Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Rəşadətli  ordumuzun qəhrəmanlıq salnaməsi

2025-09-24 15:26:01 18979 baxış
Xəbər şəkil

 

Azərbaycan xalqı 2020-ci ilin 27 sentyabrını həm böyük kədər, həm də böyük qürur hissi ilə xatırlayır. Bu gün Vətənimizin bütövlüyü naminə canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Anım Günü, əslində, Azərbaycan dövlətinin tarixi ədaləti bərpa etdiyi, millətin öz taleyini özü müəyyən etdiyi bir mərhələnin başlanğıcıdır. Cənab Prezident İlham Əliyev 2023-cü ilin Anım Günü münasibətilə xalqa müraciətində demişdi: “Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Biz onların qanını yerdə qoymadıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.” 
XX əsrin sonlarından başlayaraq Ermənistanın işğalçı siyasəti Azərbaycan xalqına ağır faciələr yaşatdı. 1988-ci ildən soydaşlarımız öz tarixi torpaqlarından qovuldu, Xocalıda soyqırımı törədildi, 1 milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrildi. BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in vasitəçilik missiyası nəticə vermədi. Cənab Prezident İlham Əliyevin ifadəsi ilə desək: “Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaqdı. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt buna razı olmayacağıq. Əgər Ermənistan torpaqlarımızdan çıxmasa, biz onları güc yolu ilə çıxaracağıq.” 27 sentyabr 2020-ci il məhz bu tarixi qərarın başlanğıc nöqtəsi oldu. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçdi və 44 gün ərzində düşməni torpaqlarımızdan qovdu. Müharibənin hər günü Azərbaycan əsgərinin qəhrəmanlığı ilə yadda qaldı. Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı və nəhayət, Şuşa – bu şəhərlərin azad edilməsi xalqımızın ruhunda əbədi silinməz iz buraxdı. Şuşanın azad edilməsi isə Zəfərin zirvəsi oldu. 8 noyabrda Ali Baş Komandan xalqa tarixi müjdəni verdi. 10 noyabrda Ermənistan kapitulyasiya aktına imza atdı və beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Prezident İlham Əliyev həmin gün bildirmişdi: “Biz bu Qələbəni gücümüz, iradəmiz, birliyimiz hesabına qazandıq. Azərbaycan xalqı öz tarixi missiyasını şərəflə yerinə yetirdi.” Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə təsadüfi deyildi. Bu, illərlə düşünülmüş siyasətin, dövlətin gücləndirilməsi yolunda görülən işlərin nəticəsi idi. Güclü iqtisadiyyat, müasir texnologiyalarla təchiz olunmuş ordu, ən əsası isə xalqın və dövlətin birliyi qələbəni şərtləndirdi. Xüsusi qeyd olunmalıdır ki, beynəlxalq müstəvidə də Azərbaycan öz haqq işini sübut edə bildi. Dövlət başçısı İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələr, diplomatik addımlar haqq səsimizin dünyaya çatdırılmasında mühüm rol oynadı.
27 sentyabr Anım Günü, ilk növbədə, şəhidlərimizin ruhuna ehtiramın təcəssümüdür. Dövlətin bu günü təsis etməsi onların qəhrəmanlığının gələcək nəsillərə ötürülməsinə xidmət edir. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidlərinin əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onlar Azərbaycanın qəhrəmanlıq salnaməsini yazıblar.” Şəhid ailələri və qazilər dövlətin xüsusi diqqəti ilə əhatə olunublar. Onların sosial təminatı, tibbi xidmətləri, mənzillə və işlə təmin olunmaları artıq dövlət siyasətinin əsas prioritetlərindəndir.  27 Sentyabr – Anım Günü Azərbaycan xalqı üçün həm hüzn, həm də fəxr günü, qalib xalqın yaddaş günüdür.  Bu gün biz şəhidlərimizi yad edərək, onların bizə bəxş etdikləri Qələbəni uca tutur, dövlətimizin gələcəyinə daha inamla baxırıq. Azərbaycan artıq qalib dövlətdir. Bu qalibiyyətin əsasında şəhidlərin qanı, xalqın iradəsi və dövlətin gücü dayanır. Ona görə də 27 sentyabr həm tarix, həm yaddaş, həm də gələcək yolumuz üçün mühüm mənəvi dayağa çevrilib.

Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19