Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"

Paşinyan AŞ PA-da “Qafqaz canişini” statusunda

2025-10-01 10:54:48 1737 baxış
Xəbər şəkil

 

Azərbaycan və Gürcüstan nümayəndə heyətinin fəaliyyətini dayandırmağa məcbur olduğu qurumda Ermənistanın baş naziri hörmətli qonaq kimi qarşılanır - ikili standartın beləsi...

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyası öz işinə başlayıb. Məlumdur ki, Azərbaycan ötən ilin yanvarından, Gürcüstan isə bu ilin yanvarından AŞ PA-dakı fəaliyyətini dayandırıb. Hər iki ölkəyə qarşı irəli sürülmüş ittihamların motivi aşağı-yuxarı eynidir. Azərbaycanda insan haqlarının pozulması mövzusunda şərtlər irəli sürülüb. Avropa Şurası Gürcüstandan ötən ilin oktyabrında bu ölkədə keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvini, qanunsuz aksiyalarda tutulanların azadlığa buraxılmasını, yeni parlament seçkilərinin keçirilməsini tələb etdiyi üçün Gürcüstan nümayəndə heyəti də fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Azərbaycanla danışıqlarda heç bir irəliləyiş yoxdur, rəsmi Bakı quruma bağlı İnsan Haqları Məhkəməsinin qərarlarının icrası öhdəliyindən imtina edib, AŞ üzvlüyündən çıxmaq barədə qərarı da istisna etməyib. Gürcüstanla bağlı son gəlişmə isə budur ki, Strasburq ölkəni AŞ-dən çıxarmaqla hədələyir. Gürcüstanı və Azərbaycanı anti-Rusiya sanksiyalarına qoşa bilməyən Avropa institutları həm də bu “sözəbaxmazlığa” görə hər iki Qafqaz ölkəsini cəzalandırıb, halbuki Rusiyanın bu sanksiyalardan yayınmasına kömək edən Ermənistan milyonlar qazandı, qazanmaqda da davam edir. Demək, Fransada yerləşən AŞ PA-da erməni lobbisinin güclü mövqeləri qalmaqdadır. Bəlli olub ki, Ermənistanın baş naziri Nikol Paşinyan Strasburqa gedib. Səfər çərçivəsində AŞ PA sədri Teodoros Russopulos, Avropa Şurasının baş katibi Alain Berset, Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Matias Guillaumard, eləcə də Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flaherti ilə görüşlər keçirib. Paşinyanın AŞ PA-da çıxışı da nəzərdə tutulub.

Azərbaycan və Ermənistan 2001-ci ilin 25 yanvarında Avropa Şurasına üzv qəbul edilib. Qonşu ölkənin 20 faiz ərazisini işğal edən Ermənistanın bu quruma üzv qəbul edilməsi əlbəttə ki, Avropa dəyərlərinə, konvensiyalara, eləcə də insan hüquqlarına zidd addım idi. Paşinyanın hakimiyyəti illərində Ermənistanda demokratik vəziyyət yalnız “kağız üzərində” irəliləyib, müxalifət institutu kifayət qədər zəiflədilib. Amma bunları Azərbaycana qarşı qərəzli bəyanatları sıralayan Avropa Parlamenti də, AŞ PA mda görməzdən gəlir. Paşinyanın Strasburqa dəvəti də bunu göstərir. Amma o da həqiqətdir ki, indi AŞ PA-da Cənubi Qafqazda səsvermə hüququ qalan Ermənistandır.

Deputat Günay Ağamalı televiziya və radio işçilərini təbrik edib »  Newscenter.az

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a açıqlamasında bütün bunların kökündə Azərbaycana qarşı ikili standartların dayandığını bildirdi: “Azərbaycanın və Gürcüstanın AŞ PA-dakı fəaliyyətini dayandırmaq məcburiyyətində qalması əslində Avropa institutlarının ikili standartlarının nəticəsidir. Çünki bu təşkilat region ölkələrinə münasibətdə seçici yanaşma tətbiq edir, Ermənistanın işğalçılıq siyasətini, insan haqlarının kobud şəkildə pozulmasını, demokratiyanın yalnız formal çərçivədə qalmasını görməzdən gəlir.

