Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
"Qarşıya qoyulan məqsəd rifahlı və təhlükəsiz həyatın qurulmasıdır" - DEPUTAT DANIŞDI
SİYASƏT
“Antalya Diplomatik Forumunda iştirak Azərbaycanın qlobal nüfuzunun təsdiqidir”
CƏMİYYƏT
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev – müasir Azərbaycanın memarıdır” mövzusunda tədbir keçirilib  
SİYASƏT
Qaranlıq gözlərə nur parlayan akademik Zərifə xanım Əliyeva
SİYASƏT
Zərifə xanım elm aləmində peşə oftalmologiyasının əsasını qoymuşdur.
SİYASƏT
Əbədiyaşar elm xadimi
SİYASƏT
Tibb elminə həsr olunmuş ömür
SİYASƏT
Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
SİYASƏT
Salyanda Akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib.
SİYASƏT
Zərifə Əliyevanın– elmi fəaliyyəti
SİYASƏT
Azərbaycanın İranla son diplomatik təmasları bölgədə sabitliyin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir
SİYASƏT
Zərifə Əliyeva: Həyatını elmə və insanlara həsr etmiş böyük Alim
SİYASƏT
Azərbaycan qadınının zəka və zəriflik simvolu - akademik Zərifə Əliyeva
SİYASƏT
Şərəfli ömür və nümunəvi fəaliyyət yolu - Akademik Zərifə Əliyeva
SİYASƏT
Unudulmaz alim, qayğıkeş insan
SİYASƏT
ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA  
SİYASƏT
Gənc ailələrə dövlət dəstəyi artırılır - Problemlərin səbəbləri
SİYASƏT
Deputat: “Sosial mediada yazılan hər söz hüquqi məsuliyyət yaradır”
SİYASƏT
Günay Ağamalı: “Yerli idarəetmə cəmiyyətin inkişafının ən vacib sütunlarından biridir”
SİYASƏT
Azərbaycan–Gürcüstan əlaqələri: tarixi köklər və müasir inkişaf dinamikası
SİYASƏT
Birgə mövqe, ortaq inkişaf: Azərbaycan və Gürcüstanın əməkdaşlıq fəlsəfəsi
SİYASƏT
Cənubi Qafqazda yeni reallıqlar və Azərbaycan–Gürcüstan tərəfdaşlığı
SİYASƏT
Sülh, sabitlik və davamlı inkişaf
SİYASƏT
Tarixi köklərə söykənən dostluq
SİYASƏT
"Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı yeni mərhələyə keçir”- GÜNAY AĞAMALI
SİYASƏT
Azərbaycan - Gürcüstan dostluğu
SİYASƏT
Günay Ağamalı: “Xaricdə təhsil alan gənclərin qayıdışı milli inkişaf üçün strateji əhəmiyyət daşıyır”
SİYASƏT
Azərbaycan-Gürcüstan münasibətləri strateji maraqlara söykənən müttəfiqlik modelidir"
SİYASƏT
Türk Dövlətləri Təşkilatı qlobal siyasətin yeni ağırlıq mərkəzidir
SİYASƏT
Gender bərabərliyi məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir" – DEPUTAT

Laçınımız abadlıq-quruculuq meydanına çevrilib

2025-08-25 09:54:09 251 baxış
Xəbər şəkil

 

Laçın rayonu işğaldan azad olunmasından sonra Azərbaycanın sürətli bərpa və quruculuq strategiyasının nümunəsi kimi diqqət mərkəzindədir. Rayonun azad olunması ilə birlikdə burada genişmiqyaslı infrastruktur layihələrinə başlanılıb, yollar, enerji xətləri və sosial obyektlər yenidən qurulub. Bu gün Laçınımız əsl laçın çağlarını yaşayır. Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. 
Prezident İlham Əliyevin Laçına səfərləri bu prosesin nə qədər strateji əhəmiyyət kəsb etdiyini bir daha göstərib. Səfərləri zamanı Prezident bir sıra mühüm layihələrin açılışında iştirak edib, həmçinin regionun enerji və su təminatı sistemlərinin, sənaye və kənd təsərrüfatı obyektlərinin işgüzar vəziyyəti ilə tanış olub. Prezident İlham Əliyevin son beş ildə Laçına çoxsaylı səfərləri, sakinlərlə görüşləri, Laçın Şəhəri Günü ilə bağlı keçirilən tədbirdə çıxışı, bir sıra infrastruktur layihələrinin açılışlarında iştirakı az bir müddətində görülmüş möcüzəvi işləri nəinki Laçınlıların, eyni zamanda, bütün dünyanın diqqətinə təqdim etdi, Azərbaycan xalqının əzmini nümayiş etdirdi. Dövlət başçısının qeyd etdiyi kimi, “Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik”. Çıxışı zamanı Prezident İlham Əliyev bir daha Azərbaycan xalqına, eləcə də bütün dünyaya səslənərək bildirdi ki, xalqımız artıq bu əraziləri bütün mənfur qüvvələrdən təmizləyib və bu torpaqlarda əbədi olaraq yaşayacaqdır”. 
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi də təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Bu il 28 May - Müstəqillik günündə işğaldan azad edilmiş ərazilərdə inşa olunan üçüncü beynəlxalq hava limanı olan Laçın Beynəlxalq Hava Limanının açılışı böyük siyasi, iqtisadi və strateji əhəmiyyət kəsb etdi.
Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır. Laçın rayon 2 nömrəli tam orta məktəbinin 510 şagird yeri var, məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var. 2023-cü ildə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb.
2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr döğma yurdlarına qayıdıblar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib. Bu gün Laçında görülən işlər heyrətamizdir. Laçın çox yaxın gələcəkdə təkcə Azərbaycanın deyil, bölgəmizin ən füsunkar, ən gözəl məkanlarından birincisi olacaq.
Bəli, bu gün Laçınımız abadlıq-quruculuq meydanına çevrilib. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli sakinlərin bu torpaqda rahat, firavan yaşamasına istiqamətlənib.

