Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
"Qarşıya qoyulan məqsəd rifahlı və təhlükəsiz həyatın qurulmasıdır" - DEPUTAT DANIŞDI
SİYASƏT
“Antalya Diplomatik Forumunda iştirak Azərbaycanın qlobal nüfuzunun təsdiqidir”
CƏMİYYƏT
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev – müasir Azərbaycanın memarıdır” mövzusunda tədbir keçirilib  
SİYASƏT
Qaranlıq gözlərə nur parlayan akademik Zərifə xanım Əliyeva
SİYASƏT
Zərifə xanım elm aləmində peşə oftalmologiyasının əsasını qoymuşdur.
SİYASƏT
Əbədiyaşar elm xadimi
SİYASƏT
Tibb elminə həsr olunmuş ömür
SİYASƏT
Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
SİYASƏT
Salyanda Akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib.
SİYASƏT
Zərifə Əliyevanın– elmi fəaliyyəti
SİYASƏT
Azərbaycanın İranla son diplomatik təmasları bölgədə sabitliyin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir
SİYASƏT
Zərifə Əliyeva: Həyatını elmə və insanlara həsr etmiş böyük Alim
SİYASƏT
Azərbaycan qadınının zəka və zəriflik simvolu - akademik Zərifə Əliyeva
SİYASƏT
Şərəfli ömür və nümunəvi fəaliyyət yolu - Akademik Zərifə Əliyeva
SİYASƏT
Unudulmaz alim, qayğıkeş insan
SİYASƏT
ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA  
SİYASƏT
Gənc ailələrə dövlət dəstəyi artırılır - Problemlərin səbəbləri
SİYASƏT
Deputat: “Sosial mediada yazılan hər söz hüquqi məsuliyyət yaradır”
SİYASƏT
Günay Ağamalı: “Yerli idarəetmə cəmiyyətin inkişafının ən vacib sütunlarından biridir”
SİYASƏT
Azərbaycan–Gürcüstan əlaqələri: tarixi köklər və müasir inkişaf dinamikası
SİYASƏT
Birgə mövqe, ortaq inkişaf: Azərbaycan və Gürcüstanın əməkdaşlıq fəlsəfəsi
SİYASƏT
Cənubi Qafqazda yeni reallıqlar və Azərbaycan–Gürcüstan tərəfdaşlığı
SİYASƏT
Sülh, sabitlik və davamlı inkişaf
SİYASƏT
Tarixi köklərə söykənən dostluq
SİYASƏT
"Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı yeni mərhələyə keçir”- GÜNAY AĞAMALI
SİYASƏT
Azərbaycan - Gürcüstan dostluğu
SİYASƏT
Günay Ağamalı: “Xaricdə təhsil alan gənclərin qayıdışı milli inkişaf üçün strateji əhəmiyyət daşıyır”
SİYASƏT
Azərbaycan-Gürcüstan münasibətləri strateji maraqlara söykənən müttəfiqlik modelidir"
SİYASƏT
Türk Dövlətləri Təşkilatı qlobal siyasətin yeni ağırlıq mərkəzidir
SİYASƏT
Gender bərabərliyi məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir" – DEPUTAT

Kəlbəcərin dirçəlişi – Azərbaycanın qüdrətinin göstəricisi

2025-08-26 12:08:07 97 baxış
Xəbər şəkil

 

Azərbaycanın hər bir bölgəsi ölkəmizin tarixində, mədəniyyətində və inkişaf yolunda özünəməxsus yer tutur. Lakin Kəlbəcərin adı çəkiləndə həm strateji mövqeyi, həm də təbii sərvətləri, zəngin turizm potensialı və əsrarəngiz təbiəti ilə xüsusi vurğulanır. Təəssüf ki, bu qədim yurd uzun illər işğal altında qaldı, kəndləri dağıdıldı, şəhəri viran edildi. Xalqımız doğma torpaqlarından didərgin düşdü. Lakin 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər nəticəsində Kəlbəcər rayonu işğaldan azad edildi. Noyabrın 25-də Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması ilə tarixi ədalət bərpa olundu, xalqımız doğma diyarına qayıtmaq üçün ümid və inam qazandı.
Kəlbəcərin azad edilməsindən sonra burada genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Çətin relyef, sərt iqlim və mürəkkəb coğrafi şəraitə baxmayaraq, dövlətimizin iradəsi və gücü sayəsində qısa müddətdə yollar salındı, elektrik və rabitə xətləri çəkildi, sosial infrastruktur layihələri reallaşdırıldı. Bu işlər yalnız Kəlbəcərin dirçəldilməsi deyil, həm də bütün dünyaya Azərbaycanın azad edilmiş torpaqlarını necə sürətlə bərpa etdiyini göstərdi.
Prezident İlham Əliyevin Kəlbəcərə mütəmadi səfərləri bu prosesin əsas istiqamətlərini müəyyənləşdirir. Hər bir səfər həm simvolik, həm də praktiki məna daşıyır – dövlət başçısı şəxsən bölgəyə gələrək həm görülən işlərə nəzarət edir, həm də xalqımıza mesaj verir ki, Kəlbəcər qısa zamanda əvvəlkindən də abad olacaq.
2023-cü il avqustun 25-də Prezident İlham Əliyevin Kəlbəcər rayonuna səfəri bu baxımdan xüsusilə yadda qaldı. Həmin gün dövlət başçısı bir sıra mühüm layihələrin açılışında və təməlqoyma mərasimlərində iştirak etdi. İlk olaraq “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı oldu. Bu stansiya həm ekoloji baxımdan təmiz enerji istehsalı, həm də Kəlbəcərin enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Regionun zəngin su ehtiyatları alternativ enerji mənbələrinin inkişafı üçün geniş imkanlar açır və bu layihələr Azərbaycanın “yaşıl enerji” siyasətinə uyğun olaraq həyata keçirilir.
Prezidentin səfəri çərçivəsində Kəlbəcərin tarixi brendi olan “İstisu”nun bərpası ilə bağlı mühüm işlər də diqqət mərkəzində oldu. Dövlət başçısı “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldu. Bu layihələr yalnız iqtisadi deyil, həm də sosial-mədəni əhəmiyyət daşıyır. Çünki “İstisu” brendi Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur və onun bərpası həm regiona turizm axınının artmasına, həm də yerli əhalinin məşğulluq imkanlarının genişlənməsinə xidmət edir.
Həmin gün həmçinin “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik Stansiyalarının açılışı həyata keçirildi. Bu stansiyalar da Azərbaycanın enerji sektorunun dayanıqlı inkişafına, regionun enerji təminatının gücləndirilməsinə xidmət edən strateji layihələrdir. Prezidentin səfəri çərçivəsində Kəlbəcərin Zar kəndinin təməlqoyma mərasimi də oldu. Bu hadisə sakinlərin qayıdışını təmin edəcək mühüm addımlardan biri kimi böyük rəmzi məna daşıyır. Zar kəndinin yenidən salınması Kəlbəcərin bərpası prosesində dönüş nöqtələrindən biri oldu.
2023-cü il noyabrın 7-də Prezident İlham Əliyev yenidən Kəlbəcərə səfər etdi və bu dəfə rayonun Vəngli kəndinə baxış keçirdi. Dövlət başçısının bu səfəri bir daha göstərdi ki, Kəlbəcərin hər guşəsi diqqət mərkəzindədir, hər bir kəndin dirçəldilməsi planlı şəkildə həyata keçirilir.
Bir sözlə, Prezident İlham Əliyevin Kəlbəcərə səfərləri, burada həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycanın azad edilmiş torpaqlara olan münasibətinin bariz göstəricisidir. Burada sadəcə evlər, yollar, stansiyalar tikilmir – burada yeni həyat, yeni ümidlər, gələcək nəsillər üçün güclü təməl qurulur. Kəlbəcərin dirçəlişi Azərbaycanın qüdrətinin, dövlət-xalq birliyinin və Prezidentin uzaqgörən siyasətinin canlı təzahürüdür.

