Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"

Azərbaycan xalqının birliyi və Kəlbəcərə qayıdışın tarixi əhəmiyyəti

2025-08-26 11:13:58 185 baxış
Xəbər şəkil

2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. O günlərdə dövlət və xalq vahid amal uğrunda birləşərək, illərdir həsrətində olduğumuz torpaqları azad etdi, işğalın sonunu gətirdi. Xalqın sarsılmaz iradəsi, ordumuzun qəhrəmanlığı və dövlətimizin güclü liderliyi nəticəsində düşmən diz çökdü və kapitulyasiya aktını imzalamağa məcbur qaldı. Bu, təkcə hərbi-siyasi qələbə deyil, həm də xalqın bir yumruq kimi birləşməsinin, milli həmrəyliyin və dövlət-xalq birliyinin təntənəsi idi.
Məhz bu böyük zəfərin nəticəsində doğma yurda qayıdış imkanı yarandı. Uzun illərin həsrətindən sonra Kəlbəcərə dönüş artıq reallıqdır. Avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcərə səfəri və burada sakinlərlə görüşü bu qayıdışın həm rəmzi, həm də praktik təcəssümü oldu. Prezidentin vurğuladığı kimi, “biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik.” Bu sözlər təkcə bir bölgənin deyil, bütövlükdə Azərbaycanın tarixi ədalət uğrunda mübarizəsinin nəticəsini ifadə edir. Kəlbəcər yalnız işğaldan azad olunmuş torpaq deyil, həm də azadlıqdan quruculuğa uzanan yolun canlı nümunəsidir.
Müharibədən sonrakı mərhələdə regionda sülhün təmin olunması və sabitliyin möhkəmlənməsi də Azərbaycanın siyasi iradəsi ilə mümkün oldu. Bu prosesdə ölkəmiz hər zaman təşəbbüskar mövqedə oldu, irəli sürdüyü təkliflər sülh gündəliyinin əsasını təşkil etdi. Ermənistanla bağlanacaq müqavilənin şərtləri də məhz Azərbaycanın prinsipial mövqeyinə əsaslandı. Bu, dövlətimizin yalnız hərbi meydanda deyil, diplomatik müstəvidə də qətiyyətli və qalib tərəf olduğunu sübut etdi. Azərbaycanın yaratdığı yeni reallıqlar regionun gələcəyinə istiqamət verən yeganə yol xəritəsinə çevrildi.
Azərbaycan artıq regionda ləyaqətli və güclü dövlət kimi qəbul olunur. Prezidentin də dediyi kimi, biz heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün. Çünki bu gün Azərbaycan gücünü həm xalqının birliyindən, həm də qalib dövlət statusundan alır. Ölkəmizin söz sahibi olması, istənilən təxribatın qarşısını dərhal almaq iqtidarında olması artıq bütün dünyaya bəllidir.
Bu gün dünya birliyi də Azərbaycanın qələbəsini və ortaya çıxan yeni geosiyasi reallıqları qəbul etmişdir. Bütün beynəlxalq münasibətlər sistemi göstərir ki, Azərbaycanın mövqeyi ədalətə, beynəlxalq hüquqa və sülhə əsaslanır. Regionda güc balansı dəyişib, Azərbaycanın sözü həlledici məna kəsb edib. Bu da özlüyündə tarixi hadisədir, çünki uzun illər beynəlxalq təşkilatların kağız üzərində qalan qərarları əməldə həyata keçirilməmişdi, lakin Azərbaycan xalqı öz gücü ilə bu ədaləti bərpa etdi və indi həmin həqiqət bütün dünyada qəbul olunub.
Prezidentin Kəlbəcərə səfəri zamanı diqqət çəkilən əsas məqamlardan biri də şəhərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləridir. Artıq yeni yaşayış kompleksləri istifadəyə verilir, məktəblər, sosial və mədəniyyət obyektləri inşa olunur. Yollar, kommunikasiya xətləri, müasir infrastruktur Kəlbəcərin simasını dəyişir. Prezidentin sözləri ilə desək, “Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.” Tezliklə minlərlə sakin doğma yurduna dönəcək, şəhər yenidən həyatla dolacaq. Kəlbəcərin təkcə Azərbaycanın deyil, dünyanın ən gözəl və müasir şəhərlərindən birinə çevrilməsi istiqamətində böyük addımlar atılır.
Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan xalqı öz birliyi, dövlətin güclü iradəsi və uzaqgörən siyasəti sayəsində həm tarixi ədaləti bərpa edib, həm də gələcəyə hesablanan möhkəm təməllər atıb. Bu gün Kəlbəcərdə açılan hər bir qapı, işıq saçan hər bir ocaq, ucalan hər bir bina 44 günlük zəfərin davamı, xalqın fədakarlığının bəhrəsi və gələcək nəsillərə miras qalacaq tarixi hadisədir. Qələbədən doğan birlik indi Kəlbəcərin və bütövlükdə Qarabağın dirçəlişini təmin edən əsas hərəkətverici qüvvəyə çevrilib.

İlkin Kərimov,
Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktor müavini, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17