Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Ana dilimizə ehtiram – milli şüurun təntənəsi

2025-08-01 10:22:53 188 baxış
Xəbər şəkil

 

Hər bir xalqın varlığını və müstəqil düşüncəsini yaşadan ən böyük güc onun dilidir. Dil - sadəcə ünsiyyət vasitəsi deyil, bir xalqın yaddaşı, ruhu, dünyagörüşü və tarixidir. Məhz ana dili vasitəsilə nəsillər bir-biri ilə bağlanır, mədəniyyət bir dövrdən digərinə ötürülür. Azərbaycan xalqı üçün də ana dili milli kimliyin təməlidir. 
Azərbaycan dili bu gün təkcə ölkəmizdə deyil, dünyanın müxtəlif regionlarında səslənir, öyrənilir və yaşadılır. Lakin bu nailiyyətlər öz-özünə baş verməyib. Tarixi proseslər sübut edir ki, dilin yaşaması üçün güclü siyasi iradə, mütəşəkkil cəmiyyət və strateji düşüncə tələb olunur. Ana dilimizin qorunması və inkişafı istiqamətində bu cür dövlətçilik nümunəsini məhz Ümummilli Lider Heydər Əliyev yaratmışdır. Onun əsasını qoyduğu dil siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilir, yeni mərhələyə qədəm qoyur.
Prezident İlham Əliyev ana dilinə münasibətdə olduqca həssas və ardıcıl mövqe sərgiləyir. Onun rəhbərliyi ilə Azərbaycan dili yalnız konstitusion statusunu qoruyub saxlamır, həm də dövlət idarəçiliyində, təhsildə, elmdə, mətbuatda və rəqəmsal mediada öz mövqeyini daha da möhkəmləndirir. Prezidentin fikrincə: “Azərbaycan dili bizim milli sərvətimiz, qürur mənbəyimizdir. Bu dildə düşünmək, yazmaq, yaratmaq, bu dili yaşatmaq hər bir azərbaycanlının borcudur.”. Bu fikirlər sadəcə bir bəyanat deyil – konkret dövlət proqramları, hüquqi sənədlər və praktiki tədbirlərlə möhkəmləndirilmiş fəaliyyət xəttidir. 
Prezident İlham Əliyevin fərman və sərəncamları ilə son illərdə Azərbaycan dilinin orfoqrafiya qaydaları yenilənmiş, təhsil sistemində dil fənni üzrə tədris gücləndirilmiş, KİV-də dil normalarına nəzarət artırılmış, eyni zamanda dilimizin informasiya texnologiyaları sahəsinə inteqrasiyası sürətləndirilmişdir. Bütün bu addımların arxasında dayanan əsas ideya ölkə başçısının formalaşdırdığı və həyata keçirdiyi “milli dil strategiyası”dır. Bu strategiya həm ənənəyə, həm də müasirliyə əsaslanır: bir tərəfdən dilin tarixi-mədəni zənginliyi qorunur, digər tərəfdən isə o, müasir texnologiyalar və kommunikasiya vasitələri ilə uyğunlaşdırılır.
Azərbaycan dilinin nüfuzunun artması həm də beynəlxalq müstəvidə müşahidə olunur. Xaricdə fəaliyyət göstərən Azərbaycan məktəblərində, mədəniyyət mərkəzlərində və diaspor təşkilatlarında bu dil öyrədilir, tədqiq olunur və təbliğ edilir. Bu da dövlətin milli maraqlarının beynəlxalq səviyyədə ifadəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan əlifbasının latın qrafikasına keçidi də ana dilimizin müasir çağırışlara uyğunlaşdırılması yolunda mühüm addım idi. Bu islahat Ülu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlasa da, onun davamlı və effektiv şəkildə icrası Prezident İlham Əliyevin dövründə mümkün olmuşdur. Yeni əlifba sisteminin tam oturuşması, təhsil və informasiya sahəsində tətbiqi, texnoloji inteqrasiyası Prezidentin bu sahəyə göstərdiyi xüsusi diqqətin nəticəsidir. Prezident İlham Əliyev bu istiqamətdə çıxışlarının birində xüsusi vurğulayır:
“Dövlət dili olan Azərbaycan dili bizim dövlət müstəqilliyimizin təməl sütunlarından biridir. Biz bu dildə danışmaqla müstəqilliyimizi qoruyuruq.” Bu yanaşma, sadəcə dilə hörmət yox, həm də onu milli təhlükəsizlik və dövlət quruculuğunun vacib elementi kimi dəyərləndirmək deməkdir.
Əlbəttə, Azərbaycan dilinin qorunması yalnız dövlətin vəzifəsi deyil. Hər bir vətəndaş, xüsusilə gənclər bu sahədə məsuliyyət daşıyır. Ana dilində təmiz və düzgün danışmaq, ədəbi norma və üslub qaydalarına riayət etmək, dilin saflığını pozan hallara qarşı çıxmaq – bunlar hər bir azərbaycanlının milli borcudur. Biz bu dili nəsillərdən miras almışıq və onu gələcək nəsillərə daha zəngin və saf formada ötürməliyik.
Bir sözlə, Ana dili – xalqın səsi, yaddaşı və varlığının ən möhkəm dayağıdır. Onu qorumaq sadəcə bir vəzifə deyil, həm də milli şüurun ifadəsidir. Dilimizi yaşatmaqla özümüzü yaşadırıq – çünki ana dili itirilən xalq zamanla tarixdən də silinir.

Aygün Ələkbərova,
Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi, YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19