Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Dövlətçilik tariximizə qızıl hərflərlə yazılan gün
SİYASƏT
        Milli Qurtuluş Günü-  Azərbaycan tarixində dönüş nöqtəsi
SİYASƏT
Milli Qurtuluşdan Tarixi Zəfərə Aparan Uğurlu Yol
SİYASƏT
Arzudan reallığa: Ulu Öndərin görmək istədiyi Azərbaycan
SİYASƏT
Azərbaycanın dövlətçilik salnaməsində milli qurtuluş zirvəsi
SİYASƏT
15 İyun: milli qürur günü
SİYASƏT
Ümummilli Liderin xilaskarlıq fəlsəfəsi
CƏMİYYƏT
Millət vəkili Günay Ağamalı Salyan rayonunda növbəti vətəndaş qəbulunu keçirib — FOTOLAR 
SİYASƏT
Prezidentin çıxışı praqmatik siyasətə əsaslanan baxışın ifadəsidir"
SİYASƏT
Dünya faydalı qazıntılar olmadan yaşaya bilməz
SİYASƏT
Azərbaycanın güclü iqtisadi potensialı və strateji tranzit imkanları regional əməkdaşlığın əsas dayağıdır
SİYASƏT
Bakı Enerji Həftəsi: Azərbaycanın enerji strategiyasının uğurları və gələcəyə baxış
SİYASƏT
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
SİYASƏT
Azərbaycan gələcəyin enerji arxitekturasında öz yerini indidən müəyyənləşdirir.
SİYASƏT
Enerji siyasətində əldə edilən uğurlar Azərbaycanı yeni inkişaf mərhələsinə daşıyır.
SİYASƏT
Uşaqlar dövlətimizin ən qiymətli sərvətidir” – Günay Ağamalı
SİYASƏT
Zelenski xalqa müraciət etdi
SİYASƏT
Zelenski xalqa müraciət etdi
SİYASƏT
Azərbaycanlı Moldovada şəhər meri seçildi
SİYASƏT
Avropada iki ölkənin birləşməsinin anonsu verildi – RƏSMİ
SİYASƏT
Hacıqabulda 66 yaşlı kişidən qadın turistə şok hərəkət – VİDEO
SİYASƏT
"Ölkəmizdə daxili istehsalın artırılması və idxaldan asılılığın azaldılması istiqamətində sistemli addımlar atılmaqdadır" - DEPUTAT
SİYASƏT
Aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir
SİYASƏT
Aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında mühüm rol oynayır
SİYASƏT
Torpaqlardan səmərəli istifadə kənd təsərrüfatının inkişafının əsas şərtlərindən biridir
SİYASƏT
"Ölkəmizdə daxili istehsalın artırılması və idxaldan asılılığın azaldılması istiqamətində sistemli addımlar atılmaqdadır" - DEPUTAT
SİYASƏT
28 May: Milli İradənin və Müstəqil Dövlətçilik Əzminin Təntənəsi
SİYASƏT
Azərbaycanın kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyur.
SİYASƏT
Aqrar sahə ölkənin strateji istiqamətlərindən biridir.
SİYASƏT
Kənd Təsərrüfatının Strateji Əhəmiyyəti

Xaricə köçən ata aliment öhdəliyindən azad deyil - DEPUTAT

2025-10-30 13:14:51 1622 baxış
Xəbər şəkil

 

 

 

Ölkəmizdə aliment ödəyən şəxslərin sayı az deyil və bu, ailə münasibətlərinin hüquqi tənzimlənməsi baxımından da mühüm göstəricilərdən biri sayılır. Lakin bəzi hallarda aliment ödənişləri ilə bağlı müəyyən mübahisələr yaranır. Boşanmış cütlüklərdən birinin, xüsusilə də kişinin ölkəni tərk edib xaricdə yaşaması bu məsələdə əlavə çətinliklər yaradır. Belə situasiyada aliment ödənişi bəzən ya yubadılır, ya da heç ödənilmir. Bu isə həm hüquqi, həm də sosial baxımdan məsuliyyətin hansı formada bölündüyü və kim tərəfindən daşındığı məsələsini aktuallaşdırır.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Günay Ağamalı bildirib ki, ata olmaq övladla birgə yaşadığın günlərlə məhdudlaşmır, eyni zamanda uşağın gələcəyinə, təhsilinə, sağlam böyüməsinə, mənəvi bütövlüyünə dayaq olmaqla davam edir.

“Azərbaycan qanunvericiliyinə əsasən, aliment ödəməli olan şəxs xarici ölkəyə daimi yaşamaq üçün getdiyi andan etibarən, bu öhdəliyini yerinə yetirməkdən azad edilmir. Əksinə, o, ya alimentin ümumi miqdarını tam şəkildə ödəməyə, ya da qarşı tərəfin ehtiyaclarına uyğun olaraq həmin məbləği əmlakının bir hissəsini verməklə əvəz etməyə borcludur. Eyni zamanda, xarici ölkəyə daimi yaşamaq üçün gedən şəxs qanunla saxlamağa borclu olduğu ailə üzvləri ilə alimentin ödənilməsi barədə qarşılıqlı saziş bağlaya bilər. Bu mexanizm həm uşağın sosial təminatını, həm də ailələr arasında mübahisələrin qarşısının alınmasını təmin edir”.

