Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir

2025-09-26 11:14:25 9647 baxış
Xəbər şəkil

 

Azərbaycan xalqının müasir tarixi 2020-ci ilin 27 sentyabrında başlanmış Vətən müharibəsi ilə yeni bir mərhələyə qədəm qoydu. 44 gün davam edən bu müharibə xalqımızın iradəsini, dövlətimizin gücünü və ordumuzun qəhrəmanlığını nümayiş etdirərək dünya hərb tarixinə yazıldı. Qarabağın azad olunması həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan tarixi ədalətin bərpası oldu.
Ermənistan illərlə davam edən işğalçılıq siyasətini danışıqlar prosesində imitasiya ilə ört-basdır etməyə çalışır, yeni torpaqlara iddia edir və təxribatlar törədirdi. Azərbaycan dəfələrlə sülh çağırışları etsə də, nəticəsiz qalan bu proses xalqımızı haqq mübarizəsinə qalxmağa məcbur etdi. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi – “Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq!” – artıq döyüş meydanında reallığa çevrildi.
Bu müharibədə ən böyük güc xalq və ordunun birliyi oldu. 10 milyonluq Azərbaycan xalqı bir yumruq kimi birləşərək “Dəmir Yumruq” kimi düşmənin üzərinə çırpıldı. Ön cəbhədə döyüşən igidlərimiz arxasında bütöv bir millətin iradəsini hiss edir, Prezidentin qətiyyətli rəhbərliyi ilə xalqın sevgisini gücünə qatırdı. Bu birlik yalnız düşməni darmadağın etmədi, həm də işğalçılıq siyasətinə birdəfəlik son qoydu.
Azərbaycan əsgərinin qəhrəmanlığı Vətən müharibəsinin ən parlaq səhifələrini yazdı. Xüsusilə Şuşa uğrunda döyüşlər bu qəhrəmanlığın zirvəsi oldu. Əliyalın dağlara qalxaraq, düşmənin istehkamlarını yararaq şəhərə daxil olan igidlərimiz işğalçıları diz çökdürdü. Şuşanın azad edilməsi Böyük Qələbənin rəmzi, Qarabağın xilası oldu. 8 noyabr – Zəfər Günü xalqımızın yaddaşına əbədi yazıldı.
Bu zəfər minlərlə şəhidimizin qanı bahasına qazanıldı. Onların hər biri xalqımızın qürur simvoludur. Şəhidlərimizin igidliyi və qazilərimizin fədakarlığı bu Qələbəni mümkün etdi. Dövlətimiz bu qəhrəmanlığa ən yüksək qiymət verir, şəhid ailələri və qazilər daim diqqət və qayğı ilə əhatə olunur. Onların qoyduğu müqəddəs iz gələcək nəsillərə örnəkdir.
Azərbaycan Ordusunun tətbiq etdiyi müasir taktika, texnologiyadan səmərəli istifadə, strateji qərarların düzgün verilməsi bu müharibəni dünya hərbi akademiyalarında öyrəniləcək səviyyəyə qaldırdı. XXI əsrin yeni hərb modeli məhz Azərbaycandan nümunə götürülərək təqdim edildi və bu modelin əsasında xalq sevgisi, vətənpərvərlik və siyasi iradə dayanırdı.
Lakin müharibədən sonrakı dövrdə də təhlükəsizlik tam təmin olunmamışdı. Separatçı qrupların təxribatları, Ermənistanın revanşist planları Azərbaycanın suveren addımlarını zəruri etdi. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri bir gündən az müddətdə separatçıların kökünü kəsdi və Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi. Bu tarixi qələbənin ardınca Prezident İlham Əliyev 15 oktyabr 2023-cü ildə Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə üçrəngli bayrağımızı ucaltdı. Bu, sadəcə bir bayraq qaldırma mərasimi deyildi, həm də 30 illik həsrətə son qoyulmasının, dövlətimizin qətiyyətinin və xalqımızın tarixi zəfərinin təntənəsi idi.
Bu gün qalib Azərbaycan yeni bir mərhələyə qədəm qoyub. İşğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Xarıbülbülün diyarı Şuşadan Füzuliyə, Zəngilana qədər hər yerdə həyat yenidən canlanır. Hava limanları, yollar, məktəblər, xəstəxanalar, kəndlər və şəhərlər salınır. Bu quruculuq siyasəti bir daha sübut edir ki, şəhidlərimizin qanı yerdə qalmadı – onların müqəddəs arzusu olan azad torpaqlarda indi həyat çiçəklənir.
Azərbaycan xalqı Vətən müharibəsini şanlı tariximiz kimi uca tutur. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizin qəhrəmanlığı ilə fəxr edir. Bu Qələbə gələcək nəsillərə ən böyük mirasdır – qalib, qüdrətli və əbədi Azərbaycan!

Sahib Əmirxanov,
Salyan rayon Pambıqkənd kənd tam orta məktəbin müəllimi, YAP fəalı
Vətən müharibəsi iştirakçısı





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19