Ramil Hüseynov,
YAP Salyan rayon təşkilatının ƏPT sədri, YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
"Qarşıya qoyulan məqsəd rifahlı və təhlükəsiz həyatın qurulmasıdır" - DEPUTAT DANIŞDI
2026-04-19
“Antalya Diplomatik Forumunda iştirak Azərbaycanın qlobal nüfuzunun təsdiqidir”
2026-04-19
Salyan Suvarma Sistemləri İdarəsindən nümunəvi addım: Kənd sakinlərinə operativ dəstək
2026-04-16
Günay Ağamalı: “Qərbi Azərbaycanın Musiqi Ənənələri Milli Yaddaşımızın Sönməz Çırağıdır"
2026-04-15
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev – müasir Azərbaycanın memarıdır” mövzusunda tədbir keçirilib  
2026-04-15
Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb
2026-04-15
“Zərifə xanımın həyatı və fəaliyyəti sübut etdi ki, əsl alim olmaq üçün həm də böyük insan olmaq lazımdır” - Günay Ağamalı
2026-04-15
Qaranlıq gözlərə nur parlayan akademik Zərifə xanım Əliyeva
2026-04-15
Zərifə xanım elm aləmində peşə oftalmologiyasının əsasını qoymuşdur.
2026-04-15
Əbədiyaşar elm xadimi
2026-04-15
Tibb elminə həsr olunmuş ömür
2026-04-15
Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
2026-04-15
Salyanda Akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib.
2026-04-14
Hər bir uşaq sevgi və diqqətə layiqdir!
2026-04-14
Zərifə Əliyevanın– elmi fəaliyyəti
2026-04-14
Azərbaycanın İranla son diplomatik təmasları bölgədə sabitliyin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir
2026-04-14
Zərifə Əliyeva: Həyatını elmə və insanlara həsr etmiş böyük Alim
2026-04-14
Azərbaycan qadınının zəka və zəriflik simvolu - akademik Zərifə Əliyeva
2026-04-14
Şərəfli ömür və nümunəvi fəaliyyət yolu - Akademik Zərifə Əliyeva
2026-04-14
Unudulmaz alim, qayğıkeş insan
2026-04-14
ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA  
2026-04-12
“Bakı-Tiblisi-Ceyhan, Cənub Qaz Dəhlizi və Orta Dəhliz regionun əhəmiyyətini artırır” - DEPUTAT DANIŞDI
2026-04-10
Gənc ailələrə dövlət dəstəyi artırılır - Problemlərin səbəbləri
2026-04-10
Deputat: “Sosial mediada yazılan hər söz hüquqi məsuliyyət yaradır”
2026-04-10
Günay Ağamalı: “Yerli idarəetmə cəmiyyətin inkişafının ən vacib sütunlarından biridir”
2026-04-09
Azərbaycan–Gürcüstan əlaqələri: tarixi köklər və müasir inkişaf dinamikası
2026-04-09
Birgə mövqe, ortaq inkişaf: Azərbaycan və Gürcüstanın əməkdaşlıq fəlsəfəsi
2026-04-09
Cənubi Qafqazda yeni reallıqlar və Azərbaycan–Gürcüstan tərəfdaşlığı
2026-04-09
Sülh, sabitlik və davamlı inkişaf
2026-04-09
Milli Məclisin deputatı Günay Ağamalı seçicilərlə növbəti görüşünü keçirib
2026-04-08