Deputat vurğulayıb ki, əgər şəxs bu öhdəliyi icra etməzsə, məsuliyyət həm daxili qanunvericilik, həm də beynəlxalq hüquq müstəvisində tənzimlənir:

“Ədliyyə orqanları və məhkəmə icraçıları belə hallarda həmin şəxsin xaricdəki gəlir və yaşayış imkanlarını müəyyənləşdirərək, alimentin ödənilməsini təmin etmək üçün beynəlxalq əməkdaşlıq mexanizmlərindən istifadə edirlər.

Ümumilikdə isə qanunun sərhədi olduğu yerdə vicdanın məsuliyyəti başlayır. Uşaq atasının qayğısını yalnız “məhkəmə qərarı” ilə deyil, ata sevgisi ilə hiss etməlidir. Əgər bir valideyn övladına borcunu yalnız hüquqi öhdəlik kimi qəbul edirsə, demək, o, ata adının mənəvi yükünü dərk etmir”.

O, həmçinin qeyd edib ki, cəmiyyətin əsas dayağı olan ailə institutunun sağlam qalması üçün hüquqi mexanizmlər zamanın tələbinə uyğun olaraq təkmilləşdirilir:

“Valideyn məsuliyyəti ictimai şüurda möhkəmləndirilməlidir. Dövlətin və qanunun təmin etdiyi ədalət, vicdanın təmin etdiyi məsuliyyətlə birləşdikdə, nə ana, nə də uşaq ədalətsizliyin qurbanı olacaq.

Ümumiyyətlə, cəmiyyət olaraq çalışmalıyıq ki, heç bir uşaq valideyin qayğısından məhrum olmasın. Biz bu tip mənfi situasiyanın maddi tərəflərindən daha çox mənəvi boşluqları üzərindən gənclərimizi, yeni qurulan ailələrimizi manipulyasiya etməliyik ki, bunun uşaqların yaddaşına həkk olunan travmaları aydın qavranılsın”,- deyə G.Ağamalı bildirib.





Oxşar xəbərlər


Xəbər lenti
Dövlətçilik tariximizə qızıl hərflərlə yazılan gün
2026-06-12
        Milli Qurtuluş Günü-  Azərbaycan tarixində dönüş nöqtəsi
2026-06-12
Milli Qurtuluşdan Tarixi Zəfərə Aparan Uğurlu Yol
2026-06-12
Arzudan reallığa: Ulu Öndərin görmək istədiyi Azərbaycan
2026-06-12
Azərbaycanın dövlətçilik salnaməsində milli qurtuluş zirvəsi
2026-06-12
15 İyun: milli qürur günü
2026-06-12
Ümummilli Liderin xilaskarlıq fəlsəfəsi
2026-06-12
Millət vəkili Günay Ağamalı Salyan rayonunda növbəti vətəndaş qəbulunu keçirib — FOTOLAR 
2026-06-10
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının nümayəndə heyəti Ankarada bir sıra görüşlər keçirib. 
2026-06-08
Ankarada “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində tədbirlər keçirilib
2026-06-04
Prezidentin çıxışı praqmatik siyasətə əsaslanan baxışın ifadəsidir"
2026-06-04
Dünya faydalı qazıntılar olmadan yaşaya bilməz
2026-06-03
Azərbaycanın güclü iqtisadi potensialı və strateji tranzit imkanları regional əməkdaşlığın əsas dayağıdır
2026-06-03
Bakı Enerji Həftəsi: Azərbaycanın enerji strategiyasının uğurları və gələcəyə baxış
2026-06-03
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
2026-06-02
Azərbaycan gələcəyin enerji arxitekturasında öz yerini indidən müəyyənləşdirir.
2026-06-02
Enerji siyasətində əldə edilən uğurlar Azərbaycanı yeni inkişaf mərhələsinə daşıyır.
2026-06-02
Uşaqlar dövlətimizin ən qiymətli sərvətidir” – Günay Ağamalı
2026-06-01
Zelenski xalqa müraciət etdi
2026-06-01
Zelenski xalqa müraciət etdi
2026-06-01
Azərbaycanlı Moldovada şəhər meri seçildi
2026-06-01
Avropada iki ölkənin birləşməsinin anonsu verildi – RƏSMİ
2026-06-01
Hacıqabulda 66 yaşlı kişidən qadın turistə şok hərəkət – VİDEO
2026-06-01
"Ölkəmizdə daxili istehsalın artırılması və idxaldan asılılığın azaldılması istiqamətində sistemli addımlar atılmaqdadır" - DEPUTAT
2026-05-31
Aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir
2026-05-31
Aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında mühüm rol oynayır
2026-05-30
Torpaqlardan səmərəli istifadə kənd təsərrüfatının inkişafının əsas şərtlərindən biridir
2026-05-30
"Ölkəmizdə daxili istehsalın artırılması və idxaldan asılılığın azaldılması istiqamətində sistemli addımlar atılmaqdadır" - DEPUTAT
2026-05-30
28 May: Milli İradənin və Müstəqil Dövlətçilik Əzminin Təntənəsi
2026-05-29
Azərbaycanın kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyur.
2026-05-26