Validə Həsənova,
YAP Salyan rayon təşkilatının GEM ərazi partiya təşkilatının sədri





Oxşar xəbərlər


Xəbər lenti
"Qarşıya qoyulan məqsəd rifahlı və təhlükəsiz həyatın qurulmasıdır" - DEPUTAT DANIŞDI
2026-04-19
“Antalya Diplomatik Forumunda iştirak Azərbaycanın qlobal nüfuzunun təsdiqidir”
2026-04-19
Salyan Suvarma Sistemləri İdarəsindən nümunəvi addım: Kənd sakinlərinə operativ dəstək
2026-04-16
Günay Ağamalı: “Qərbi Azərbaycanın Musiqi Ənənələri Milli Yaddaşımızın Sönməz Çırağıdır"
2026-04-15
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev – müasir Azərbaycanın memarıdır” mövzusunda tədbir keçirilib  
2026-04-15
Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb
2026-04-15
“Zərifə xanımın həyatı və fəaliyyəti sübut etdi ki, əsl alim olmaq üçün həm də böyük insan olmaq lazımdır” - Günay Ağamalı
2026-04-15
Qaranlıq gözlərə nur parlayan akademik Zərifə xanım Əliyeva
2026-04-15
Zərifə xanım elm aləmində peşə oftalmologiyasının əsasını qoymuşdur.
2026-04-15
Əbədiyaşar elm xadimi
2026-04-15
Tibb elminə həsr olunmuş ömür
2026-04-15
Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
2026-04-15
Salyanda Akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib.
2026-04-14
Hər bir uşaq sevgi və diqqətə layiqdir!
2026-04-14
Zərifə Əliyevanın– elmi fəaliyyəti
2026-04-14
Azərbaycanın İranla son diplomatik təmasları bölgədə sabitliyin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir
2026-04-14
Zərifə Əliyeva: Həyatını elmə və insanlara həsr etmiş böyük Alim
2026-04-14
Azərbaycan qadınının zəka və zəriflik simvolu - akademik Zərifə Əliyeva
2026-04-14
Şərəfli ömür və nümunəvi fəaliyyət yolu - Akademik Zərifə Əliyeva
2026-04-14
Unudulmaz alim, qayğıkeş insan
2026-04-14
ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA  
2026-04-12
“Bakı-Tiblisi-Ceyhan, Cənub Qaz Dəhlizi və Orta Dəhliz regionun əhəmiyyətini artırır” - DEPUTAT DANIŞDI
2026-04-10
Gənc ailələrə dövlət dəstəyi artırılır - Problemlərin səbəbləri
2026-04-10
Deputat: “Sosial mediada yazılan hər söz hüquqi məsuliyyət yaradır”
2026-04-10
Günay Ağamalı: “Yerli idarəetmə cəmiyyətin inkişafının ən vacib sütunlarından biridir”
2026-04-09
Azərbaycan–Gürcüstan əlaqələri: tarixi köklər və müasir inkişaf dinamikası
2026-04-09
Birgə mövqe, ortaq inkişaf: Azərbaycan və Gürcüstanın əməkdaşlıq fəlsəfəsi
2026-04-09
Cənubi Qafqazda yeni reallıqlar və Azərbaycan–Gürcüstan tərəfdaşlığı
2026-04-09
Sülh, sabitlik və davamlı inkişaf
2026-04-09
Milli Məclisin deputatı Günay Ağamalı seçicilərlə növbəti görüşünü keçirib
2026-04-08