Günay Ağamalı: “Vatikan səfəri Azərbaycanın tolerantlıq və multikulturalizm siyasətinin parlaq nümunəsidir”
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikan şəhərinə rəsmi səfəri humanitar diplomatiya sahəsində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr Azərbaycan-Vatikan münasibətlərinin inkişafına xidmət etməklə yanaşı, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi baxımından da diqqət çəkir.
Rəsmi Bakı uzun illərdir multikulturalizm və tolerantlıq dəyərlərinin təşviqinə önəm verir. Bu istiqamətdə həyata keçirilən layihələr və beynəlxalq əməkdaşlıqlar Azərbaycanın bu sahədəki mövqeyini möhkəmləndirir.
Səfər həmçinin ölkənin qlobal səviyyədə sülh, əməkdaşlıq və mədəni dəyərlərə verdiyi önəmin bir ifadəsi kimi dəyərləndirilir.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Sherg.az-a açıqlamasında Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın Vatikan səfərinin Azərbaycanın humanitar diplomatiya istiqamətində atdığı növbəti mühüm addım kimi xüsusi əhəmiyyət daşıdığını qeyd edib: