Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Əli Kərimlinin Varşavaya getmək “dərdi”

2025-09-11 10:35:33 3754 baxış
Xəbər şəkil

 

“Lazım olanda hakimiyyət də Əli Kərimlidən istifadə edir, təbii ki, pul ödəməklə...”

 

Sentyabrın 29-30-da nüfuzlu Kazimir Pulavski Fondunun təşkilatçılığı ilə Varşavada Təhlükəsizlik Forumu keçiriləcək. Cebheinfo.az yazır ki, bu tədbirə dəvət alan AXCP sədri Əli Kərimli son günlər diqqəti üzərinə çəkmək üçün özünü az qala beynəlxalq əhəmiyyətli siyasi fiqur kimi təqdim etməyə cəhd edir. 

Bildirilir ki, Varşava Təhlükəsizlik Forumu transatlantik əməkdaşlığa həsr olunmuş Avropa təhlükəsizlik konfranslarından biridir. O, Mərkəzi və Şərqi Avropanın təhlükəsizliyinə diqqət yetirməklə, ümumi çağırışlara ortaq cavabların işlənib hazırlanmasına yönəlib. Xüsusi bir siyasi əhəmiyyət daşımayan və 2014-cü ildən təşkil edilən tədbir daha çox qeyri-hökumət təşkilatları səviyyəsində təşkil olunan müzakirə platformasıdır. Bu toplantı Mərkəzi və Şərqi Avropada təhlükəsizliyin təmin olunmasında heç bir rol oynamır. 

O da vurğulanır ki, Əli Kərimliyə bu dəvət onun ətrafında siyasi şou təşkil etmək, eləcə də Azərbaycan əleyhinə növbəti təbliğat aparmaq üçün tribuna kimi lazımdır. 

Deputat Günay Ağamalı televiziya və radio işçilərini təbrik edib »  Newscenter.az

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a dedi ki, Əli Kərimli bu tədbiri öz şəxsi piarına çevirmək niyyəti ilə bu cür çıxışlar edir: “O, sanki beynəlxalq əhəmiyyətli bir siyasi fiqur imiş kimi, dəvət aldığı forumu dünyanı dəyişəcək məkan kimi qələmə verir və onunla eyni məntiqə, eyni məqsədlərə xidmət edən şəxslər bu kontekstdə manipulyativ cəhdlər edirlər.  Halbuki Varşava Təhlükəsizlik Forumu nə Münhen Təhlükəsizlik Konfransı, nə NATO Zirvə görüşü, nə də ATƏT səviyyəli toplantıdır. Bu, əsasən qeyri-hökumət təşkilatları müstəvisində keçirilən, regional təsir gücü məhdud bir diskussiya platformasıdır. Azərbaycanın balanslı xarici siyasət dilemması onu göstərir ki, uzaqgörən və düşünülmüş idarəetmə mexanizmi istənilən müsbət və mənfi tendensiyalara adekvat reaksiya vermək potensialındadır. Rəsmi Bakı yeni dünya nizamında Qərb və Şərq qütbü ilə qarşılıqlı faydalı maraqlar əsasında strateji tərəfdaşlıq formalaşdırır. Yəni mövcud geosiyasi reallıqlar fonunda ölkəmizin beynəlxalq nüfuzunu və siyasi çəkisini müəyyən edən əsas amil Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən müstəqil siyasətdir. Azərbaycanın dünyada artan nüfuzu, mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, strateji əməkdaşlıqlar qurması təsadüfi deyil. Bu reallıq fonunda Əli Kərimlinin hər hansı forum ətrafında siyasi şou yaratmaq cəhdləri əslində daxili auditoriyaya hesablanmış uğursuz təbliğatdan başqa bir şey deyil. Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, Kərimlinin məqsədi ölkəmizin milli maraqlarına xidmət etmək deyil, xaricdə özünə tribuna axtarmaq, müxtəlif qüvvələrin əlində alət olmaqdır. Bu, nə milli müxalifət mövqeyidir, nə də demokratiya anlayışı ilə uzlaşır. Əksinə, belə addımlar yalnız Azərbaycanın dövlət maraqlarına zərər vurmaq, daxildə çaşqınlıq yaratmaq niyyəti daşıyır. Xalqımızın dövlətə bağlılığı, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətə güclü dəstəyi Azərbaycanın mövqeyini daha da möhkəmləndirir. Bu birliyə və həmrəyliyə söykənən Azərbaycanı heç bir xarici təbliğat, yaxud şəxsi maraqlar naminə edilən ucuz siyasi şoular yolundan döndərə bilməz”.

niyameddin.jpeg (186 KB)

Niyaməddin Orduxanlı 

ƏHD Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı AXCP sədrinin dərdinin ancaq pul qazanmaq olduğunu qeyd etdi: “Əli Kərimli özü haqqında şou yaratmağı bacarır. O, özünü artıq siyasətçi kimi deyil,  bloger və tiktoker kimi aparır. Hər il Varşavada Təhlükəsizlik Forumu keçirilir və Azərbaycandan onlarla QHT sədri və ya sədr müavinləri bu tədbirdə iştirak edir. Bu tip tədbirlər Avropanın başqa şəhərlərində də keçirilir. Tədbirin formatı vətəndaş cəmiyyəti institutları ilə həmin təşkilatların birgə əməkdaşlığının artırılmasına həsr edilir. Bır sıra hallarda QHT-lərə ayrılan qrantların verilməsi də baş verir. Stimulverici mükafatlar təqdim edirlər. Görünür, Əli Kərimli bu cür canfəşanlıq etməklə, özünü Qərbdə "demokrat" obrazında göstərmək və yeni qrant layihələri qazanmaq istəyir. Bu adam bu illər ərzində müxtəlif adamların adlarına açılmış QHT-lər vasitəsilə qrant layihələri əldə edib. Gürcüstan dövlətində öz yaxın adamlarının adına açdırdığı QHT-lər vasitəsilə külli miqdarda pul qazanırdı. Ümumiyyətlə, ən maraqlısı odur ki, Əli Kərimli bu günə qədər Avropadan, Amerikadan, Rusiyadan və İrandan belə pul almağı bacarıb. Bir-birinə qarşı olan qüvvələrdən məharətlə pul qoparmağı bacaran Əli Kərimli ancaq pul qazanmağın yollarını düşünür".





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19