Strasburqa Ermənistanın baş naziri Nikol Paşinyanın dəvət olunması, onun müxtəlif görüşlər keçirməsi və AŞ PA-da çıxış etməsi əslində Avropa institutlarının Cənubi Qafqazda hansı xətt üzrə mövqe qazanmaq istəyinin bariz nümunəsidir. Halbuki Ermənistan illərlə Azərbaycanın ərazilərini işğal edib, yüz minlərlə insanı öz doğma torpaqlarından didərgin salıb, soyqırımlar həyata keçirib. Belə bir dövlətin Avropa Şurasına üzv qəbul edilməsi vaxtilə ciddi yanlışlıq idi, bu gün isə Paşinyanın legitimləşdirilməsi Avropa dəyərlərinin tam inkarı deməkdir. Azərbaycanın mövqeyi birmənalıdır. Biz heç vaxt ikili standartlara, qərəzli yanaşmalara boyun əyməyəcəyik. Dövlətimizin xarici siyasət kursu müstəqillik, suverenlik, milli maraqlar, prioritetləri isə Türk Dövlətləri ailəsinə inteqrasiya, oranı daha da bütünləşdirmək üzərində qurulub. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün beynəlxalq platformalarda ədaləti, haqqı, insani dəyərləri və beynəlxalq hüququ müdafiə edir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl bütün dünyanı, obrazlı şəkildə ifadə etməli olsaq, öz əsri etmiş COVİD-19 zamanı ölkəmiz məhz sözdə insan dəyərlərini müdafiə edən hər bir dövlətə, təşkilata necə davranmaq lazımdır nümunəsi göstərdi. Təbii ki, bizim üçün əsas meyar Avropa Şurası və ya hər hansı beynəlxalq təşkilatın qərəzli yanaşması deyil, məhz öz milli maraqlarımız və dövlətimizin strateji inkişaf yoludur. Biz Avropa institutlarının əsl mahiyyətinə keçmiş Qarabağ münaqişəsi zamanı və ondan sonra inkişaf edən geosiyasi proseslərə verilən reaksiyalardan, xüsusilə Aİ Missiyası kontekstindən bələdik. Azərbaycan bundan sonra da milli maraqlarını qətiyyətlə müdafiə edəcək, heç bir beynəlxalq platformada təzyiq və şərtlərlə güzəştə getməyəcək. Azərbaycanın əsas dayağı xalqımızın birliyi, ordumuzun gücü və dövlətimizin əzmlə həyata keçirdiyi müstəqil siyasətdir".

Niyameddin 11.jpeg (96 KB)

Niyaməddin Orduxanlı

ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı hesab edir ki, AŞ PA ölkəmizə qarşı qərəzli mövqeyindən əl çəksə, o zaman yenidən təmsilçilik barədə düşünmək olar: “Azərbaycan haqlı olaraq Avropa Şurası Parlament Assambleyasının haqsız mövqeyinə görə fəaliyyətini dayandırıb. Bilirsiniz ki, qurumda əsas söz sahibi Fransadır. Fransa da 2020-ci il Vətən müharibəsindən, Qarabağ və ətraf rayonları işğaldan azad etdikdən sonra həyasızcasına Azərbaycanın üzərinə gəldi. Təbii ki, işğalçı Ermənistana görə, özü də utanmadan, beynəlxalq hüquqa əhəmiyyət vermədən. Bilirik ki, dünyada ən güclü erməni diasporu və lobbiçiliyi Fransada yerləşir. Paşinyanın əsas dayağı Fransadır. Paşinyan məhz Qərbin maliyyə dəstəyi ilə hakimiyyətə gətirilib. Onun bu gün hakimiyyətdə qalmasına da əsas Qərb dairələri dəstək verir. Paşinyan hakimiyyətə gələn kimi dərhal qisas məqsədilə vaxtilə onu həbs etdirmiş keçmiş prezident Köçəryanı, bir necə generalı, partiya sədrlərini, millət vəkillərini həbs etdirdi. Düzdür, sonradan Rusiya prezidentinin müdaxiləsi ilə Köçəryan ev dustaqlığına buraxıldı, ancaq digərləri həbsdə qaldı. Mətbuat və vətəndaş cəmiyyətinin nümayəndələrinə, blogerlərə cinayət işi açıldı, həbs edildi. Ancaq bəlli səbəbdən AŞ PA Ermənistanda baş verənlərlə bağlı hər hansı qərar qəbul etmədi, insan hüquqlarının kütləvi pozulmasını, siyasi düşüncələrinə görə həbs olunanları "görməzdən" gəldi. Çox təəssüf ki, bu cür qurumlar Qərbin, ABŞ-nin və bəzi dairələrin əlində alətə çevriliblər. Lazım olanda həmin ölkələrə qarşı təzyiq rolunu oynayırlar. Əlbəttə ki, bu məsələdə Rusiya faktoru da yer alıb. Həmin dövrdə Azərbaycanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması da ciddi narahatlıq yaradırdı. O dövrdə ABŞ-də prezident Co Bayden idi. Azərbaycan hər zaman beynəlxalq qurumlarda təmsil olunmağa və ikitərəfli əməkdaşlığa üstünlük verib. Ancaq görəndə ki, dövlət və milli maraqlarımıza təhdid var, qərəz var, o zaman cənab Prezident İlham Əliyev çox doğru qərarlar qəbul edir. Heç bir qurum və ya dövlət Azərbaycana diktə edə bilməz və biz tam müstəqil, beynəlxalq normalara uyğun fəaliyyət göstəririk. Bizə qarşı qəzəbi və nifrəti olan şəxslərlə bir qurumda necə fəaliyyət göstərə bilərik? AŞ PA Azərbaycana qarşı əsassız və qərəzli mövqeyindən geri çəkilsə, o zaman AŞ PA-dakı fəaliyyət haqqında düşünmək olar".





Oxşar xəbərlər


Xəbər lenti
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
2026-09-17
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
2026-09-17
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
2026-09-17
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
2026-09-17
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-09-17