Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

CƏMİYYƏT
Süni intellekt Fəzail Ağamalını belə təsvir etdi - FOTO
SİYASƏT
Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır 
SİYASƏT
Bu qərar ədalətin təntənəsi, dövlətimizin gücü və milli iradəmizin təzahürüdür - RƏY
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan süni intellekt sahəsində öz imkanlarını genişləndirir”
SİYASƏT
Münhen Təhlükəsizlik Konfransı yalnız müzakirə platforması deyil, həm də qlobal siyasətin istiqamətlərinin müəyyənləşdirildiyi mühüm beynəlxalq məkandır. 
SİYASƏT
Sülhdən tərəfdaşlığa: Bakı-Vaşinqton münasibətlərində yeni era
SİYASƏT
Azərbaycanın rəqəmsal gələcəyinə baxış
SİYASƏT
Azərbaycanın yeni rəqəmsal arxitekturası
SİYASƏT
Enerji Gücü və Qlobal Tərəfdaşlıq: Azərbaycanın Rəqəmsal Sıçrayışı üçün Strateji Baza
SİYASƏT
Rəqəmsal Azərbaycan: Prezident İlham Əliyevin Strateji Baxışı və Gələcəyin Yol Xəritəsi
SİYASƏT
Strateji tərəfdaşlıqda yeni mərhələ: ABŞ–Azərbaycan münasibətlərində tarixi dönüş
SİYASƏT
Strateji Xartiya və Yeni geosiyasi reallıq
SİYASƏT
Regionda sabitlik və iqtisadi inkişafın yeni perspektivləri
SİYASƏT
Azərbaycan artıq təkcə regionun deyil, regionlararası siyasətin də hesablaşdığı aktora çevrilir.
GÜNDƏM
“Bloomberg”: Rusiya əmək bazarındakı böhran səbəbindən Hindistan və Şri-Lankaya müraciət edib
SİYASƏT
Əfqanıstanda yol qəzası nəticəsində 12 nəfər ölüb
GÜNDƏM
Mənim ölçüm çox böyükdür, sizə olmaz, verin paltarlarımı – Müğənnidən Gömrüyə sərt sözlər
SİYASƏT
Aşınmış dəyərlər yoxsa “AZAD” gənclik...
SİYASƏT
Kriminal xəbərlər zorakılığı normallaşdırır - ETİRAZ
SİYASƏT
Müəllimi güllələdi Məktəbdə baş verən faciə: günahkar kimdir? 
SİYASƏT
Qalib Dövlətin Sülh Missiyası: Prezident
SİYASƏT
Sülh siyasətinə beynəlxalq ehtiram.
HADİSƏ
Deputat Günay Ağamalı Pakistana başsağlığı verib.
SİYASƏT
Prezident İlham Əliyevin sülhə əsaslanan siyasəti və beynəlxalq nüfuzunun növbəti təsdiqi
SİYASƏT
Sülhün yaradılması: müdriklik və cəsarətin nəticəsi
SİYASƏT
İlham Əliyev və “Zayed İnsan Qardaşlığı” Mükafatı: Sülhün qlobal simvolu
SİYASƏT
Regional və qlobal sülhə, təhlükəsizliyə töhfə verən Lider
CƏMİYYƏT
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Zirvə Gənclərin İnkişaf Klubunun təşkilatçılığı ilə keçirilən və 2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib
SİYASƏT
Azərbaycanla BƏƏ arasında təhlükəsizlik və müdafiə istiqamətində yeni mərhələ başlayır
SİYASƏT
Sülhə Töfhə, İnsan Qardaşlığına Xidmət

26 avqust – Laçın şəhəri günü: Tarixi ədalətin təntənəsi

2025-08-26 09:01:57 122 baxış
Xəbər şəkil

 


Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan günlərdən biri də 26 avqustdur. Bu günün əzəməti ondadır ki, əzəli və əbədi Azərbaycan torpağı olan Laçın şəhəri işğaldan azad olunaraq doğma sakinlərinə qovuşmuşdur. 26 avqust artıq təkcə bir tarixi fakt deyil, milli iradənin, azadlıq eşqinin və qələbə əzminin parlaq simvoludur.
Laçın qədimliyi, zəngin tarixi və mədəniyyəti, füsunkar təbiəti ilə seçilən müqəddəs yurd yerlərimizdəndir. Əsrlər boyu Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olan bu diyar xalqımızın qəhrəmanlıq dastanlarında, şifahi ədəbiyyatında, musiqisində, gündəlik həyat tərzində özünəməxsus yer tutmuşdur. Lakin 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal nəticəsində Laçının şəhəri və kəndləri dağıdıldı, tarixi abidələrimiz vandalizmə məruz qaldı, laçınlılar isə doğma el-obasından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur oldular. Otuz ilə yaxın davam edən bu həsrət Azərbaycan xalqının ürəyində sağalmaz yara kimi qaldı.
Lakin xalqımız heç vaxt Laçından, Qarabağından, Şərqi Zəngəzurundan imtina etmədi. Dövlətimizin apardığı ardıcıl siyasət, güclü ordu quruculuğu və milli həmrəylik nəticəsində 2020-ci ildə tariximizin ən möhtəşəm səhifəsi yazıldı – 44 günlük Vətən müharibəsi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən üzərində qələbə çaldı, işğala son qoyuldu. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən Laçın rayonunun böyük hissəsi Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam olaraq doğma Vətənlə birləşdi. Bununla da tarixi ədalət bərpa olundu, xalqımızın otuz illik həsrəti sona yetdi.
Bu gün Laçın böyük quruculuq meydanına çevrilib. Qısa müddət ərzində yeni yaşayış binaları, məktəblər, uşaq bağçaları, sosial obyektlər, yollar və kommunikasiya xətləri inşa olunur. Artıq ilk sakinlər öz doğma yurdlarına qayıdıb, həyat yenidən canlanmağa başlayıb. Dövlətimizin əsas məqsədi yalnız dağıdılmış evləri bərpa etmək deyil, Laçını və bütövlükdə Qarabağ-Şərqi Zəngəzuru müasir şəhərsalma nümunəsinə çevirməkdir. Prezident İlham Əliyevin sözləri bu hədəfi parlaq şəkildə ifadə edir:
“Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.”
Laçının azad olunması hərbi-strateji baxımdan olduğu kimi, siyasi və mənəvi baxımdan da mühüm əhəmiyyət daşıyır. Laçın Qarabağın qapısı, Zəngəzurun açarıdır. Bu torpağın azad olunması Azərbaycan xalqının bütövlüyünü möhkəmləndirdi, bölgədə yeni reallıqlar yaratdı. Laçın indi yalnız bir şəhər deyil, həm də müstəqil Azərbaycanın gücünü, xalqımızın iradəsini və milli birliyimizi simvolizə edən müqəddəs məkandır.
26 avqust – “Laçın şəhəri günü” xalqımız üçün qürur və iftixar günüdür. Bu tarix bir daha sübut edir ki, haqq-ədalət gec-tez öz yerini tapır, işğalçı siyasət isə məhvə məhkumdur. Bu gün Laçın azad, Laçın abad, Laçın dirçələn Vətən torpağıdır. Burada həyata keçirilən nəhəng layihələr, qurulan yeni həyat Azərbaycanın qüdrətini və xalqımızın gələcəyə inamını nümayiş etdirir. 
Laçın – tarixi ədalətin təntənəsi, azadlığın, qürurun və böyük qayıdışın əbədi simvolu olaraq qalacaqdır.


Sahib Nağıyev, 
Salyan şəhər 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru





Oxşar xəbərlər


Xəbər lenti
Süni intellekt Fəzail Ağamalını belə təsvir etdi - FOTO
2026-02-18
Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır 
2026-02-17
Bu qərar ədalətin təntənəsi, dövlətimizin gücü və milli iradəmizin təzahürüdür - RƏY
2026-02-17
Günay Ağamalı: “Azərbaycan süni intellekt sahəsində öz imkanlarını genişləndirir”
2026-02-17
Münhen Təhlükəsizlik Konfransı yalnız müzakirə platforması deyil, həm də qlobal siyasətin istiqamətlərinin müəyyənləşdirildiyi mühüm beynəlxalq məkandır. 
2026-02-17
Sülhdən tərəfdaşlığa: Bakı-Vaşinqton münasibətlərində yeni era
2026-02-17
Azərbaycanın rəqəmsal gələcəyinə baxış
2026-02-15
Azərbaycanın yeni rəqəmsal arxitekturası
2026-02-15
Enerji Gücü və Qlobal Tərəfdaşlıq: Azərbaycanın Rəqəmsal Sıçrayışı üçün Strateji Baza
2026-02-15
Rəqəmsal Azərbaycan: Prezident İlham Əliyevin Strateji Baxışı və Gələcəyin Yol Xəritəsi
2026-02-15
Strateji tərəfdaşlıqda yeni mərhələ: ABŞ–Azərbaycan münasibətlərində tarixi dönüş
2026-02-12
Strateji Xartiya və Yeni geosiyasi reallıq
2026-02-12
Regionda sabitlik və iqtisadi inkişafın yeni perspektivləri
2026-02-12
Azərbaycan artıq təkcə regionun deyil, regionlararası siyasətin də hesablaşdığı aktora çevrilir.
2026-02-08
“Bloomberg”: Rusiya əmək bazarındakı böhran səbəbindən Hindistan və Şri-Lankaya müraciət edib
2026-02-07
Əfqanıstanda yol qəzası nəticəsində 12 nəfər ölüb
2026-02-07
Mənim ölçüm çox böyükdür, sizə olmaz, verin paltarlarımı – Müğənnidən Gömrüyə sərt sözlər
2026-02-07
Prezidentin köməkçisi yeni sədri kollektivə təqdim etdi – FOTOLAR
2026-02-07
Aşınmış dəyərlər yoxsa “AZAD” gənclik...
2026-02-07
Kriminal xəbərlər zorakılığı normallaşdırır - ETİRAZ
2026-02-07
Hadisə Bakıda liseydə şagird müəllimi güllələdi .
2026-02-07
Müəllimi güllələdi Məktəbdə baş verən faciə: günahkar kimdir? 
2026-02-07
Qalib Dövlətin Sülh Missiyası: Prezident
2026-02-06
Sülh siyasətinə beynəlxalq ehtiram.
2026-02-06
Deputat Günay Ağamalı Pakistana başsağlığı verib.
2026-02-06
Prezident İlham Əliyevin sülhə əsaslanan siyasəti və beynəlxalq nüfuzunun növbəti təsdiqi
2026-02-06
Sülhün yaradılması: müdriklik və cəsarətin nəticəsi
2026-02-06
İlham Əliyev və “Zayed İnsan Qardaşlığı” Mükafatı: Sülhün qlobal simvolu
2026-02-06
Regional və qlobal sülhə, təhlükəsizliyə töhfə verən Lider
2026-02-06
Milli Məclisin deputatı Günay Ağamalı Neftçala rayonunun Aşağı Surra kəndində seçicilərlə görüşü keçirildi.
2026-02-06