseptləri, Laçın və Zəngilan hava limanlarının açılması, Minlərlə ailənin doğma yurdlarına qayıtması, Ermənistan ordusunun tam təslim vəziyyətə gətirilməsi, Azərbaycanın suverenliyinin tam bərqərar olması Zəfərin yalnız başlanğıc olduğunu sübut edir. Azərbaycanın gücü bu gün əvvəlkindən daha böyükdür. Bu gün Azərbaycanın hər sahədə yüksəlişi — iqtisadiyyatın genişlənməsi, sosial siyasətin güclənməsi, ordu quruculuğu, enerji diplomatiyası, beynəlxalq nüfuz — hamısı bir-birinə bağlı vahid konsepsiyanın tərkib hissələridir. Bu konsepsiya isə cənab Prezident İlham Əliyevin dövlətçilik fəlsəfəsidir. Bu fəlsəfə üç əsas prinsip üzərində qurulub. Ədalət, qətiyyət və müstəqillik üzərində. Bu üç prinsip Azərbaycanın bu gün regionun ən güclü dövlətinə çevrilməsini təmin edib.

 Azərbaycanın bu günkü inkişafı, qələbəsi, nüfuzu bir-birindən ayrı proseslər deyil. Onları birləşdirən xətt var — Prezident İlham Əliyevin rəhbərliyi. Bu gün qazanılan bütün uğurlar  göstərir ki, Azərbaycanın gücü liderindən gəlir, liderin gücü isə xalqın sevgisindən.

Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19